Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2098/2023 18.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə Şəxs xx.xx.1988-ci il tarixdə Naxçıvan MR-nin Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Yeni sahədə yaşayan barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 232-1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 00:00 radələrində Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda vətəndaş Zərərçəkmiş şəxs avtomobilinə xx.xx.1988-ci il təvəllüdlü Şəxs tərəfindən ziyan vurulmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 00:10 dəqiqədə 3 azyaşlı övladı, rəfiqəsi X6 və və onun bir azyaşlı övladı ilə birlikdə Binə qəsəbəsi Hövsan Südçülük sovxozu ünvanı olmayan fərdi yaşayış evində yaşayan atalığı X2 döğum gününü təbrik etmək üçün gəlmişlər. Daha sonra qardaşı X3 yaşadığı evə getmişlər. xx.xx.2023-cü il tarixdə saat 00:45 dəqiqədə qardaşının mənzilindən çıxanda həmin mənzilin qarşısında saxladığı, etibarnamə ilə idarə etdiyi “Changan” markalı “Eado DT” modelli **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa şüşəsinin, ön sol güzgüsünün sındırıldığını, sol hər iki qapının əzildiyini və hər iki dövlət qeydiyyat nişanının çıxarılaraq birinin küçəyə atıldığını, digərinin isə yerində olmadığını, bundan başqa, 7000 (yeddi min) manat pulunun oğurlanmasını aşkar etmişdir. Hadisəni özü görməmiş, lakin qonşular görmüşlər. Yarım saat ərzində onun avtomaşınını pis hala salmışlar və nəticədə ona 4100 (dörd min yüz) manat məbləğində maddi ziyan dəymişdir. Sığorta ödənişi olmamışdır. Hadisənin kim tərəfindən törədilməsi barədə məlumatsız olmaqla yanaşı, oğurlanmış 7000 (yeddi min) manat pulu Yasamal rayonu İnşaatçılar prospekti 28”A” ünvanında yerləşən icarəyə işlətdiyi “FP” adlı gözəllik salonundan əldə etmiş, yeni paltar mağazası açmaq üçün saxlamışdır. Onun ərizəsi əsasında Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı, polis mayoru Rəhman Məmmədov tərəfindən araşdırma aparılmış və toplanmış material üzrə cinayət tərkibi müəyyən eilmədiyindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, baş vermiş hadisə ilə bağlı inzibati xəta törətmiş şəxslər barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi əsasında tədbir görülməsi üçün materialın aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü PŞnə göndərilməsi qərara alınmışdır. Ona vurulmuş 4100 (dörd min yüz) manat dəyərində maddi ziyan indiyə qədər ödənilməmişdir. Bunun nəzərə alınnaraq ona dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə müvafiq inzibati tənbeh tədbiri təbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 00:30 dəqiqədə tanışı Həsən adlı şəxslə Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən “Star” çay evindən şıxıb yaşadıqları evə gəldikləri zaman küçədə olarkən çay evini işlədən Etibar adlı şəxsin qeyri-rəsmi yaşadığı Nazlı adlı xanımın ayağı burxulduğuna görə Etibar Naziləni evə aparmaqda ona kömək göstərməsini xahiş etmişdir. Onlara yaxınlaşanda Etibar və Nazilənin ağır dərəcədə sərxoş olduqlarını və mübahisə etdiklərini görmüşdür. Buna baxmayaraq, Həsənlə birlikdə Etibara kömək edib Naziləni evə aparmışlar. Daha sonra Etibar əsəbi halda küçəyə çıxaraq küçədə dayanmış gümüşü rəngli “Changan” markalı avtomobilin arxa şüşəsini daşla sındırmış və avtomobilin bir neçə hissəsinə təpik vurmuşdur. Bundan əlavə, Etibar avtomobili zədələyəndən sonra onu yaşadığı evə yola salıb öz yaşadıqları evə getmişlər. O, zərərçəkmiş şəxsi tanımamışdır, həmin vaxt avtomobilə toxunmamış və heç kim avtomobilə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Bakı şəhəri Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 64-cü maddələrinə əsasən işə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs izahatlarını dinləyib hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı, polis mayoru Rəhman Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma zamanı hadisə yerinə baxış keçirilərək protokol tərtib olunmuş və iş üçün əhəmiyyət kəsb edən müvafiq foto şəkillər çəkilərək materiala əlavə olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda olan X1 izahatından görünür ki, o, hazırda Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən “Star” çay evini icarəyə götürərək işlədir. xx.xx.2023-cü il tarixdə işlətdiyi çay evində qeyri-rəsmi yaşadığı Nazilə adlı xanımla spirtli içki qəbul etdikdən sonra taksiyə əyləşib yaşadıqları evə gəlmişlər. Evin qarşısında olarkən Nazilənin ayağı burxulduğu üçün yaxınlıqdan keçən Həsəni və Hilalı köməyə çağırmışdır. Lakin Nazilə həddindən artıq sərxoş olduğu üçün onunla əsassız səbəbdən mübahisə etməyə başlamış, buna baxmayaraq, Hilal və Həsənin köməkliyi ilə onu evə aparmışlar. Sonra əsəbi və sərxoş olduğu üçün yaşadığı evin küçəsində dayanmış gümüşü rəngli “Changan” markalı avtomobilin arxa şüşəsini mişar daşı ilə sındırmış, avtomobilin güzgü və qapılarına isə bir neçə təpik zərbəsi vurmuşdur. Lakin həmin avtomobilin sahibini tanımır, əvvəllər onunla ədavəti olmamışdır. Hadisəni spirtli içkinin təsiri altında sərxoş halda törətmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda olan X5 izahatından görünür ki, o, da X1 izahatı ilə oxşar, eyni məzmunlu izahat verərək onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda göstərilir ki, aparılmış təhqiqatla müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 00:45 dəqiqədə X4 əvvəllər tanımadığı vətəndaş Zərərçəkmiş şəxs Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda qardaşı Qadir Əliyevin yaşadığı mənzilin qarşısında saxladığı “Changan” markalı “Eado DT” modelli **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa şüşəsini, ön sağ güzgüsünü daşla sındırıb, hər iki sol tərəf qapılarını əzib, dövlət qeydiyyat nişanlarını yerindən çıxarıb küçəyə atmaqla ona ümumilikdə 2347 AZN maddi ziyan vurub özgənin əmlakını qəsdən zədələmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs zərərçəkmiş şəxsi tanımamışdır, həmin vaxt avtomobilə toxunmamış, heç nəyi vurmamış, sındırmamış və avtomobilə daxil olmamışdır. Zərərçəkmiş şəxsin avtomobilini X4 zədələmişdir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 232- 1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53,105, 114cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-2098/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2098/2023
18.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver