Məhkəmə qərarları › İş №3(003)-2065/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2065/2025

18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2065/2025 18.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi Söyziyev Elşah İlham oğlunun katibliyi, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Ağdam rayonu, Maqsudlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi (bundan sonra mətndə Xəzər RPİ 2-ci PŞ) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs 17 avqust 2025-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi ərazisində xidmət aparan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla əlaqədar Şəxs barəsində Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə inspektoru Cavanşir Bağırov tərəfindən 18 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə MN seriyalı ******* saylı protokol tərtib olunaraq baxılması üçün Xəzər Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə inspektoru Cavanşir Bağırov tərtib edilmiş protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsində xidmətdə olan polis əməkdaşları daxil olmuş məlumat əsasında hadisə yerinə getmişlər, həmin zaman məlum olmuşdur ki, sürücü Şəxs sərxoş vəziyyətdə hadisə törətmişdir. Müayinə olunmaq üçün həkimə aparılan müddətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yüksək səslə danışmış, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Daha sonra polis əməkdaşlar tərəfindən şəxs polis şöbəsinə gətirilmişdir. Bu əməlləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs məhkəmə iclasında göstərdi ki, o, həmin vaxtı spirtli içki qəbul etmişdir. O, dərman almağa gedərkən idarə etdiyi avtomobillə Xəzər markalı maşının güzgüsündən vurmuş və qarşı tərəf 102 Qaynar Xəttinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Polis əməkdaşları gəlmiş və onu maşına əyləşdirərək müayinəyə aparmaq adıyla polis şöbəsinə gətirmişdirlər. O, polis əməkdaşlarına qarşı heç bir tabesizlik etməmiş, onların qanuni tələblərini yerinə yetirmişdir. Məhkəmə iclasında şahid Xəzər RPİ-nin DYPŞ-nin YPX-nin baş inspektoru X2 bildirdi ki, 17 avqust 2025-ci il tarixdə daxil olmuş məlumat əsasında digər polis əməkdaşı ilə birgə hadisə yerinə yaxınlaşmışlar, məlum olmuşdur ki, avtomobili idarə edən şəxs Şəxs sərxoş vəziyyətdə yol-nəqliyyat hadisəni törətmişdir. Şəxsi müayinə olunmaq üçün həkimə aparan müddətdə o, səs-küy salaraq, başını oturacağa vuraraq polis əməkdaşlarına tabesizlik göstərmişdir. Buna görə də, polis əməkdaşları tərəfindən Şəxs şöbəyə gətirilmişdir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Beləliklə, məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, şahidin ifadəsini dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 115- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 100 (yüz) manat inzibati cərimə tənbehi tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar