Məhkəmə qərarları › İş №3(003)-2054/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2054/2025

13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2054/2025 13.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X5, X1 iştirakları ilə, 12 iyun 1981-ci ildə Qırğızıstan Respublikasında doğulmuş, Qırğızıstan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Xəzər rayonu,Qala qəsəbəsi Yeni yaşayış massivi ünvanında qedyiiyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə inspektoru X12 tərəfindən 13 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2ci Polis Şöbəsinin sahə inspektoru X12 izahatında bildirdi ki, hadisə 01 mart 2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində yaşayan X11 ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə yaşadığı evdə olan zaman keçmiş arvadı X2 münaqişə zamanı ütü ilə üzərinə hücum çəkmiş və ütünün naqili baş nahiyyəsinə dəyərək xəsarət yetirmişdir.Xəzər RPİ-nin İŞ-nin təhqiqatçısı polis mayoru Cavid Ağayev tərəfindən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və X4 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati təsir tədbirinin görülməsi qərara alınmışdır. Qeyd olunan qərar 17 mart 2025-ci il tarixdə 2-ci Polis şöbəsinə təqdim edilmişdir. Hazırda onun tərəfindən müvafiq protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 01,03.2025-ci il tarixdə günorta saatlarında yaşadığı evdə olan zaman keçmiş həyat yoldaşı Azər adlı şəxslə aralarında münaqişə yaranmışdır. Münaqişə zamanı özünü müdafiə etmək üçün Azəri itələmişdir. Onun baş nahiyyəsindən hara dəyərək xəsarət almasından məlumatsızdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X9 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə keçmiş həyat yoldaşı Valeriia heç bir səbəb olmadan onu söyərək təhqir etmişdir. Bundan sonra ütü ilə onu vurmağa cəhd etmiş, bu zaman o, əli ilə ütününün ona dəyməsinin qarşısını almış, lakin ütünün kabel hissəsinin başlığı onun başına dəyərək xəsarət yetirmişdir. Həmin vaxtı halı pisləşdiyindən o, qardaşını evı çağırmışdır. Qarşı tərəf ondan xahuiş etmişdir ki, şikayət etməsin. Həmin vaxtı qardaşı onların evinə gəlmiş və nə baş verdiyini başa düşmüş və “102” xidmətinə məlumat vermişdir. Hazırda Şəxs barəsində şikayətçidir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, protokol tırtib edən şəxsin və zərərçəkmiş şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə inspektoru X12 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması qərar alınmışdır. -cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 15 mart 2025-ci il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin baş təhqiqatçısı Cavid Aslanov tərəfindən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati təsir tədbirinin görülməsi üçün qərarın surətinin Xəzər RPİnin 2-ci PŞ-nə göndərilməsi qərara alınmışdır; Həmin qərardan görünür ki, material üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 10 mart 2025-ci il tarixli 181 saylı məhkəmə tibbi ekspertizasının rəyində qeyd olunur ki,A.Q.Abasovun bədənində aşkar edilmiş xəsarətlər-təpə nahiyyəsinin sıyrığı küt əşya(əşyalar)təsirindən törənmiş,törənmə müddətləri onun Məhkəmə tibbi müayinəsindən 2-3 gün əvvəl olmaqla,qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir; -xx.xx.2025-ci il tarixli, seriya MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 01 mart 2025-ci il tarixdə X11 ilə mübahisə əsanasında sonuncunu ütü ilə vurmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İşin araşdırılmış hallarından müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə zərərçəkmiş şəxs X11 arasında mübahisə yaranmış və bu mübahisə zamanı X8 bədən xəsarətləri yetirmişdir. Bu hal məhkəmə iclasında verdikləri tərəflərin izahatları, həmçinin iş materialları təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri mövcuddur. Lakin məhkəmə hesab edir ki, Şəxs inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilən qanunvericiliyin tələblərindən göründüyü kimi, inzibati tənbeh cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Hazırki iş üzrə bu müddət ötürülmüşdür. Belə ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar 15 mart 2025-ci il tarixdə qəbul edilmiş, Şəxs barəsində protokol isə 13 avqust 2025-ci il tarixdə tərtib edilməklə inzibati işə baxılması üçün məhkəməyə təqdim edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar