Məhkəmə qərarları › İş №3(003)-2095/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2095/2023

08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2095/2023 08.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın iştirakları ilə Şəxs 26 noyabr 1979-cu il tarixdə Laçın rayonunun Quşçu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fəhlə işləyən, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Südçülük sovxozunda qeydiyyatda olan və yaşayan barəsində Bakı şəhəri Xəzər rayon İcra şöbəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X5 tərəfindən tərtib olunmuş 08 avqust 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1311/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən Şəxs 10 may 2013-cü il tarixdən başlayaraq X2 xeyrinə xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 93 (doxsan üç) manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 xəta haqqında protokolun məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, borclunun 5000 (beş min) manat borcu vardır, lakin tələbkar hazırda şikayətçi deyildir. Bununla belə, borclu qeydiyyatda olduğu ünvanda yaşamır, onu tapmaq olmur, çağırışlara gəlməkdən yayındığına görə 26 iyul 2023-cü il tarixdə onun barəsində axtarış elan edilmiş, bundan sonra o, 08 avqust 2023-cü tarixdə polisin məktubu əsasında özü könüllü olaraq İcra şöbəsinə gəlmiş və izahatı alınmışdır. İzahatında borclu indiyə qədər tələbkara ödənişlər etdiyini, lakin aralarındakı anlaşılmazlıq səbəbindən tələbkarın ödəniş kartına keçirtdiyi pul məbləğini götürmədiyini, səhhətində yaranmış problemlə əlaqədar uzun müddət işləmədiyini ona görə alimentin ödənilməsində gecikmə yarandığını, yığılan borcun 900 manatını 1 ay içində ödəyəcəyini, qalan borcu da hissə-hissə ödəyəcəyini göstərmişdir. Göründüyü kimi, borcli indiyə qədər müxtəlif bəhanələrlə icra sənədini tam icra etməkdən yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Bu isə tələbkarın haqlı narazılığına səbəb olmuşdur. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, indiyə qədər tələbkara ödənişlər etmiş, lakin aralarındakı anlaşılmazlıq səbəbindən tələbkar ödəniş kartına keçirtdiyi pul məbləğini götürməmişdir. Ayağından xəsarət aldığı üçünl səhhətində yaranmış problemlə əlaqədar uzun müddət işləmədiyinə görə alimentin ödənilməsində gecikmə yaranmış, buna görə də çağırışlardan yayınmışdır. Lakin borcu ödəməyin onun vəzifəsi olduğunu bilir və bundan yayınmır. Tələbkar ondan şikayətçi deyil, yığılan borcun 900 manatını 1 ay içində, qalan borcu da hissə-hissə ödəyəcəkdir. Bütün bunların nəzərə alınaraq ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, borclu Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs uzun müddət ərzində heç bir üzrlü səbəb olmadan icra vərəqəsini tam icra etməmişdir. Borclunun məhkəmə qərarını icra etməməsi ədalət mühakiməsinin nüfuzuna zərbə vurur. Şəxs tərəfindən borcun qismən ödənilməsi məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Şəxsnın məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, himayəsində üç azyaşlı uşağının olmasını və əmlak vəziyyətini nəzərə alaraq ona təqsirləndirildiyi maddə üzrə inzibati cərimə tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – 26 noyabr 1979-cu il tarixdə Laçın rayonunun Quşçu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fəhlə işləyən, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Südçülük sovxozunda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar