Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2062/2024 14.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin polisi sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 14 oktyabr 2024-cü tarixdə Bakı şəhəri Xəzər RPİ 3-cü PŞ-nin sahə inspektoru X2 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə “Oba” marketdə mağazanın südlük dolabından dəyəri 40 manat olan iki ədəd Ankor markalı 1 kq yağ oğurlamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 227ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 14 oktyabr 2024-cü il tarixli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bundan başqa, inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2024-ci il tarixdə “Oba” marketdə 164 manat dəyərində Alpengold şokaladını oğurlamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər RPİ 3cü Polis bölməsindən MN ******* nömrəli 14 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan başqa, inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2024-ci il tarixdə “Araz” marketdə 80 manat dəyərində diş məcunu oğurlamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər RPİ 3-cü Polis bölməsindən MN ******* nömrəli 14 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər RPİ 3-cü PŞ-nin sahə inspektoru X2 göstərdi ki, xx.xx.2024-cü il tarixdə X3 102 zəng mərkəzinə zəng edərək oğurluq hadisəsi barədə məlumat vermişdir. Araşdırma zamanı Şəxs “Oba” marketdən südlük dolabından 40 manat olan iki ədəd Ankor markalı 1 kq yağ oğurlanmış nəticədə mağazaya 40 manat ziyan dəymişdir. X4 10 oktyabr 2024-cü tarixli ərizəsində 05 oktyabr 2024-cü il tarixdəXəzər rayonu Binə qəsəbəsi F.Aynulov küçəsində yerləşən “Oba” marketdə ümumi dəyəri 96 manat olan 40 ədəd “Alpengold” şokoladı və “Novoyzenlandiya” adlı ümumi dəyəri 68 manat dəyərində yağ olan, cəmi 164 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Sonra isə 13 oktyabr 2024-cü il tarixdə X5 ərizə yazaraq Binə qəsəbəsində yerləşən “Araz” marketdən 80 manat dəyərində diş məcunu oğurlandığını bildirmişdir. Həmin faktlar üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarların surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətinə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bildi və izahatında göstərdi ki, o, heç bir yerdə işləmədiyi üçün, son zamanlar maddi durumu yaxşı olmadığına görə müxtəlif vaxtlarda oğurluq etmişdir. Törətdiyi əməldən çox peşimandır, məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Nərimanov RPİ-nin 3-ci Pş-nin baş təhqiqatçısı Anar Hacıyevin 05 oktyabr 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət təqibi olmadığından, fakt üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti ərazi üzrə xidmət aparan sahə rəisinə göndərilmişdir. -Bakı şəhəri Xəzr RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı Elvin Hacıyev 14 oktyabr 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət təqibi olmadığından, fakt üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti ərazi üzrə xidmət aparan sahə rəisinə göndərilmişdir. -Bakı şəhəri Xəzr RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı Rəhman Məmmədov 14 oktyabr 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət təqibi olmadığından, fakt üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti ərazi üzrə xidmət aparan sahə rəisinə göndərilmişdir. İnzibati material üzrə araşdırılan sübutlarla müəyyən olundu ki, Şəxs xx.xx.2024-cü il tarixdə “Oba” marketdə mağazanın südlük dolabından dəyəri 40 manat olan iki ədəd Ankor markalı 1 kq yağ, xx.xx.2024-ci il tarixdə “Oba” marketdə 164 manat dəyərində Alpengold şokaladı və yağ xx.xx.2024-ci il tarixdə “Araz” marketdə 80 manat dəyərində diş məcunu oğurlamışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs özgəsinin əmlakını talayaraq Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tədqiq olunmuş digər materiallarla tam təsdiqini tapmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşmançılıq çəkməsini inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi qəbul edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -iki yüz manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Sözügedən maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən müxtəlif vaxtlarda törətdiyi göstərilən inzibati xətalara dair işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 01 (bir) ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 14 oktyabr 2024-cü il tarixdən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Xəzər Rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramilə Xəzri Azərbaycan Respublikası Bakı şəhəri NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Poçt indeksi: AZ 1008. Bakı şəhəri, Əhməd bəy Ağaoğlu küçəsi 34A. Tel: 404-84-84. Faks:489-82-07. Elektron poçtu:Elektron ünvan 29 oktyabr 2018-ci il İş № 3(005)-2257/2018 Nərimanov Rayon Polis İdarəsinə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 3(005)- 2257/2018 saylı, 29 oktyabr 2018-ci il tarixli qərarı icra olunması üçün Sizə göndərilir. Qoşma: Qərardan çıxarış, Şəxs şəxsiyyətini təsdiq edən sənədin surəti Hakim Samir Məmmədov
Məhkəmə qərarları › İş №3(003)-2062/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2062/2024
14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver