Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2076/2025 19.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X14 Məhəmməd oğlunun sədrliyi, Cəlilli Təbriz Oruc oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X1 Zərəçəkmiş şəxs (tələbkar) X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Füzuli rayonu, Şəhərcik kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Füzuli rayonu, Ayıbasanlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 101 TPM, yataqxana binasında yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X5 izahat verərək bildirdi ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-2(003)-2437/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Bakı Nizami Rayon Məhkəməsinin 2(007)-1730/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş və cavabdeh Şəxs iddiaçı X2 xeyrinə xx.xx.2014-cü il təvəllüdlü X10, xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat olaraq, cəmi 510 (beş yüz on) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Borclu hər ay 50 yaxud 100 manat ödəniş etməklə, icra sənədini tam icra etmir. Tələbkarın çoxsaylı şikayətlərinə əsasən ona dəfələrlə xəbərdarlıq etsə də borclu borcunu tezliklə ödyəcəyini bildirərək icradan yayınır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o musiqiçidir və toylarda iştirak edərək pul qazanır. Hazırda toyların sayı az olduğundan alimenti ödəyə bilmir. Başqa qadınla faktiki münasibətindən azyaşlı övladı olduğu üçün onun xərclərini ödəyir. Lakin hər ay ödəniş edir. Bir ay ərzində borcunu qismən ödəyəcəkdir. İmkanı olsa borcunu tam şəkildə ödəyəcəkdir. Ancaq hazırda imkanı zəifdir. Bütün bunların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxs (tələbkar) X7 uşaqların saxlanılmasında çətinlik çəkdiyini, borclunun isə hər ay 50-100 manat ödəniş etdiyini, buna görə də onun cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan, MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e- 2(003)-2437/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat olaraq, cəmi 510 (beş yüz on) manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməlidir. Şəxs 5631 manat borcu yaranmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-2(003)-2437/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan qəbzlərdən müəyyən olunur ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-2(003)-2437/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Şəxs hər ay əsasən 50 manat ödəniş edir. Elektron məhkəmə informasiya sistemində Şəxs qohumluq məlumatlarından müəyyən olunur ki, övladı X8 xx.xx.2024-cü il tarxidə doğulmuşdur. Belə ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi barədə məlumatı var, lakin icra sənədi üzrə tələbi icra məmuru tərəfindən verilmiş müddətdə yerinə yetirməmiş və yerinə yetirməkdən yayınmışdır. İcra sənədi üzrə tələbi qismən icra etməklə hər ay 50-100 manat ödəniş etməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini üzürsüz səbəb olmadan icra etməmişdir. Belə ki, onun xx.xx.2024-cü il təvəllüdlü 4-cü övaldı vardır və onun xərclərini ödəyir. Bunun isə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-2(003)-2437/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqinin icra edilməməsi üçün üzrlü səbəb hesab edilməsi əsassızdır. Ona görə də məhkəmə hesab edir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokol əsaslıdır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs hərəkəti düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif etmiş və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq, onun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqəsdəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(003)-2076/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2076/2025
19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver