Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2082/2024 23.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, X1 iştirakı ilə, Bakı Şəhər X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhər X9 İdarəsinin barəsində İXM-nin 332.3-cü maddəsi ilə 400 manat məbləğində cərimə edilməsi haqqında xx.xx.2024cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhər X9 İdarəsinin yol patrul xidmətinin iııspektoru polis baş serjantı X4 onu guya sürücülük hüququnun məhdudlaşdırılması olduğu təqdirdə avtomobil sürdüyünə görə saxlamışdır. O, səbəbini öyrənmək istədikdə ona cəriməni ödəmədiyinə görə sürücülük hüqunun məhdudlaşdırıldığı bildirmişrdir. Bildirmək istəyir ki, o, sözügedən protokol üzrə cəriməni hələ may ayında ödəmişdir. Belə olduğu təqdirdə barəsində İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə İXP ******* saylı xx.xx.2024-cü il tarixli protokol tərtib edilmişdir. Həmçinin bildirmək istəyir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-1000/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı əsasında işə xitam verilmişdir. O, cəriməni ödədiyi və 04 oktyabr 2024-cü il tarixdə məhkəmənin xitam qərarı olduğu halda barəsində xx.xx.2024-cü il tarixdə İXM-nm 332.3-cü maddəsi ilə təqsirli bilinməyinə dair TP ******* saylı qərar qəbul edilmişdir. O, X8 İdarəsinə müraciət etsə də, onun müraciəti nəticəsiz qalmışdır. X10 İdarəsindən 12 oktyabr 2024-cü il tarixdə əldə etmişdir. Bu səbəbdən pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında şikayətçi X3 şikayətini müdafiə edərək şikayətinin məzmununa oxşar izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, şikayət təmin edilərək Bakı Şəhər X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: -Bakı Şəhər X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə saat 16:50-də “Opel Astra” minik markalı, ** KA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vastiəsini idarə edərkən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudladırıldığı halda nəqliyyat vasitəsini idarə etmiş, nəticədə onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. -Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(003)-1000/2024 saylı qərarından görünür ki, X3 cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədiyindən onun nəqliyyat vasitələrini idarə etmə hüququndan 06 ay müddətinə məhdudlaşdırılması barədə Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(003)-1000/2024 saylı qərarına xitam verilmişdir. “Elektron Məhkəmə” İnformasiya sistemindən görünür ki, qeyd olunan Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(003)-1000/2024 saylı qərarı xx.xx.2024-cü il tarixdə saat 11:25-də qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş: - Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(003)-1003/2024 saylı qərarından görünür ki, X3 cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədiyindən onun nəqliyyat vasitələrini idarə etmə hüququndan 06 ay müddətinə məhdudlaşdırılması barədə Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(003)- 1003/2024 saylı qərarına xitam verilmişdir. - Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(003)-998/2024 saylı qərarından görünür ki, X3 cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədiyindən onun nəqliyyat vasitələrini idarə etmə hüququndan 06 ay müddətinə məhdudlaşdırılması barədə Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(003)-998/2024 saylı qərarına xitam verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə X3 barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıldığı halda nəqliyyat vasitəsini idarə etməsi səbəbindən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə nəzərdə tutulmuş inzibati xəta törədilməsində təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Eyni zamanda iş materiallarından müəyyən edilir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə nəzərdə tutulmuş inzibati xəta törədilməsində təqsirli bilinməsi barədə Bakı Şəhər X9 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edildiyi anda onun nəqliyyat vasitəsinin idarə etmək hüququnun məhdudlaşdırılması barədə qüvvədə olan məhkəmə qərarı mövcud olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 134.1.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qəbul edilir. -135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Şikayət təmin olunsun. Bakı Şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-2082/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2082/2024
23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver