Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-207/2022 24.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurrəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 03 oktyabr 1983-cü il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 6-cı döngə Laçınlılar məhəlləsi ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş 03 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan göründüyü kimi, Xətai Rayon Məhkəməsinin 2(011)-1059/2020 nömrəli, 17 iyun 2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 15 dekabr 2004-cü il təvəllüdlü X5 saxlanması üçün 11 dekabr 2019-cu il tarixdən başlayaraq hər ay 170 (bir yüz yetmiş) manat və X5 xəstəliyi üçün 11 dekabr 2019-cu il tarixdən başlayaraq hər ay 100 (bir yüz) məbləğində sabit pul şəklində aliment tutularaq X1 ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1059/2020 nömrəli, 17 iyun 2020ci il tarixli icra sənədini tam icra etməkdən yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, borclu Xəzər rayon İcra şöbəsinə gəlmiş və izahat verməkdən imtina etmişdir. Hal-hazırda borclunun tələbkara 6921 (altı min doqquz yüz iyirmi bir) manat borcu vardır. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan məhkəmə icra sənədini indiyə qədər tam icra etməmişdir, onunla aparılan söhbətlərin heç bir nəticəsi olmamışdır. Məhkəmənin gedişində borclu və tələbkar ödənilməyən borcun hər ay 200 (iki yüz) manatdan az olmamaqla ödənilməsi barədə razılıq əldə etmişlər. Bunun nəzərə alınaraq borclu barəsində qanuni qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, maddi vəziyyətində yaranmış çətinlikləri ilə bağlı borcunu tam ödəyə bilməmişdir. Bundan sonra tələbkar ilə razılaşaraq hər ay 200 (iki yüz) manatdan az olmamaqla aliment borcunun ödənilməsini təmin edəcəkdir. Bu barədə tələbkar X3 ilə yazılı razılıq əldə etmişdir. Həmin razılığın surətini məhkəməyə təqdim edir və bütün bunların nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs maddi vəziyyətində olan çətinlikləri ilə bağlı 6921 manat borcunu tam ödəyə bilməmiş, lakin məhkəmənin gedişində bundan sonra hər ay 200 (iki yüz) manatdan az olmamaqla borcunu müntəzəm ödəyəcəyi barədə tələbkar X3 ilə yazılı razılıq əldə etmişdir. Məhkəmə hesab edir ki, Şəxsnın hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – 03 oktyabr 1983-cü il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 6-cı döngə Laçınlılar məhəlləsi ünvanında yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-207/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-207/2022
24.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver