Məhkəmə qərarları › İş №3(003)-2049/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2049/2025

12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2049/2025 12.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Mikayıl oğlunun iştirakları ilə xx xxxxxx 1977-ci il tarixdə Laçın rayonu Minkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hovsan Südçülük sovxozu ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu Ceyranbatan qəsəbəsində yaşayan Şəxs Mikayıl oğlunun barəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 528.1-ci maddəsi ilə Xəzər rayon icra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Xəzər rayon icra şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş MN ******* nömrəli, 12 avqust 2025-ci il tarixli inzibatı xəta haqqında protokoldan göründüyü kimi, Xəzər Rayon Məhkəməsinin 2(003)-742/2022 saylı, xx.xx.2022-cı ıl tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs Mikayıl oğlundan iddiaçı X3 xeyrinə 7809 (yeddi min səkkiz yüz doqquz) manat və ödənilmiş dövlət rüsumuna gorə 98.09 (doxsan səkkiz, doqquz qəpik) manat məbləğində pul vəsaiti tutulması qət edilmişdir, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya göndərilmiş bildirişə xəbərdarlıqlara baxmayaraq, o, borc məbləğini konullü ödəməmiş, heç bır üzrlü səbəb olmadan icra vərəqəsini tam icra etməkdən yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Xəzər rayon icra şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-742/2022 saylı, xx.xx.2022ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs Mikayıl oğlundan iddiaçı X3 xeyrinə 7809 (yeddi min səkkiz yüz doqquz) manat və ödənilmiş dövlət rüsumuna görə 98.09 (doxsan səkkiz, doqquz qəpik) manat məbləğində pul vəsaiti tutulması qət edilmişdir. Borclu Xəzər rayon icra şöbəsinə gəlmiş və izahatı alınmışdır. Borclu izahatında borcunu maddi imkanı olmadığı üçün indiyə qədər yığılıb qalmış 7907.09 (yeddi min doqquz yüz yeddi, doqquz qəpik) manat borcunu ödəyə bilməmiş, heç bır üzrlü səbəb olmadan icra sənədini icra etməkdən ən müxtəlif bəhanələrlə yayınmışdır. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 3(003)-239/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan icraata xitam verilmişdir. O zaman borclu icra vərəqindən məlumatı olımadığını qeyd etmişdir. Lakin görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan məhkəmə qərarını indiyə qədər tam icra etməmişdir. Ona görə də borclu barəsində müvafiq inzibatı tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mikayıl oğlu özünü təqsirli bilərək izahatında bildirdi ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-742/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs Mikayıl oğlundan iddiaçı X3 xeyrinə 7809 (yeddi min səkkiz yüz doqquz) manat və ödənilmiş dövlət rüsumuna görə 98.09 (doxsan səkkiz, doqquz qəpik) manat məbləğində pul vəsaiti tutulması qət edilmişdir. O səhlənkarlıq etmiş, hazıra kimi borcu ödəməmişdir. 90 gün müddətində borcunu ödəyəcəkdir. Məhkəmə iclası barədə mıkumatlandırılmıç tələbkar X5 məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: -MN ******* nörməli, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, MN ******* nömrəli, 12 avqust 2025-ci il tarixli inzibatı xəta haqqında protokoldan göründüyü kimi, Xəzər Rayon Məhkəməsinin 2(003)-742/2022 saylı, xx.xx.2022-cı ıl tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şəxs Mikayıl oğlu tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-742/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən göünür ki. cavabdeh Şəxs Mikayıl oğlundan iddiaçı X3 xeyrinə 7809 (yeddi min səkkiz yüz doqquz) manat və ödənilmiş dövlət rüsumuna görə 98.09 (doxsan səkkiz, doqquz qəpik) manat məbləğində pul vəsaiti tutulmalıdır. - Şəxs Mikayıl oğlunun Xəzər rayon icra şöbəsində yazdığı izahatından görünür ki, o borcunun olmadığını düşündüyündən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 742/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsini icra etməkdən imtina etmişdir. İş materiallarından görünür ki, yuxarıda qeyd olunan icra sənədi üzrə icraata başlamaq haqqında qərarlar və tələbin könüllü icrası haqqında bildiriş rəsmi qaydada Şəxs Mikayıl oğluna təqdim edilmiş, onun adına bank hesabları olub-olmaması barədə icra məmuru tərəfindən müxtəlif orqanlara, banklara sorğular edilmiş, lakin borclunun adına icra sənədi üzrə tələbin yönəldilə biləcək hər hansı bir bank hesabı aşkar edilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Mikayıl oğlunun Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mikayıl oğlunun icra sənədi barədə məlumatı var, lakin icra sənədi üzrə tələbi icra məmuru tərəfindən verilmiş müddətdə yerinə yetirməmiş və yerinə yetirməkdən yayınmışdır. İcra sənədi üzrə tələbin yerinə yetirilməməsinin səbəbi isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən narazılığı olmuşdur. Bu səbəbin isə üzrlü hesab edilməsi əsassızdır. Ona görə də məhkəmə hesab edir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokol əsaslıdır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs Mikayıl oğlunun hərəkəti düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif etmiş və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs Mikayıl oğlunun törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq, onun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqəsdəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mikayıl oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar