Məhkəmə qərarları › İş №3(003)-2078/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2078/2024

11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2078/2024 11.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi ilə, Şəxs (bundan sonra Şəxs MMC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsindən Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi haqqında material baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X7 bildirmişdir ki, Emin Xankişiyev Xidmətə müraciət edərək onu əmək müqaviləsi qüvvəyə minmədən MMC tərəfindən işə cəlb olunduğunu bildirmişdir. Bu barədə araşdırma aparılmış və Şəxs MMC əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi müəyyən edilmişdir. MMC-nin baş direktoru Vüqar Həmidov X4 Xidmətinə bildirmişdir ki, X3 rəsmi işləmək istmədiyindən ona bildirilmişdir ki, digər şirkətlərin məhsullarını satdığı kimi onların da məhsullarını satar və 5 faizi alar. Razılaşmadan sonra tərəf onun bazarda 10-15 illik satış təcrübəsi olduğu üçün xahiş etmişdir ki, onun faizlə işləyən kimi yox, satış direktoru kimi təqdim etsin. Onlarda buna humanistlik göstərmişlər və razılıq vermişlər. Bundan sonra vətəndaş satış üçün fəaliyyətə başlanmışdır. Bununla da MMC-nin baş direktoru Vüqar Həmidov inzibati xətanın törədilməsini təsdiq etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən X3 xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əək müqaviləsi hüquqi qüvvəyə minmədən satış direktoru vəzifəsində işlərin yeriinə yetirilməsinə cəlb olunmuşdur. Nəticə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Abşeron – Xızı regional şöbəsinə ünvanlanmış X1 ərizəsinin surətindən görünür ki, o, həmin ərizədə xx.xx.2024-cü il tarixindən satış müdiri vəzifəsində çalışdığını, şirkətin adının Şəxs, direktoru Vüqar Həmidov, Avni Dəmirçi olduğunu, şirkətin Abşeron rayonu, Atyalı qəsəbəsində yerləşdiyini bildirmişdir. Həminçinin bildirmişdir ki, aylıq 2000 manat maaş alır və hal-hazırda 2 aylıq əmək haqqını vermirlər. Vüqar Həmidov get hara istəyir şikayət et demiş, bununla bağlı şahid və sübutları var, müqaviləsiz işləmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətində X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli izahatının surətindən görünür ki, həmin izahatda X3 2024-cü ilin aprel ayının 15-dən Şəxs MMC-də əmək müqaviləsi bağlamadan satış direktoru vəzifəsində işlədiyini, 2 aylıq maaşının verilmədiyini, işləməsinin sübutu ki Rəsul Əbilhəsənlinin və Kamal Əhmədovun şahid qismində dindirilməsini, əmək haqqını əlbəəl və şəxsi kartına köçürülmə vasitəsilə aldığını, Vüqar Həmidov tərəfindən işlərin görülməsinə cəlb edilməsini bildirmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətində X2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli izahatının surətindən görünür ki, o, həmin izahatda xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Şəxs MMC-də istehsalat meneceri vəzifəsində çalışdığını, işlədiyi dövrdə X1 onunla birlikdə satış direktoru vəzifəsində işlədiyinin şahidi olduğunu bildirmişdir. -Şəxs MMC-nin baş direktoru Vüqar Həmidovun xx.xx.2024-cü il tarixli, 3451/23 nömrəli məktubunun surətindən görünür ki, o, həmin məktubda bildirmişdir ki, X3 haqqında məlumatları var. Tərəf onların şirkətinə müqaviləli işlədikləri mühasibləri tərəfindən təklif edilmişdir. X3 ilə görüş zamanı bildirmişdir ki, o Güllü Bulaq şirkətində (Pakmaya məhsulunun ölkəmizdəki distrübütoru), Coco Cola şirkətində və bir çox şirkətlərdə qeyri-rəsmi çalışır və onların məhsullarının da satışını təşkil etmək istəyir və nəticəni göstərdikdən sonra Satış direktoru vəzifəsini, əmək haqqı və faiz onlardan istəyəcəkdir. Bildirmişlər ki, onların şirkəti rəsmi işlədiyi üçün heç bir vətəndaşı müqaviləsiz işlətmirlər və şirkətin bazardakı imicinə əsasən bu yolverilməzdir və onu işə qəbul etməlidirlər. X3 onlara son olaraq bildirmişdir ki, keçmiş həyat yoldaşını və uşaqlarının anasını əmlaka görə məhkəməyə vermiş, aliment və digər xərcləri qarşılamaq istəmədiyi üçün rəsmi işləmək istəmir. Onlarda öz tərəflərindən bildirmişlər ki, o zaman onu işə qəbul etmirlər, digər şirkətlərin məhsullarını satdığı kimi onların da məhsullarını satar və 5 faizini alar. Bütün bu razılaşmadan sonra tərəf onlara demişdir ki, onun bazarda 10-15 illik satış təcrübəsi olduğu üçün xahiş edir onu faizlə işləyən kimi yox satış direktoru kimi təqdim etsinlər. Onlarda buna humanistlik göstərmişlər və razılıq vermişlər. Bundan sonra vətəndaş satış üçün fəaliyyətə başlamışdır. Qısa müddət sonra isə məhkəməsinin olduğunu və cərimə məbləği ödəməsə onu 14 günlük həbs edəcəklər dediyi üçün ilk olaraq ona 1000 AZN məbləğ kartına köçürmüşlər. Mayının 1-ci həftəsi olmuş, səhf etmirsə. Sonra iyun ayından etibarən layihə ilə əlaqədar Qarabağ bölgəsində olduğu üçün vətəndaşın elədiyi satışlar və digər işlər haqqında ümumi məlumatı olmamışdır. Hər gün ona yazıb ikinci dəfə ailə həyatı qurduğu xanımla suni mayanlandırma əməliyyatına girəcəyi üçün pulun lazım olduğunu yazmışdır. Humanistlik edib yenə göndərirmişlər. Anasının əməliyyata girdiyini və atasının anaflaktik şok keçirdiyini açıqladığı üçün həssas nüanslarla manipulasiya etdiyi üçün onlardan bəzi məbləğlər istəmişdir. Onlar da göndərirmişlər. Sadəcə bildirmək istəyir ki, bu günə qədər ona göndərilən məbləğlər onun etdiyi satışın 100 dəfəsindən artıqdır. Birinə qarşı atdıqları humanist addımın sonunda özləri günahkar mövqeyində olmuşlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-3.4-cü hissəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda həmin münasibətlər tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-4-cü hissəsinə əsasən bu maddənin bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Həmin Məcəllənin 43-cü maddəsinin 1-ci hissəsinə əsasən “Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.” Həmin Məcəllənin 44-cü maddəsinin 1-ci hissəsinə əsasən Əmək müqaviləsi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron sənəd formasında bağlanılır İşin araşdırılmış hallarından görünür ki, X3, Şəxs MMC tərəfindən məhsullarının satışı ilə bağlı işə cəlb olunmuş və ona şirkət tərəfindən yerinə yetirdiyi işlərə görə əmək haqqı verilmişdir. Eyni zamanda müəyyən olunur ki, MMC ilə X3 arasında qanunvercilikdə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmamışdır. Bu hallar iş materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə qeyd edir ki, işə baxılması ilə bağlı lazımi qaydada Şəxs MMC-yə məlumat verilməsinə baxmayaraq iş üzrə müəyyən edilmiş halların əksinə dəlalət edən sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərtib edilmiş protokol əsaslıdır və Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin dispozisiyası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə törədilmiş inzibati xətanı özündə ehtiva edir. İşin hallarından da göründüyü kimi barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs tərəfidən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələbləri pozulmuşdur və bu səbəbdən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Həmin Məcəllənin 18.1.-ci maddəsinə əsasən 18.1-ci maddəsinə əsasən “Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.” Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.” Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan minimum həddə cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X5 iştirakı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Qəbələ rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə qəraraaldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət və ya protest verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar