Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-207/2023 05.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1, Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin (bundan sonra mətndə Xəzər RPİ 3-cü PŞ) sahə inspektoru, polis kapitanı Zaur Babayevin iştirakları ilə xx.xx.1986-cı ildə Gürcüstan Respublikasının Laqodexi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Füzuli rayonunda qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi 1 saylı yataqxanada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 510-cu maddəsi ilə Xəzər RPİ 3-cü PŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Bakı şəhəri Xəzər RPİ 3-cü PŞ tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokola əsasən Şəxs 04 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi 1 saylı yataqxanada ictimai qaydanı pozaraq həyat yoldaşı X2 təhqir etmişdir. Bununla əlaqədar Şəxs barəsində Xəzər RPİ 3-cü PŞ-nin sahə inspektoru, polis kapitanı Zaur Babayev tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXMnin 510-cu maddəsi ilə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Xəzər RPİ 3-cü PŞ-nin sahə inspektoru, polis kapitanı Zaur Babayev göstərdi ki, Şəxs 04 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi 1 saylı yataqxanada ictimai qaydanı pozaraq həyat yoldaşı X2 təhqir etmişdir. Bu səbəbdən Şəxs barəsində onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, 04 yanvar 2023-cü il tarixdə yaşadığı evin dəhləzində olan zaman həyat yoldaşı X3 ilə aralarında yaranmış anlaşılmazlığa görə mübahisə etmişlər. Həmin zaman onlardan başqa hec kim olmamışdır. Hazırda onlar barışmışlar və T.Əliyevanın ona qarşı şikayəti yoxdur. Barəsində olan hazırkı iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında göstərdi ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi 1 saylı yataqxanada yaşayır. xx.xx.2023-cü il tarixdə saat dəhlizdə olan zaman həyat yoldaşı Şəxsla aralarında yaranmış anlaşılmazlığa görə mübahisə etmişlər. Mübahisə zamanı onlaradan başqa heç kim olmamışdır. O, bu barədə polis idrəsinə məlumat vermişdir. Hazırda onlar barışmışlar və o, ərizə təqdim edərək iş üzrə icraata xitam verilməsinə etiraz etmədi. İş materiallarına əlavə edilmiş AZA N012015 saylı inzibati tutma haqqında protokoldan görünür ki, Şəxs 04 yanvar 2023-cü il tarixdə inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 510-cı maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlini etiraf etməsini iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, onun Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 115- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - xx.xx.1986-cı ildə Gürcüstan Respublikasının Laqodexi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Füzuli rayonunda qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi 1 saylı yataqxanada yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 50 (əlli) manat inzibati cərimə tənbehi tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-207/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-207/2023
05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver