Məhkəmə qərarları › İş №3(003)-21/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-21/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-21/2025 22.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi X17, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də mühafizəçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi haqqında material baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirdi ki, o, ailə üzvləri ilə birlikdə, yəni 8 nəfər xx.xx.2024cü il tarixdə X13 Abu-Dabi şəhərinə oradan da Dubay şəhərinə getmişlər. Səfərlərinin əsas məqsədi istirahət olmuşdur. Həmçinin, Dubay şəhərində olan bazarlardan birindən şəxsi istifadələri üçün bir neçə elektronik əşya almışlar. xx.xx.2024-cü il tarixdə Bakı şəhərinə qayıtmışlar. Hava limanında olarkən təyyarədən endikdən sonra gömrük rəsmiləşdirilməsi aparılan yerə yaxınlaşaraq qeyd etdiyi malları gömrük orqanına bəyan etmişdir. Həmin malları şəxsi istifadə məqsədilə gətirdiklərinə görə onları sadələşdirilmiş gömrük bəyannaməsi üzrə bəyan etmişlər. O, Şamaxı şəhərində yaşayır. İş yeri Bakı şəhərindədir. Mühafizəçi işi ilə əlaqədar o, növbəli iş prinsipi ilə 1 həftə işdə olur sonra 4-5 gün istirahət etmək üçün Şamaxı şəhərinə gedir. İstirahət etdikdən sonra yenidən Bakı şəhərinə işə qayıdır. Bakı şəhərində olarkən Şamaxı şəhərinə getmədən öncə bəzi işləri olduğuna görə aldıqları malları tanışı X2 məxsus mağazaya qoymuşlar. Qohumları ilə birlikdə aldıqları mallar 8 ədəd saçqurudan, 7 ədəd planşet və 13 ədəd qida əlavəsi almışlar. xx.xx.2024-cü il tarixdə həmin malları mağazadan götürəcəkdi. Həmin tarixdə o, Mahmud Şirəliyevə zəng edərək malları götürəcəyini bildirdiyi zaman o ona gömrük orqanı əməkdaşlarının mağazaya gəldiyini və ona aid malların gömrük nəzarətindən yayındırılaraq gömrük sərhədindən keçirildiyinə görə mağazada məhkəmənin qərarı ilə baxış keçiriləcəyini bildirdi. Bunu deyən zaman o onsuz da həmin mağazaya gedirdi. Mağazaya çatdıqdan bir müddət sonra gömrük orqanı əməkdaşları mağazaya yaxınlaşdı və məhkəmə qərarını təqdim edərək mağazada olan və ona aid malların gömrük sərhədindən gömrük nəzarətindən yayındırılaraq keçirildiyinə görə, yəni həmin malların kommersiya təyinatlı mal olduğunu bildirərək mağazaya baxış keçiriləcəyini və araşdırma məqsədilə götürüləcəyini bildirdi. O etiraz etmədi və malları gömrük əməkdaşlarına təqdim etdi. Həmçinin, gömrük sərhədindən keçərkən gömrük orqanına bəyan etdikləri malların bəyannamələri də onda vardır və ehtiyac olduğu təqdirdə həmin bəyannamələri təqdim edə bilər. Daha sonra onun iştirakı ilə protokol tərtib edildi və qeyd etdiyi mallar həmin protokol əsasında götürüldü. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi X29 izahatında bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 5(006)-789/2024 nömrəli qərarına əsasən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, X1 qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə elektronika və digər malların hava nəqliyyatı vasitəsilə gömrük nəzarətindən yayınaraq keçirməklə realizə olunması faktına görə X2 aid olan, ünvan 2 ünvanında yerləşən "BLACK STORE" adlı ticarət obyektinə baxış keçirilmişdir. Baxış zamanı 7 ədəd "Samsung Galaxy S23 Ultra" markalı mobil telefonlar, 8 ədəd "dyson" markalı saçqurudan, 7 ədəd "Xiaomi Pad 6" markalı planşet və 13 ədəd "Creatine Monohydrate" markalı qida əlavələri aşkar edilərək götürülmüşdür. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2024-cü il tarixli, 00800-01157/24 nömrəli protokoldan görünür ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyat şöbəsindən daxil olmuş 3-33-3100/013/026827 nömrəli, 08 iktyabr 2024-cü il tarixli raport üzrə Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində ilkin yoxlama aparılmışdır. Həmin raportdan görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 5(006)-789/2024 nömrəli qərarına əsasən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş əməliyyat məlumatına Əsasən, X1 qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə. yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə elektronika və digər malların hava nəqliyyatı vasitəsilə gömrük nəzarətindən yayınaraq keçirməklə realizə olunamsı faktına görə X2 aid olan, ünvan 2 ünvanında yerləşən "BLACK STORE" adlı ticarət obyektinə baxış keçirilmişdir. Baxış zamanı 7 ədəd "Samsung galaxy S23 Ultra" markalı mobil telefonlar, 8 ədəd "dyson" markalı saçqurudan, 7 ədəd "Xiaomi Pad 6" markalı planşet və 13 ədəd "Creatine Monohydrate" markalı qida əlavələri aşkar edilərək götürülmüşdür. Araşdırma zamanı izahatı alınmış X6 izahatında göstərmişdir ki, o, 8 oktyabr 2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən kirayəyə götürdüyü "BLACK STORE" adlı mağazada olmuşdur. Saat 18 radələrində mağazaya gömrük əməkdaşları gələrək Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 5(006)-789/2024 nömrəli qərarına əsasən mağazada baxış keçiriləcəyi barədə məlumat vermişlər. Daha sonra baxış zamanı mağazada giriş qapısından sol tərəfdə, mağazasının sol divarı boyu quraşdırılan vitrinin şüşəli orta gözündə "Galaxy S23 Ultra" markalı 7 ədəd qutusu ilə birlikdə mobil telefon, həmin vitrinin orta tərəfində aşağıdan ikinci açıq gözündən sol tərəfdəki gözdə 3 ədəd və sağ tərəfindəki gözdə 4 ədəd olmaqla ümumilikdə 7 ədəd "Xiaomi Pad 6" markalı planşet, həmin vitrinin qarşısında döşəmənin üzərinə qoyulan 4 ədəd "Dyson airwrap complete long volumise" və 4 ədəd "dyson airwrap i.d. straight+wavy" markalı saçqurudan, mağazanın girişindon sag torofdo quraşdırılan vitrinin alt hissosindoki açıq gözündə iso uzorindo "creatine monohydrate pharmaceutical grade 400 grams" yazısı olan 13 odad qida alavası olduğu aşkar mağazadan aşkar edilmiş yalnız 7 oded "Samsung galaxy S23 Ultra" markalı mobil telefonlar edilmiş va protokol esasında götürülmüşdür Mahmud Şirəliyev olava olaraq bildirmişdir ki, galaxy S23 Ultra" markalı mobil telefonları müxtəlif adamlardan almışamdır, telefonlar satan ona maxsusdur, telefonlar satis maqsadi ilə vitrina qoyulmuşdur, həmin 7 odod "Samsung goxslar tarafindan bayan olunubdurlar, telefonları təxminən 1300 manata almışdır və onları markalı planset vo 13 adad "Creatine Monohydrate" markalı qida əlavələri dostu Cavid 1400-1500 manata satır. Lakin 8 adad "dyson" markalı saçqurudan, 7 adad "Xiaomi Pad 6" malları Cavid Nasirov gətirib mağazaya müvəqqəti olaraq qoymuşdur. Həmin malların X2 aidiyyəti yoxdur. Deyilən xüsusatları Şəxs Rəfail oğlu da öz izahatında təsdiq etmişdir. X24 izahatında bildirmişdir ki, o, ailə üzvlərilə birlikdə, yəni 8 nəfər Dubay şəhərinə getmişlər. Səfərlərinin asas məqsədi istirahət olmuşdur. Həmçinin, Dubay şəhərində olan bazarlardan birindən şəxsi istifadələri üçün bir neçə elektronik əşya almışlar. xx.xx.2024-cü il tarixdə Bakı şəhərinə qayıtmışlar. Hava limanında olarkən təyyarədən endikdən sonra gömrük rəsmiləşdirilməsi aparılan yerə yaxınlaşaraq aldıqları malları gömrük orqanına bayan etmişlər. Həmin malları şəxsi istifadə məqsədilə gətirdiklərinə görə onları sadələşdirilmiş gömrük bəyannaməsi üzrə bəyan etmişlər. Bakı şəhərində olarkən Şamaxı şəhərinə getmədən öncə bəzi işləri olduğuna görə aldıqları 8 ədəd saçqurudan, 7 add planşet ve 13 adad qida əlavəsini tanışı X4 məxsus mağazaya qoymuş. İşləri bitdikdən sonra 8 oktyabr 2024-cü il tarixdə həmin malları mağazadan götürmək üçün Mahmud Şirəliyevə zəng edərkən Mahmud Şirəliyev ona gömrük orqanı əməkdaşlarının mağazaya gəldiyini və keçirildiyinə görə mağazada məhkəmənin qərarı ilə baxış keçiriləcəyini bildirmişdir. Bunu ona aid malların gömrük nəzarətindən yayındırılaraq gömrük sərhədindən eşidən zaman Şəxs həmin mağazaya gedirmiş. Mağazaya çatdıqdan bir müddət sonra gömrük orqanı əməkdaşları mağazaya yaxınlaşmış və məhkəmə qərarını təqdim edərək mağazada olan və ona aid malların gömrük sərhədindən gömrük nəzarətindən yayındırılaraq keçirildiyinə görə, yəni həmin malların kommersiya təyinatlı mal olduğunu bildirərək mağazaya baxış keçiriləcəyini və araşdırma məqsədilə götürüləcəyini bildirmişlər. Şəxs etiraz etməmiş və malları gömrük əməkdaşlarına təqdim etmişdir. Həmçinin Şəxs bildirmişdir ki, gömrük sərhədindən keçərkən gömrük orqanına bəyan etdikləri malların bəyannamələri də onlarda vardır və ehtiyyac olduğu təqdirdə həmin bəyannamələri təqdim edə bilər. Araşdırma zamanı X8, X9 və X25 izahatlarında Şəxs izahatında göstərdiyi Xüsusatları təsdiq etmişlər. HNBGİ-nin Əməliyyat və Təhqiqat idarəsinin Əməliyyat şöbəsinin əməliyyat müvəkkili X26 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 5(006)-789/2024 nömrəli qərarına əsasən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, X1 qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə elektronika və digər malların hava nəqliyyatı vasitəsilə gömrük nəzarətindən yayınaraq keçirməklə realizə olunamsı faktına görə X2 aid olan, ünvan 2 ünvanında yerləşən "BLACK STORE" adlı ticarət obyektinə baxış keçirilmişdir. Baxış zamanı 7 ədəd "Samsung galaxy S23 Ultra" markalı mobil telefonlar, 8 ədəd "dyson" markalı fen, 7 ədəd “Xiaomi Pad 6” markalı planşet və 13 ədəd “Creatine Monohydrate” markalı qida əlavələri aşkar edilərək götürülmüşdür. İnzibati araşdırma zamanı məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilməklə tədqiqatların aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Tədqiqatların nəticələrinə dair Məhkəmə Ekspertizası Mərkəzinin 9/8524 saylı 27 noyabr 2024-cü il tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş malların xx.xx.2024-cü il tarixinə ümumilikdə orta bazar dəyəri təxminən 26315 manat müəyyən edilir. Qeyd olunan rəyə əsasən Şəxs məxsus malların dəyəri 15122 manat təşkil edir. İş üzrə Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə baxış keçirilmiş və baxış zamanı 4 ədəd “dyson” markalı fenin və 3 ədəd “Xiaomi Pad 6” markalı planşetin xx.xx.2024-cü il tarixdə bəyan olduğu müəyyən edilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi və götürmə” haqqında protokolla, xx.xx.2024cü il tarixli 9/8524 saylı ekspert rəyi, elektron formada tərtib edilmiş sadələşdirilmiş bəyannamələr və materialda olan digər sənədlərlə də təsdiq edilir. -Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/8524 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən nümunələr əsasında yeni vəziyyətdə xx.xx.2024-cü il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 26315 manat müəyyən edilir. -xx.xx.2024-cü il tarixli "baxış keçirilməsi və götürmə” haqqında protokoldan görünür ki, AR Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməliyyat müvəkkili, gömrük xidməti baş leytenantı X27, həmin şöbənin əməliyyat müvəkkili gömrük xidməti baş leytenantı X30, həmin şöbənin əməliyyat müvəkkili gömrük xidməti kapitanı X14, həmin şöbənin əməliyyat müvəkkili gömrük xidməti kapitanı X10. Həmin şöbənin əməliyyat müvəkkili gömrük xidməti kapitanı X31, Şəxs (şəxsiyyət vəsiqəsi: AZE AA2914743: FİN. 1HWDK9A), X6 (şəxsiyyət vəsiqəsi: AZE AA4007499; FİN: 52X3J03) və dəvət edilmiş hal şahidləri: X11 (şəxsiyyət vəsiqəsi: AZE AA3439693; FİN: 1BLZE8X). 2. Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, xx.xx.1976-cı ildə Masallı rayonu, Məmmədoba kəndində anadan olan, evli, 1 uşaq atası, orta təhsilli, işsiz, Masallı rayonu, Mammadoba kəndində daimi qeydiyyatda olan, faktiki Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsində yerləşən evdə yaşayan X5 (şəxsiyyət vəsiqəsi AZE AA1257912: FİN: 22RCPBQ) iştirakı ilə Əməliyyat-axtarış fəaliyyəti haqqında Azərbaycan Respubliaksının qanununun 10, 11, 12-ci maddəsinin tələblərini nəzərə almaqla və Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 5(006)- 789/2024 nomreli qərarına əsasən bu protokolu tərtib etdi ondan ötrü ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, X1 qaçaqmalçılıq yolu ilə, yəni Azerbaycan Respublikasının gömrük sərhədindən, gomrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bayan etməməklə və ya düzgün bəyan etməməklə elektronika və digər malların hava nəqliyyatı vasitəsilə gömrük nəzarətindən yayınaraq keçirməklə realizə olunamsı faktına görə X3 aid olan, ünvan 2 ünvanında yerləşən "BLACK STORE MAĞAZA" adlı ticarət obyektinə baxış keçirdi. Baxış zamanı qeyd edilən ticarət obyektində, mağazanın giriş qapısından sol tərəfdə, mağazasının sol divarı boyu quraşdırılan vitrinin şüşəli orta gözündə "Galaxy S23 Ultra"markalı,**********31814/**********31816;**********14849/**********14841;**********1371 8/ 47780/04W301234; **********13710;**********86756/**********86751;**********08742/***** *****08744;**********87945/**********87940;**********32440/**********32442 İMEİ kodlu 7 ədəd qutusu ilə birlikdə mobil telefon, həmin vitrinin orta tərəfində aşağıdan ikinci açıq gözündən sol tərəfdəki gözdə 3 ədəd və sağ tərəfindəki gözdə 4 ədəd olmaqla 47780/04W301240; 47780/04W301244; 47780/04W301191; 47780/04W301196; 47780/04W301232; 47780/04W301241 seriya nömrəli ümumilikdə 7 ədəd "xiaomi Pad 6" markalı planşet, həmin vitrinin qarşısında döşəmənin üzərinə qoyulan 4 ədəd "dyson airwrap complete long volumise" və 4 ədəd "dyson airwrap i.d. straight+wavy" markalı saçqurudan, mağazanın girişindən sağ tərəfdə quraşdırılan vitrinin alt hissəsindəki açıq gözündə isə üzərində "CREATİNE MONOHYDRATE PHARMACEUTİCAL GRADE 400 GRAMS" yazısı olan 13 ədəd qida əlavəsi olduğu aşkar edildi. Qeyd edilənlərdən başqa mağazada gömrük nəzarətindən yayındırılaraq gömrük sərhədindən keçirilən hər hansı predmet aşkar edilmədi. Faktla əlaqədar olaraq hazırıkı baxış keçirilməsi və götürmə protokolu tərtib edildi, aşkar edilən malların foto şəkilləri çəkilərək protokola əlavə edildi. Həmçinin, aşkar edilən mallar hazırkı potokol əsasında götürüldü. -Gömrük orqanında X11 izahat verərək bildirmişdir ki, 8 oktyabr 2024-cü il tarixdə 28 may tərəfdə olan "Nənəmin təndiri"nin yanında avto dayanacağında dayanmışdı. Saat 6 radələrində bir nəfər ona yaxınlaşaraq yaxınlıqda yerləşən mağazaların birində keçirilən baxışda hal şahidi kimi iştirak etməyini xahiş etdi. O da onunla razılaşdı və onlar birlikdə "Black Store" adlı elektronika mağazasına getdilər. Orada izah olundu ki, baxış məhkəmə qərarı əsasında keçirilir. Belə ki, mağazada olan bəzi mallar şəxsi istifadə kimi bəyan olunmuş, lakin ticarət məqsədi ilə mağazada satılırmış. Daha sonra mallara baxış keçirildi. Baxış zamanı 7 ədəd "Samsung galaxy S23 Ultra" markalı mobil telefonlar, 8 ədəd "dyson" markalı fen, 7 ədəd "Xiaomi Pad 6" markalı planşet və 13 ədǝd "Creatine Monohydrate" markalı qida əlavələri aşkar edilərək götürüldü. Bununla bağlı protokol tərtib edildi və o da həmin protokolu imzaladı. -Gömrük orqanında X12 izahat verərək bildirmişdir ki, 8 oktyabr 2024-cü il tarixdə 28 may tərəfdə olan "Nənəmin təndiri"nin yanında avto dayanacağında dayanmışdı. Saat 6 radələrində bir nəfər ona yaxınlaşaraq yaxınlıqda yerləşən mağazaların birində keçirilən baxışda hal şahidi kimi iştirak etməyini xahiş etdi. O da onunla razılaşdı və onlar birlikdə "Black Store" adlı elektronika mağazasına getdilər. Orada izah olundu ki, baxış məhkəmə qərarı əsasında keçirilir. Belə ki, mağazada olan bəzi mallar şəxsi istifadə kimi bəyan olunmuş, lakin ticarət məqsədi ilə mağazada satılırmış. Daha sonra mallara baxış keçirildi. Baxış zamanı 7 ədəd "Samsung galaxy S23 Ultra" markalı mobil telefonlar, 8 ədəd "dyson" markalı fen, 7 ədəd "Xiaomi Pad 6" markalı planşet və 13 ədǝd "Creatine Monohydrate" markalı qida əlavələri aşkar edilərək götürüldü. Bununla bağlı protokol tərtib edildi və o da həmin protokolu imzaladı. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Eyni zamanda məhkəmə, Şəxs məhkəmə iclasında mobil telefonları və qida əlavələrini şəxsi istifadəsi məqsədilə gətirməsini bildirməsinə tənqidi yanaşaraq qeyd edir ki, onun məhkəmə iclasında verdiyi izahatı tərəfindən törədilmiş inzibati xətaya görə məsuliyyətdən yayınması məqsədi daşıyır. Belə ki, onun tərəfindən inzibati araşdırma zamanı verilmiş izahatdan və inzibati materialda olan digər sənədlərdən görünür ki, Azərbaycan Respublikasına gətirilmiş 07 ədəd mobil telefon, 08 ədəd fen, 07 ədəd planşet və 13 ədəd qida əlavəsi Şəxs tərəfindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsinə əsasən istehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsinin dispozisiyasına əsasən kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsi həmin maddənin tərkibini yaradır. İşin müəyyən edilmiş hallara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində qeyd olunan maddənin tərkib əlamətləri mövcuddur və o, həmin maddə ilə təqsirli bilinməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin (15122 manatın) otuz faizi məbləğində, yəni 4536,6 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti dövlət hesabından alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası İXM-in 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İXM-in 115.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda götürülmüş əşyalar və sənədlər barədə məsələlər aşağıdakı qaydada həll olunmalıdır: 115.4.1-ci maddəsinə əsasən dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi götürülmüş və qaytarılması barədə hər hansı bir sənəd iş materiallarında mövcud olmayan əşyalar, yəni 08 ədəd “dyson” markalı fen, 07 ədəd “Xiaomi PAD 6” markalı planşet və 13 ədəd “Creatine Monohydrate” markalı qida əlavəsi hazırki qərar qanuni qüvvəyə mindikdən sonra Şəxs qaytarılmalıdır. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizi məbləğində, yəni 4536,6 manat məbləğində inzibati cərimə edilməli, 08 ədəd “dyson” markalı fen, 07 ədəd “Xiaomi PAD 6” markalı planşet və 13 ədəd “Creatine Monohydrate” markalı qida əlavəsi sahibi Şəxs qaytarılmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti dövlət hesabından alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizi məbləğində, yəni 4536,6 manat məbləğində inzibati cərimə edilsin. 08 ədəd “dyson” markalı fen, 07 ədəd “Xiaomi PAD 6” markalı planşet və 13 ədəd “Creatine Monohydrate” markalı qida əlavəsi müvafiq rüsumlar ödənildikdən sonra Şəxs qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti dövlət hesabından alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X7, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət və protest verilə bilər. Sədrlik edən Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar