Məhkəmə qərarları › İş №3(003)-2060/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2060/2024

11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2060/2024 11.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 02 yanvar 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 11 oktyabr 2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X6 izahat verərək bildirdi ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 15 yanvar 2015-ci il tarixli, 2(003)-365/2015 saylı icra vərəqəsinə əsasən Şəxs 525 manat pul vəsaiti tutularaq X4 xeyrinə ödənilməlidir. Bundan əlavə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 03 dekabr 2015-ci il tarixli, 2(003)-5453/2015 saylı icra vərəqəsinə əsasən X5, X7, X1 və Şəxs müştərək qaydada 19062 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" QSC-yə ödənilməlidir. Bundan başqa Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(003)-3886/2018 saylı icra vərəqəsinə əsasən Şəxs 8230 manat pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq Zaqirbeq Yaqıbekovun xeyrinə ödənilməlidir. Bundan başqa Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 11 fevral 2019-cu il tarixli, 2(001)-8010/2019 saylı icra vərəqəsinə əsasən Şəxs 1603 manat, 7448,74 ABŞ dolları pul vəsaiti və 21 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMCnin xeyrinə ödənilməlidir. Bundan başqa Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(003)-1145/2020 saylı icra vərəqəsinə əsasən Şəxs 1605 manat pul vəsaiti tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bundan başqa Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2(003)-2071/2023 saylı icra vərəqəsinə əsasən 19 avqust 2011-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs 11 may 2023-cü il tarixən başlayaraq hər 200 manat sabit pul məbləğində aliment tutularaq X9 verilməlidir. İcra vərəqələrinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə qərar və bildiriş, eyni zamanda inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq o, icra vərəqələri üzrə tələbi icra etməkdən üzrsüz səbəbdən yayınmışdır. Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Elvin Fərzəliyevin 10 oktyabr 2024-cü il tarixli qərarı ilə qeyd edilən icra sənədləri bir icraatda birləşdiirlmişdir. Borclunun əmlak vəziyyətini və adına əmanət və pul vəsaitlərinin olub-olmamağını yoxlamaq məqsədilə aidiyyəti qurumlara sorğular edilmiş, ona məxsus hər hansı bir əmlak və ya pul vəsaiti aşkar edilməmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Buna görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2(003)-2071/2023 saylı icra vərəqəsi üzrə tələbkar X11 ilə alimentin ödənilməsi ilə bağlı aralarında razılıq əldə edilmişdir və tələbkar icra sənədinin icra edilmədən geri qaytarılmasına dair ərizə ilə icra şöbəsinə müraciət etmişdir. Digər icra sənədləri üzrə borcunu isə maddi vəziyyətinin aşağı olması səbəbindən ödəyə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən inzibati xəta haqqında protokolun təmin edilməməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 15 yanvar 2015-ci il tarixli, 2(003)-365/2015 saylı icra vərəqəsinin surətindən görünür ki, Şəxs 525 manat pul vəsaiti tutularaq X4 xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 03 dekabr 2015-ci il tarixli, 2(003)-5453/2015 saylı icra vərəqəsinin surətindən görünür ki, X5, X7, X1 və Şəxs müştərək qaydada 19062 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" QSC-yə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(003)-3886/2018 saylı icra vərəqəsinin surətindən görünür ki, Şəxs 8230 manat pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq Zaqirbeq Yaqıbekovun xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 11 fevral 2019-cu il tarixli, 2(001)-8010/2019 saylı icra vərəqəsinin surətindən görünür ki, Şəxs 1603 manat, 7448,74 ABŞ dolları pul vəsaiti və 21 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(003)-1145/2020 saylı icra vərəqəsinin surətindən görünür ki, Şəxs 1605 manat pul vəsaiti tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2(003)- 2071/2023 saylı icra vərəqəsinin surətindən görünür ki, 19 avqust 2011-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs 11 may 2023-cü il tarixən başlayaraq hər 200 manat sabit pul məbləğində aliment tutularaq X9 verilməlidir. İş materiallarına əlavə edilmiş 10 oktyabr 2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 15 yanvar 2015-ci il tarixli, 2(003)- 365/2015 saylı icra sənədi, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 03 dekabr 2015-ci il tarixli, 2(003)-5453/2015 saylı icra sənədi, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(003)-3886/2018 saylı icra sənədi, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 11 fevral 2019-cu il tarixli, 2(001)-8010/2019 saylı icra sənədi, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(003)-1145/2020 saylı icra sənədi və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2(003)-2071/2023 saylı icra sənədi Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Elvin Fərzəliyevin icraatında birləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2(003)-2071/2023 saylı icra vərəqəsi üzrə tələbkar X8 Xəzər rayon İcra Şöbəsinə ünvanladığı ərizənin surətindən görünür ki, onunla borclu Şəxs arasında razılıq əldə edilmişdir və bu səbəbdən icra sənədinin İcra Haqqında Qanunun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs icra sənədləri üzrə müəyyən olunmuş tələbi qanunla müəyyən edilmiş müddətdə icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxsnın hərəkəti Xəzər rayon İcra Şöbəsinin icra məmuru E.Fərəzəliyev tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs tərəfindən beş icra sənədi üzrə tələb üzrsüz olaraq icra edilməmişdir. Bu hal inzibati xəta haqqında protokolu tərtib edən şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin verdiyi izahatlarda, həmçinin iş materiallarında öz təsdiqini tapmışdır. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Məhkəmə Şəxs əməlini etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxsnın şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 02 yanvar 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar