Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-2075/2024 16.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Xəzər rayon Məhkəməsini hakimi Hüseynli Hüseyn İnanc oğlu, Bakı şəhər Xəzər rayon Polis İdarəsi Dövlət X3 18 aprel 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqında protokolu əsasında qəbul edilmiş inzibati tənbeh vermə barədə qərarından X1 vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM X1 vəkili və nümayəndəsi Nümayəndə şikayət ilə məhkəməyə müraciət edərək Bakı şəhər Xəzər rayon Polis İdarəsi Dövlət X3 inzibati xəta haqqında 18 aprel 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqında protokolu əsasında qəbul edilmiş inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən onu tamamlamaq mümkün olmayacağından şikayət geri qaytarılmalıdır. Belə ki, X1 vəkili və nümayəndəsi Nümayəndə şikayətdə E.Məmmədxanlı barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ilə razılaşmadığını qeyd etmiş, lakin həmin qərarın surətini şikayət ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası İXM-nin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Göründüyü kimi qanunvericilik inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest vermək hüququnu müəyyən etmişdir. Hazırki iş üzrə şikayətçi inzibati tənbeh vermə haqqında qərardan şikayət ilə məhkəməyə müraciət etsə də, qərarın surətini şikayət ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X1 vəkili və nümayəndəsi Nümayəndə Bakı şəhər Xəzər rayon Polis İdarəsi Dövlət X3 18 aprel 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqında protokolu əsasında qəbul edilmiş inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsinə dair şikayəti geri qaytarılmalı və X1 vəkili və nümayəndəsi Nümayəndə göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin qərardadlardan bəhs edən nə ümumi, nə də xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 128, 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM Bakı şəhər Xəzər rayon Polis İdarəsi Dövlət X3 18 aprel 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqında protokolu əsasında qəbul edilmiş inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair X1 vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət baxılmadan geri qaytarılsın. X1 vəkili və nümayəndəsi Nümayəndə göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-2075/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-2075/2024
16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver