Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2099/2022 20.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə inspektoru Rəsul Ağayevin iştirakı ilə xx xxxxxxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, deməsinə görə subay, fərdi əməklə məşğul olan və əvvəllər inzibati məsuliyyətə cəlb olunan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Natəvan küçəsi, ev 17-də qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 2-ci PŞ-dən daxil olmuş inzibati xəta barədə işlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 20 dekabr 2022-ci il tarixli protokola əsasən Şəxs 17 noyabr 2022-ci il tarixdə Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Ramin” marketdən 250 manat dəyərində şampunları oğurlamışdır. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində Azərbaycan Respublikası İXMnin 227-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı Fariz Məmmədov tərəfindən 22 noyabr 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü qismən təqsirli bilərək göstərdi ki, təxminən 3 ildir ki, narkotik vasitə olan heroindən gündə bir dəfə, çəkmək yolu ilə istifadə edir. O, “Ramin” marketdən bir dəfə cəmi 4 ədəd şampun oğurlamış və 15 manata sataraq pulu narkotikə xərcləmişdir. “Ramin” marketdən o, başqa oğurluq etməmişdir. Bu gün saat 14:00-da o, Xəzər RPİ-nin 2-ci PŞ-nə gəlmişdir. Hazırda Xəzər RPİ-nin İŞ-də barəsində Azərbaycan Respublikasını CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi vardır. Əməlindən səmimi peşman olduğunu, barəsində hər hansı cəza təyin olunmasını məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Xəzər RPİ-nin 2-cü PŞ-nin sahə inspektoru Rəsul Ağayev göstərdi ki, Şəxs son iki ay ərzində müxtəlif vaxtlarda Buzovna qəsəbəsində yerləşən “Ramin” marketdən 250 manat dəyərində 25 ədəd şampunu oğurlamışdır. Sonuncu əməli o, xx.xx.2022-ci il tarixdə törətmişdir. Oğurluq edən şəxsin Şəxs olması mağazada qeydə alınmış videogörüntülərə baxış keçirilərkən müəyyən olunmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs 2 ay ərzində, sonuncu dəfə isə 17 noyabr 2022-ci il tarixdə Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Ramin” marketdən 250 manat dəyərində cəmi 25 ədəd şampunları oğurlamışdır. İş materiallarına əlavə edilmiş Xəzər rayon 2-ci PŞ-nin təhqiqatçısı Fariz Məmmədovun 22 noyabr 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, toplanmış materal üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Məhkəmə Şəxs əməli etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməli, təxminən 3 ildir narkotik vasitə olan heroindən hər gün olmaqla istifadə etməsini nəzərə alıb hesab edir ki, onun barəsində ictimai işlər tənbeh növünün tətbiq edilməsi məqsədə uyğun deyil və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, Şəxs 20 dekabr 2022-ci il tarixdə saat 14:00 radələrində Xəzər RPİ-nin 2-ci PB-nə gəlmişdir. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 115, 117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 20 dekabr 2022-ci il tarixdən saat 14:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-2099/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2099/2022
20.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver