Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-2103/2024 22.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Cəfərzadə İlham Nizami oğlu, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, müəyyən etdim: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol və toplanmış material baxılması üçün məhkəməyə təqdim edilmişdir. Belə ki, ilk öncə qeyd edirəm ki, həmin protokol, məhkəmənin 3(003)-1639/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Hazırda isə həmin protokol və protokola əlavə edilmiş eyni material baxılması üçün yenidən məhkəməyə göndərilmişdir. Məhkəmənin 3(003)-1639/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadında göstərilmişdir ki, Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokolda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinin dispozisiyası qeyd olunmaqla, yəni nəqliyyat vasitələrinin sahibləri dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməsi göstərilməklə, Şəxs MMC tərəfindən törədilmiş inzibati xətanın mahiyyətinin nədən ibarət olması göstərilməmişdir. Həmçinin inzibati xətanın tödərilməsini təsdiq edən hər hansı bir sənəd (nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməmə ilə bağlı sənəd) protokola əlavə edilməmişdir. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, inzibati xəta haqqında protokolda qeyd olunan “Daewoo BS090” avtobus markalı, ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hazırda Şəxs MMC-nin mülkiyyətindədir. Bundan başqa barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə hüquq və vəzifələrin izah edilməsi, protokolun surətinin təqdim edilməsi və ya göndərilməsi, hüquqi şəxsin nümayəndəsi tərəfindən protokolun imzalanması və ya imza etməkdən imtina etməsi barədə qeydlər aparılmamışdır. Bununla da protokolun düzgün tərtib olunmaması, eyni zamanda təqdim edilmiş materialların natamam olması səbəbindən geri qaytarılması qərar alınmışdır. Qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 339.1-ci maddəsinin dispozisiyasına əsasən nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməsi və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməsi, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməsi və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarının pozması halları inzibati məsuliyyət yaradır. Hazırda da hər hansı bir inzibati qaydada araşdırma aparılmadan həmin protokol, natamam material ilə birlikdə baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, protokola əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış məktubdan görünür ki, MMC-nin istifadəsində olan “Daewoo BS090” avtobus markalı, ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barəsində İXM-in 339.1-ci maddəsi ilə araşdırma başlandığı və bu səbəbdən səlahiyyətli nümayəndəsinin xx.xx.2024-cü ildə saat 12:00-da Yasamal RPİ-nin DYPŞ-nə gəlməsi xahiş olunmuşdur. Lakin araşdırmanın nəticəsi barədə, yəni Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin mövcudluğuna dəlalət edən hər hansı bir sənəd protokola əlavə edilməmiş, həmçinin protokolun məzmununa dəyişiklik edilmədən yenidən məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti inzibati xəta haqqında protokolda göstərilməlidir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar digər sübutlarla yanaşı inzibati xəta haqqında protokolla da müəyyən olunur. Odur ki, qanunvericiliyin tələbləri əsasında tərtib edilməyən protokolun iş üzrə sübut kimi qəbul edilməsi mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Həmin Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, protokol düzgün tərtib olunmadığından, eyni zamanda təqdim edilmiş materiallar natamam olduğundan Şəxs MMC barəsində tərtib edilmiş həmin protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İXM-nin 43, 106-111-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-2103/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-2103/2024
22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver