Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-2069/2020 14.12.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Xəzər rayon Məhkəməsini hakimi Hüseynli Hüseyn İnanc oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon 22-ci Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından X3 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon 22-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx xxxxxx 2020-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, Məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən onu tamamlamaq mümkün olmayacağından şikayət geri qaytarılmalıdır. Belə ki, şikayəti nəzərdən keçirərkən müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 özünün Bakı şəhəri,Xəzər rayonu, Buzovna qəsəbəsi, Koroğlu küçəsi, döngə 12 ünvanında yaşadığını və inzibati xətanı Bakı şəhəri, Nəsimi rayonu ərazisində törətdiyini qeyd etmişdir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 şikayətə özünün Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Koroğlu küçəsi, döngə 12 ünvanında yaşadığını təsdiq edən heç bir mötəbər sübut əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Göründüyü kimi qanunvericilik ümumi aidiyyət qaydasını məhz şikayət verən şəxsin rəsmi qeydə alındığı yeri nəzərə alaraq müəyyənləşdirmişdir. Lakin şikayət və ona əlavə edilmiş sənədlərdə X1 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Koroğlu küçəsi, döngə 12 ünvanında yaşadığı öz təsdiqini tapmır. Göstərilənlərə əsasən hesab edirəm ki, X1 MN ******* saylı, xx xxxxxx 2020-ci il tarixli qərarın ləğv edilməsinə dair şikayət ərizəsi geri qaytarılmalı və X2 göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 128, 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon 22-ci Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından X3 tərəfindən verilmiş şikayət ərizəsi baxılmadan geri qaytarılsın. X2 göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-2069/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-2069/2020
14.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver