Məhkəmə qərarları › İş №3(003)-21/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-21/2023

01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-21/2023 01.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 və onun vəkili X16, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsinin nümayəndəsi X5 iştirakları ilə X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında 00800-0263/22 nömrəli, 25 oktyabr 2022-ci il tarixli protokola əsasən X2 fəaliyyəti üçün nəzərdə tutulan malları Azərbaycan Respublikasının gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirmişdir. Bununla da, X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsinin nümayəndəsi X12 izahatında bildirdi ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsindən xx/xx/014951 qeydiyyat nömrəsi ilə daxil omuş, 23 iyun 2022-ci il tarixli 1000-190/1xx-xx/010522 nömrəli məktubda göstərilən halların araşdırılması zamanı müəyyən olunmuşdur ki, Rusiya Federasiyasının vətəndaşı X8 Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından 04 iyun 2022-ci il tarixli 22/H-3314-024 nömrəli məktubla Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə 07 iyun 2022-ci il tarixli 21/H4/022718 qeydiyyat nömrəsi ilə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentin Katibliyindən 07 iyun 2022-ci il tarixli 4/H/3134 nömrəli məktubla Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə 09 iyun 2022-ci il tarixli 21/H5/023190 qeydiyyat nömrəsi ilə daxil olmuş, eləcə də, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ünvanladığı 02 iyun 2022-ci il tarixli 26/H2/022134, 06 iyun 2022-ci il tarixli 26/H3/022577 qeydiyyat nömrəli eyni məzmunlu müraciətlərinə və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə 02 iyun 2022-ci il tarixli 26/H1/022123 qeydiyyat nömrəsi ilə daxil olmuş 02 iyun 2022-ci il tarixli AZ1007/********** nömrəli teleqramına Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsində baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 1 nömrəli əlavəsinin 9-cu bəndinə əsasən səfər zamanı fiziki şəxslər tərəfindən, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməlidir. Araşdırma zamanı gömrük xidmətinin Vahid avtomatlaşdırılmış İdarəetmə X1 müraciətində qeyd etdiyi mobil telefonlar barədə müvafiq olaraq 24 may 2022-ci il və 28 may 2022-ci il tarixlərdə onun tərəfindən ölkə ərazisinə gətirilənədək heç bir məlumat olmadığı məlum olmuşdur. Araşdırma zamanı zərurət yarandığına görə 1 ədəd «İphone 13 Pro» markalı İMEİ 1 - **********58548, İMEİ 2 - **********49655, 1 ədəd «İphone 13 Pro» markalı İMEİ 1 - **********19477, İMEİ 2 - **********32250, 1 ədəd «İphone 13 Pro» markalı İMEİ 1 - **********79690, İMEİ 2 - **********92438, 1 ədəd «İphone 13 Pro» markalı İMEİ 1 - **********94440, İMEİ 2 - **********94208 və 1 ədəd «İphone 13 Pro max» markalı İMEİ 1 - **********50047, İMEİ 2 - **********00008 olmaqla, cəmi 5 ədəd mobil telefonun mobil cihazların qeydiyyatı sistemində qeydiyyatdan keçib-keçməməsinin, müsbət halda hansı tarixdə və hansı şəxslərin adına qeydiyyatdan keçməsinin müəyyənləşdirilməsi məqsədilə 06 iyun 2022-ci il tarixli, 1000-190/1xx-xx/009454 nömrəli məktubla Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edilmişdir. Həmin Cəmiyyətdən daxil olmuş 21 iyun 2022-ci il tarixli, 110-1-19/2/67-22 nömrəli cavab məktubunda 1 ədəd «İphone 13 Pro» markalı (İMEİ 1-**********58548, İMEİ 2-**********49655) mobil telefonun 24 may 2022-ci il tarixdə X17 adlı şəxsin, 1 ədəd «İphone 13 Pro» markalı (İMEİ 1-**********19477, İMEİ 2-**********32250) mobil telefonun 22 may 2022-ci il tarixdə X14 adlı şəxsin, 1 ədəd «İphone 13 Pro» markalı (İMEİ 1- **********79690, İMEİ 2-**********92438) mobil telefonun 28 may 2022-ci il tarixdə X21 adlı şəxsin, 1 ədəd «İphone 13 Pro» markalı (İMEİ 1-**********94440, İMEİ 2- **********94208) mobil telefonun 28 may 2022-ci il tarixdə X15 adlı şəxsin, 1 ədəd «İphone 13 Pro max» markalı (İMEİ 1- **********50047, İMEİ 2-**********00008) mobil telefonun 28 may 2022-ci il tarixdə X21 adlı şəxsin adına mobil cihazların qeydiyyatı sistemində qeydiyyatdan keçirildiyi məlum olmuşdur. Ədalət Hüseynov 24 may 2022-ci il tarixdə Tbilisi-Bakı aviareysi ilə ölkə ərazisinə gələrkən gətirdiyi 2 ədəd mobil telefonun rəsmiləşdirilməsi üçün imkanı olmadığına görə həmin telefonları gətirdiyi ölkəyə geri qaytarılması üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə müraciət etmiş və 08 iyun 2022-ci il tarixində 1 ədəd «İphone 13 Pro» (256 gb, Blue Sierra, İMEİ 1- **********58548, İMEİ 2-**********49655), 1 ədəd «İphone 13 Pro» markalı (128 GB, Alpin Green, İMEİ 1-**********19477, İMEİ 2- **********32250) mobil telefonu ölkə ərazisindən çıxararaq geri aparmışdır. Bundan başqa Ədalət Hüseynov tərəfindən 28 may 2022-ci il tarixində J2 012 saylı Dubay-Bakı aviareysi ilə ölkə ərazisinə gələrkən gətirdiyi 1 ədəd «İphone 13 Pro» markalı (Sierra Blue, 256 GB, İMEİ 1-**********79690 İMEİ 2-**********92438), 1 ədəd «İphone 13 Pro» markalı (Alpine Green, 256 GB, İMEİ 1-**********94440, İMEİ 2- **********94208) və 1 ədəd «İphone 13 Pro max» markalı (Sierra Blue, 256 GB, İMEİ 1- **********50047, İMEİ 2-**********00008) mobil telefonların miqdarı şəxsi istifadə üçün nəzərdə tutulduğundan artıq olduğu səbəbindən təyinatının müəyyən edilməsi məqsədilə 807 № 03862 nömrəli akt əsasında saxlanılmışdır. Sözügedən mobil telefonların texniki vəziyyətinin və dəyərinin müəyyən edilməsi məqsədilə müavfiq olaraq kompüter-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən xx.xx.2022-ci il tarixdə xx/xx/022977 qeydiyyat nömrəsi ilə daxil olmuş xx.xx.2022-ci il tarixli 5/953 nömrəli ekspert rəyinə əsasən, təqdim edilmiş bir ədəd “İphone 13 Pro max” markalı, “A2644” modelli “**********50047”, **********00008” “İMEİ” kodlu, bir ədəd “İphone 13 Pro” markalı “A2639” modelli “**********94440, **********94208 “İMEİ” kodlu və bir ədəd “İphone 13 Pro” markalı “A2639” modelli “**********79690, **********92438” “İMEİ” kodlu mobil smartfonlar hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlı olduğu, həmin mobil cihazların aktivləşdirilmiş və istifadə olunmuş mobil smartfonlar olduğu məlum olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən xx.xx.2022-ci il tarixdə daxil olmuş xx.xx.2022-ci il tarixli 9/5897 nömrəli ekspert rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş 3 ədəd uyğynluq sertifikatı, qeydiyyatı və zəmanəti olmayan mobil telefonların ümumilikdə xx.xx.2022-ci il tarixə orta bazar qiyməti təxminən 6200,00 manat təşkil etdiyi müəyyən edilmişdir. İş üzrə dindirilmiş şahidlər X14 və X4 Federasiyasının vətəndaşı X10 tanımadıqlarını, sonuncunun gətirdiyi “İphone” markalı mobil telefonların mobil telefonların qeydiyyat sistemində onların adına qeydiyyatdan keçməsindən xəbərlərinin olmadığını bildirmişlər. Qeyd edilənlər Rusiya Federasiyasının vətəndaşı X3 istehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malları Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirmək istədiyini göstərir. Qeyd olunanları nəzərə alaraq X8 barəsində qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X13 özünü təqsirli bilməyərək izahatında bildirdi ki, 2022-ci ilin may ayında 28 May metrostansiyası yaxınlığında yerləşən mağazaların birindən işlənmiş vəziyyətdə 1 ədəd «İphone 13 Pro» markalı (256 gb, Blue Sierra) və 1 ədəd «İphone 13 Pro» markalı (128 gb, Alpin Green) mobil telefon almış və 20 may 2022-ci il tarixdə Bakı-Dubay aviareysi ilə ölkə ərazisindən gedərkən özü ilə həmin telefonlardan əlavə 1 ədəd telefon olmaqla cəmi 3 telefon aparmışdır. 24 may 2022-ci il tarixdə Tbilisi-Bakı aviareysi ilə ölkə ərazisinə gələrkən həmin 3 ədəd mobil telefonun 2 ədədini ondan almışlar və ölkədən gedən zaman veriləcəyini bildirmişlər. Bununla bağlı 31 may 2022-ci il tarixdə ərizə yazmış və 08 iyun 2022-ci ildə ölkədən gedərkən həmin 2 ədəd telefonu ona qaytarmışlar. Bundan başqa 25 və ya 26 may 2022-ci il tarixdə yenə də, 28 May metrostansiyasının yaxınlığında yerləşən mağazadan işlənmiş vəziyyətdə 1 ədəd «İphone 13 Pro» markalı (sierra blue, 256 gb), 1 ədəd «İphone 13 Pro» markalı (Alpine green, 256 gb) və 1 ədəd «İphone 13 Pro max» markalı (sierra blue, 256 gb) mobil telefonlar alaraq özü ilə Dubaya aparmışdır. Həmin telefonları aldığı mağazanın dəqiq adını və ünvanını, həmçinin mobil telefonların kim tərəfindən və nə zaman qeydiyyatdan keçirildiyini xatırlamır. 28 may 2022-ci il tarixdə Dubay-Bakı aviareysi ilə ölkə ərazisinə gələrkən 3 ədəd mobil telefonları özü ilə gətirmişdir. Həmin telefonların hər birinin içində ona məxsus nömrələr - ***-***-**-**, ***-***- **-** və ***-***-**-** və şəkillər olmuşdur. Qeyd olunanlara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili X26 bildirdi ki, telefonlara keçirilmiş baxış zamanı X11 aid şəkillər olduğu aşkar olunmuşdur. Həmçinin sorğuya cavabdan görünür ki, ona məxsus nömrələr də, telefonun üzərində olmuşdur. Telefonların ölkədən çıxarılması məqsədi ilə qaytarılması üçün müraciət olunsa da, qaytarılmamışdır. Qeyd olunanlara əsasən X8 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən bir ədəd “İphone 13 Pro max” markalı, “A2644” modelli “**********50047”, **********00008” “İMEİ” kodlu, bir ədəd “İphone 13 Pro” markalı “A2639” modelli “**********94440, **********94208 “İMEİ” kodlu və bir ədəd “İphone 13 Pro” markalı “A2639” modelli “**********79690, **********92438” “İMEİ” kodlu mobil telefonlara 09 dekabr 2022-ci il tarixli məhkəmə iclasında işdə iştirak edən şəxslərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Ədalət Hüseynov “İphone 13 Pro” markalı “A2639” modelli telefonu özü açaraq 26 aprel, 21 may və 28 maya aid şəkilləri göstərmişdir. Ədalət Hüseynov “İphone 13 Pro max” markalı, “A2644” modelli telefonu özü açaraq ona aid şəkilləri və 05 aprel 2022-ci il tarixli balansın artırılması barədə sms-i göstərmişdir. X20 “İphone 13 Pro” markalı “A2639” modelli telefonu özü açaraq özünün və dostları ilə şəkilləri göstərmişdir. Bundan başqa həmin telefonda 28 may 2022-ci il tarixdə gömrükdən (e-customs) «telefonları hava limanı gömrük postundan götürə bilərsiz» - məzmunlu sms gəlmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, X2 fəaliyyəti üçün nəzərdə tutulan malları Azərbaycan Respublikasının gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirmişdir. Buna görə də, məhkəmə hesab edir ki, X8 əməlində Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. X13 25 və ya 26 may 2022-ci il tarixdə 28 May metrostansiyasının yaxınlığında yerləşən mağazadan işlənmiş vəziyyətdə bir ədəd “İphone 13 Pro max” markalı, “A2644” modelli “**********50047”, **********00008” “İMEİ” kodlu, bir ədəd “İphone 13 Pro” markalı “A2639” modelli “**********94440, **********94208 “İMEİ” kodlu və bir ədəd “İphone 13 Pro” markalı “A2639” modelli “**********79690, **********92438” “İMEİ” kodlu mobil telefonlar alaraq özü ilə Dubaya apardığını, Dubay-Bakı aviareysi ilə ölkə ərazisinə gələrkən həmin 3 ədəd mobil telefonları özü ilə gətirdiyini, həmin telefonların hər birinin içində ona məxsus nömrələr və şəkillər olduğunu bildirsə də, məhkəmə hesab edir ki, bunlar həqiqətə uyğun olmamaqla yanaşı, Ədalət Hüseynovun özünün izahatı və işin halları ilə ziddiyət təşkil edir. Belə ki, Ədalət Hüseynov izahatında bildirmişdir ki, həmin telefonları aldığı mağazanın dəqiq adını və ünvanını, həmçinin mobil telefonların kim tərəfindən və nə zaman qeydiyyatdan keçirildiyini xatırlamır. Ədalət Hüseynov bildirdiyi kimi telefonları 25 və ya 26 may 2022-ci il tarixdə aldığı halda onun 28 may 2022-ci il tarixdə Dubay-Bakı aviareysi ilə ölkə ərazisinə gələrkən saxlanılaraq telefonların götürlməsi arasında 2-3 gün vaxt olmuşdur ki, bu müddət ərzində onun telefonları aldığı mağazanın dəqiq adını və ünvanını, həmçinin mobil telefonların kim tərəfindən və nə zaman qeydiyyatdan keçirildiyini xatırlamaması ilə bağlı dəlili həqiqəti əks etdirmir. Bundan başqa Ədalət Hüseynov həmin telefonların hər birində ona məxsus nömrələr olduğunu bildirsə də, məhkəmə hesab edir ki, nömrələrin telefona daxil edilməsi telefonun onun tərəfindən istifadə olunmasını təsdiq etmir. Belə ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 21 iyun 2022-ci il tarixli, 110-1-19/2/67-22 nömrəli məktubundan müəyyən olunur ki, 1 ədəd «İphone 13 Pro» markalı (İMEİ 1-**********79690, İMEİ 2-**********92438) mobil telefon 28 may 2022-ci il tarixdə X21 adlı şəxsin, 1 ədəd «İphone 13 Pro» markalı (İMEİ 1-**********94440, İMEİ 2 - **********94208) mobil telefonun 28 may 2022-ci il tarixdə X15 adlı şəxsin, 1 ədəd «İphone 13 Pro max» markalı (İMEİ 1- **********50047, İMEİ 2- **********00008) mobil telefonun 28 may 2022-ci il tarixdə X21 adlı şəxsin adına mobil cihazların qeydiyyatı sistemində qeydiyyatdan keçirilmişdir. Bu isə onu göstərir ki, telefonlar həmin vaxtadək qeydiyyatdan keçirilmədiyi üçün aktiv olmamış və nömrələrdən istifadə mümkün olmamışdır. Həmçinin telefonlar Ədalət Hüseynovun adına yox, başqa şəxslərin adına rəsmiləşdirilmişdir. Bundan başqa Ədalət Hüseynov həmin telefonlarda ona aid şəkillər olduğunu bildirsə və bu hal məhkəmə tərəfindən telefonlara baxış zamanı öz təsdiqini tapsa da, məhkəmə hesab edir ki, bu fakt telefonların Ədalət Hüseynovun özünn istifadəsində olmasını təsdiq etmir. Belə ki, məhkəmə Ədalət Hüseynovun həmin telefonları 25-26 may 2022-ci il tarixlərdə aldığına inansa həmin telefonlara istənilən tarixlərə aid özünün və başqa şəxslərin foto şəkillərini əlavə etməsi mümkündür. Bu hal Ədalət Hüseynovun 28 may 2022-ci il tarixdə Dubay-Bakı aviareysi ilə ölkə ərazisinə gələrkən telefonların həmin günü mobil cihazların qeydiyyatı sistemində qeydiyyatdan başqa şəxslərin adına rəsmiləşdirilməsi ilə inkar olunur. Bundan başqa Ədalət Hüseynovdan 24 may 2022-ci il tarixdə Tbilisi-Bakı aviareysi ilə ölkə ərazisinə gələrkən aşkar edilmiş 1 ədəd 1 ədəd «İphone 13 Pro» markalı (İMEİ 1- **********58548, İMEİ 2-**********49655) mobil telefonun 24 may 2022-ci il tarixdə X17 adlı şəxsin və 1 ədəd «İphone 13 Pro» markalı (İMEİ 1-**********19477, İMEİ 2-**********32250) mobil telefonun 22 may 2022-ci il tarixdə X14 adlı şəxsin adına mobil cihazların qeydiyyatı sistemində qeydiyyatdan keçirilməsi bir daha sübut edir ki, həmin telefonlar da, Ədalət Hüseynov 20 may 2022-ci il tarixdə Bakı-Dubay aviareysi ilə ölkə ərazisindən gedərkən qeydiyyatdan keçirilmədiyi üçün aktiv olmamış və nömrələrdən istifadə mümkün olmamışdır. Həmçinin telefonlar Ədalət Hüseynovun adına yox, başqa şəxslərin adına rəsmiləşdirilmişdir. Bütün bunlar X8 həmin 3 ədəd mobil telefonu kommersiya fəaliyyəti üçün gətirdiyini, lakin həmin malları Azərbaycan Respublikasının gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirməsini kifayət qədər mötəbər sübutlarla təsdiq edir. Məhkəmə X8 özünü təqsirli bilməməsini özünü müdafiə və cəzadan boyun qaçırması kimi qiymətləndirir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2022-ci il tarixli, 5/953 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd “İphone 13 Pro max” markalı, “A2644” modelli “**********50047”, **********00008” “İMEİ” kodlu, bir ədəd “İphone 13 Pro” markalı “A2639” modelli “**********94440, **********94208 “İMEİ” kodlu və bir ədəd “İphone 13 Pro” markalı “A2639” modelli “**********79690, **********92438” “İMEİ” kodlu mobil smartfonlar hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdırlar. Təqdim edilmiş bir ədəd “İphone 13 Pro max” markalı, “A2644” modelli və iki ədəd “İphone 13 Pro” markalı “A2639” modelli mobil cihazlar aktivləşdirilmiş və istifadə olunmuş mobil smartfonlardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 oktyabr 2022-ci il tarixli, 9/5897 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 3 ədəd uyğynluq sertifikatı, qeydiyyatı və zəmanəti olmayan mobil telefonların ümumilikdə xx.xx.2022-ci il tarixə orta bazar qiyməti təxminən 6200,00 manat təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 1.5-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. İnzibati tənbehin növünü seçərkən inzibati xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə X8 ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə X8 məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, cəzasını yüngülləşdirən halı nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olmuş malların dəyəri 6200 manat məbləğin otuz faizi məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə 153,65 (yüz əlli üç manat altmış beş qəpik) manat məbləğində ekspertiza xərci X6 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (X7, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Resab AZ 34CTRE********************) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X13 Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan 6200 (altı min iki yüz) manat dəyərində malların 30 (otuz) faizi, 1860 (bir min səkkiz yüz altmış) manat məbləğində cərimə edilsin. İnzibati xətanın bilavasitə obyekti olan bir ədəd “İphone 13 Pro max” markalı, “A2644” modelli “**********50047”, **********00008” “İMEİ” kodlu, bir ədəd “İphone 13 Pro” markalı “A2639” modelli “**********94440, **********94208 “İMEİ” kodlu və bir ədəd “İphone 13 Pro” markalı “A2639” modelli “**********79690, **********92438” “İMEİ” kodlu mobil telefonlar qərar qüvvəsini aldıqdan sonra müvafiq gömrük rəsmiləşdirilməsi aparılaraq X11 geri qaytarılsın. İş üzrə 153,65 (yüz əlli üç manat altmış beş qəpik) manat məbləğində ekspertiza xərci X6 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (X7, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Resab AZ 34CTRE********************) hesabına keçirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar