Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2097/2023 23.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1990-ci il tarixdə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Şuşa rayonu Malıbəyli kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi A.İldırım küçəsi Mayak düşərgəsi fərdi evdə yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati protokola əsasən sürücü Şəxs İnqilab oğlu xx.xx.2023-cü il tarixində təxminən saat 10.30 radəlrində etibarnamə ilə idarə etdiyi Opel Astra markalı **-XF-*** qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu, Mərdəkan qəsəbəsi istiqamətinədən MərdəkanBuzovna şossesi ilə Buzovna qəsəbəsi istiqamətinə doğru yolun sağdan-sola 1-ci zolağı ilə saatda təxminən 60-km/surətlə hərəkətdə olarkən ara məsafəsini düzgün seçmədiyindən yolun sağ kənarında dayyanmış vəziyyətdə olan X1 VAZ 21060 markalı **-OX-*** qeydiyyat nişanlı avtomobilinin arxa hissəsinə çırpılaraq sonuncuya YÜNGÜL dərəcəli bədən xəsarəti yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmənin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.2023-cü il tarixində təxminən saat 10.30 radəlrində etibarnamə ilə idarə etdiyi Opel Astra markalı **-XF-*** qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu, Mərdəkan qəsəbəsi istiqamətinədən Mərdəkan-Buzovna şossesi ilə Buzovna qəsəbəsi istiqamətinə doğru yolun sağdan-sola 1-ci zolağı ilə saatda təxminən 60-km/surətlə hərəkətdə olarkən sol zolağdan tünd rəngli VAZ markalı avtomobilin manevr edərək hərəkətdə olduğu zolağa keçməsini görərək hərəkətini davam etdirmiş və həmin avtomobilin qarşıda yolun kənarında dayanmasını görsə də əyləci sıxmış, lakin buna baxmayaraq avtomobilinin ön sağ künc hissəsi ilə həmin avtomobilin sol arxa hissəsinə çırpılmışdır. O, avtomobildə tək olmuş və xəsarət almamışdır. Törətdiyini əməldən peşmandır. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq protokol tərtib etmiş şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin 21 iyul 2023-cü il tarixli, 769 saylı rəyində görünür ki, 1975-cı il ci il təvəllüdlü X1 məhkəmə-tibb ina və tibbi sənəddə yazılanlara əsasən, hadisə haqqında məlumatları nəzərə ə qərarda qoyulmuş suallara müvafiq olaraq, aşağıdakı nəticəyə gəlinmişdir: 1.B.H.Qəndəliyevin bədənində aşkar edilmiş xəsarət — ağrı sindromu və hərəkət dluğu ilə müşayiət olunan sağ bud-çanaq oynağının yumşaq toxumalarının Sİ küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddəti onun "X4" X5 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bu YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. İş materillarında olan 1/3978 nömrəli, 14 iyul 2023-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, X1 alkoloq sərxoşluq vəziyyəti “ayıq” olmuşdur. İş materillarında olan 1/3356 nömrəli, 14 iyul 2023-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs alkoloq sərxoşluq vəziyyəti “ayıq” olmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər RPİ TŞ-nin təhqiqatçısı, polis mayoru Azər Səmədov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 26 iyul 2023-cü il tarixli qərardan müəyyən olunur ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hall kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-2097/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2097/2023
23.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver