Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-209/2023 06.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1987-ci ildə Qubadlı rayonunda rayonu, doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə ailəli, 2 azyaşlı uşağı olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Heydər Əliyev adına Hava Limanında çilingər işləyən, Mingəçevir şəhəri, Naxçıvan küçəsi, ev 31, mənzil 160-da qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi, nömrəsiz fərdi evdə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 2-ci PŞ-dən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 05 yanvar 2022-ci il tarixli protokola əsasən Şəxs 18 dekabr 2022-ci il tarixdə Buzovna qəsəbəsi, Albalılıq massivində yerləşən fərdi yaşayış evindən Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng edərək nalayiq ifadələr işlətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan əməli törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, o, Buzovna qəsəbəsi, Albalılıq massivində yerləşən nömrəsiz fərdi evdə kirayədə yaşayır. 2019-cu ildə torpaq sahəsi almış və bundan sonra həmin torpaq sahəsi ilə bağlı mübahisələr yaranmışdır. Əsəd Məmmədov adlı şəxs ona hədə-qorxu gəldiyinə, şərlədiyinə görə onun hərəkətlərindən hüquq-mühafizə orqanlarına, eyni zamanda Xəzər RPİ-nin 2-ci PŞ-nə şikayət ərizələri yazmışdır. Lakin həmin şəxsin barəsində heç bir tədbir görülməmişdir. xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində şikayətlə bağlı “102” xidmətinə zəng etmişdir. Lakin içkili vəziyyətdə olduğuna görə söylədiklərini və söyüş söyüb-söymədiyini xatırlamır. Məhkəmədən barəsində cərimə cəzasının verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs içkili halda 18 dekabr 2022-ci il tarixdə saat 17:00 radələrində yaşadığı Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi, nömrəsiz fərdi evdən Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng edərək ölkə rəhbərliyinin ünvanına nalayiq ifadələr işlətmiş və bununla da o, xırda xuliqanlıq etmişdir. İş materiallarına əlavə edilmiş Xəzər rayon prokuroru vəzifəsini icra edən Zaur Ağakişiyevin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə sərxoş vəziyyətdə DİN-nin “102” xidmətinə zəng edərək şikayəti ilə bağlı hər hansı bir tədbir görülməyəcəyi təqdirdə DİN-nin inzibati binasını partladacağını bildirmiş, bununla bağlı Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı Fariz Məmmədov tərəfindən araşdırma aparılaraq Azərbaycan Respublikası CM-nin 296.1-ci maddəsi ilə cinayət işi başlanması məsələsinə baxılması üçün vəsatətlə rayon prokurorluğuna müraciət edilmişdir. Vəsatət təmin edilməmiş, əlavə araşdırma aparılması üçün toplanmış material Xəzər RPİ-nin 2-ci PŞ-nə qaytarılmışdır. Azərbaycan Respublikası İXM-nin 101.3 və 102.5-ci maddələrinə əsasən inzibati araşdırma aparıldığı halda inzibati xəta haqqında protokol bir aydan artıq olmayan müddətdə tərtib olunur. Məhkəmədə müəyyən olundu ki, hadisə xx.xx.2022-ci il tarixdə baş vermiş, araşdırma aparılmış və protokol bir ay müddət ərzində, yəni xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. Bundan başqa, məhkəmə tərəfindən iş materiallarında olan Azərbaycan Respublikası DİN “102 xidməti-zəng mərkəzi sistemi” səs yazısı qeydə alınmış diskə qulaq asılarkən müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs “102” xidmətinə zəng edərək ölkə rəhbərliyinin ünvanına bir neçə dəfə nalayiq ifadələr işlətmişdir. Məhkəmə Şəxs əməli etiraf etməsini yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmə Şəxs xətanı sərxoş halda törətməsini Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar kimi qiymətləndirir. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, onun barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00-da tutulmuşdur. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 05 yanvar 2023-cü il saat 20:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-209/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-209/2023
06.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver