Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2073/2024 24.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, xx.xx.1995-ci il tarixdə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Xəzər RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Rəhim Allahverdiyevin xx.xx.2024-cü il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Xəzər rayonu ərazisində sürücü Şəxs idarə etdiyi “Toyota Prius” markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobil piyada Zərərçəkmiş şəxs vuraraq yol nəqliyyat hadisəsi törətmiş “Toyota Prius" markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunun tələblərinə uyğunsuzluq olmuşdur və hadisə zamanı piyada Zərərçəkmiş şəxs Yüngül dərəcəli bədən xəsarəti almışdır. Məhkəmənin əvvəlki iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında xx.xx.2024-cü il tarixdə saat 01:20 radələrində idarə etdiyi “Toyota Prius” markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Buzovna qəsəbəsi istiqamətindən Mərkəz-Şəhər istiqamətində bir istiqamətli 4 zolaqlı yolun sağ tərəfındə hərəkət edərək qarşıda avtobus dayanacağında dayanmış sərnişini görüb həmin sərnişini avtomobilinə əyləşdirmək üçün dayanacağa yaxın saxlayıb avtomobillə dayanacağa tərəf arxa-arxaya hərəkət edən zaman qəfil avtomobilin arxa hissəsi nəyəsə çırpılmış, o avtomobili saxlayıb yerə düşdükdən sonra ona məlum olmuşdur ki, avtomobilin arxa hissəsi əvvəllər tanımadığı Zərərçəkmiş şəxs kimi tanıdığı piyadaya avtobus dayanacağının qarşısında çırpıldığını, hadisədən sonra o sonuncunu avtomobilinə əyləşdirib xəstəxanaya apardığını bildirmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında xx.xx.2024cü il tarixdə saat 01:20 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində, Rahat marketin qarşısından keçən yolun əks istiqamətində yəni Buzovna qəsəbəsi istiqamətindən Mərkəz-Şəhər istiqamətindən gedən 4 zolaqlı yolun sağ kənarında avtobus dayanacağında dayanıb taksi gözləyən zaman arxaarxaya hərəkət edən sonradan markasının “Toyota Prius” olduğunu bildiyi atomobilin arxa tərəfi ona çırpıldığını bildirərək hadisədən sonra sürücünün avtomobili saxlayıb onu avtomobilinə əyləşdirib xəstəxanaya apardığını bildirmiş. Eyni zamanda qeyd etmişdir ki, sürücü hadisədən sonra onunla maraqlanmamış, onun qolunda hal-hazıradək problemlər olduğunu, normal işləyə bilmədiyini, lakin, sürücü ona sağlamlığına vurduğu zərəri ödəməmişdir. Hazırda sürücüdən şikayətçidir.Ona görə də sürücünün barəsində ağır tənbeh tədbiri verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xəzər rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir; Xəzər RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Rəhim Allahverdiyevin xx.xx.2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin tərkib əlamətləri olmadığından, barəsində cinayət işinin başlanması rədd edilmiş və İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materialların Bakı şəhəri Xəzər RPİ-nin DYPŞ vasitəsilə Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 1184 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ çiyinin, sağ sağrı nahiyyəsinin qançırları, sağ bazunun, sağ saidin, sağ baldırın sıyrıqları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bazu oynağının yumşaq toxumalarının əzilməsi aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun X3" X4 müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2024-cü tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı törənməli istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, məhkəmə iş materiallarında olan ekspert rəylərini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici ifadəsini, Zərərçəkmiş şəxs izahatını, Bakı şəhəri Xəzər RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis polkovnik leytenantı Teymur Ağamirovun xx.xx.2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 327.8ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş yuxarıda sadalanan sübutlarla və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxslə barışığın olmadığını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-2073/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2073/2024
24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver