Məhkəmə qərarları › İş №3(003)-2045/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2045/2023

07.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2045/2023 07.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2, tələbkar X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs 18 noyabr 1968-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində Bakı şəhəri Xəzər rayon İcra şöbəsindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında 07 avqust 2023-cü il tarixli MN № ******* saylı protokoldan göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4969/2016 saylı 21 oktyabr 2016-cı il tarixli icra vərəqəsinə əsasən Şəxs 11000 ABŞ dolları və 30 manat dövlət rüsumu tutularaq X6 ödənilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4969/2016 saylı 21 oktyabr 2016-cı il tarixli icra vərəqəsinə əsasən Şəxs 11000 ABŞ dolları və 30 manat dövlət rüsumu tutularaq X6 ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, borc məbləğini könüllü ödəməmiş, heç bir üzrlü səbəb olmadan icra sənədini tam icra etməkdən yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Borclu İcra şöbəsinə gəlməkdən yayındığına, hətta bir dəfə İcra şöbəsinin həyətindən qaçdığına, sonradan isə onu tapmaq mümkün olmadığına görə onun barəsində axtarış elan edilmiş və o, 07 avqust 2023-cü il tarixdə borclu saxlanılaraq İcra şöbəsinə gətirilmiş və izahatı alınmışdır. İzahatında borclu işsiz olduğuna görə indiyə qədər heç bir ödəniş etmədiyini bildirmişdir. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, uzun müddət işsiz olduğuna görə borc məbləğini tam ödəyə bilməmiş, lakin anası sağ olanda onun pensiyasının hesabına təxminən 2000 manata yağın ödəniş etmiş, anası rəhmətə gedəndən sonra isə ona maddi yardım edən olmadığına və özünə iş tapa bilmədiyinə görə çağırışlardan yayınmışdır. Lakin borcu ödəməyin onun vəzifəsi olduğunu bilir və bundan yayınmır. Hazırkı məhkəmənin gedişində tələbkarla 15 gün ərzində ödəniş edəcəyi barədə razılığa gəlmişdir. Bundan sonra da hissə-hissə olmaqla qalan borcunun tam ödənilməsini təmin edəcəkdir. Ona görə də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar X8 göstərdi ki, borclunun uzun müddətdən bəri borcunu ödəməməsi nəticəsində onun onsuz da çətin olan maliyyə vəziyyəti daha da ağırlaşmışdır. Borclunun anası sağ olarkən onun pensiyası hesabına ödənişlər etmiş, anası öləndən sonra isə ödəniş etməmişdir. İndiyə qədər borclu ona 1500 manat ödəmişdir. Hazırkı məhkəmənin gedişində borclu 15 gün ərzində ödəniş edəcəyi barədə onunla razılığa gəlmiş, bundan sonra da hissə-hissə olmaqla qalan borcunun tam ödənilməsini təmin edəcəyinə söz vermişdir. Buna görə də o, borclu barəsində inzibati tənbeh tətbiq edilməsini istəmir. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və borclunun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs müvəqqəti maliyyə çətinlikləri ilə əlaqədar ödənişlər edə bilməmiş, lakin məhkəmənin gedişində 15 gün ərzində ödəniş edəcəyi barədə tələbkarla razılığa gəlmiş, bundan sonra da hissə-hissə olmaqla qalan borcunun tam ödənilməsini təmin edəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək borclu ilə ödəniş barədə razılığa gəlməsini bildirmiş və borclunun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar