Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2104/2023 18.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə Şəxs xx.xx.1996-cı il tarixdə Yardımlı rayonunun Şəfəqli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Yardımlı rayonunun Şəfəqli kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yaşayan barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 232-1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 00:00 radələrində Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda vətəndaş Zərərçəkmiş şəxs avtomobilinə xx.xx.1996-cı il təvəllüdlü Şəxs tərəfindən ziyan vurulmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 00:10 dəqiqədə 3 azyaşlı övladı, rəfiqəsi X6 və və onun bir azyaşlı övladı ilə birlikdə Binə qəsəbəsi Hövsan Südçülük sovxozu ünvanı olmayan fərdi yaşayış evində yaşayan atalığı X1 döğum gününü təbrik etmək üçün gəlmişlər. Daha sonra qardaşı X2 yaşadığı evə getmişlər. xx.xx.2023-cü il tarixdə saat 00:45 dəqiqədə qardaşının mənzilindən çıxanda həmin mənzilin qarşısında saxladığı, etibarnamə ilə idarə etdiyi “Changan” markalı “Eado DT” modelli **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa şüşəsinin, ön sol güzgüsünün sındırıldığını, sol hər iki qapının əzildiyini və hər iki dövlət qeydiyyat nişanının çıxarılaraq birinin küçəyə atıldığını, digərinin isə yerində olmadığını, bundan başqa, 7000 (yeddi min) manat pulunun oğurlanmasını aşkar etmişdir. Hadisəni özü görməmiş, lakin qonşular görmüşlər. Yarım saat ərzində onun avtomaşınını pis hala salmışlar və nəticədə ona 4100 (dörd min yüz) manat məbləğində maddi ziyan dəymişdir. Sığorta ödənişi olmamışdır. Hadisənin kim tərəfindən törədilməsi barədə məlumatsız olmaqla yanaşı, oğurlanmış 7000 (yeddi min) manat pulu Yasamal rayonu İnşaatçılar prospekti 28”A” ünvanında yerləşən icarəyə işlətdiyi “FP” adlı gözəllik salonundan əldə etmiş, yeni paltar mağazası açmaq üçün saxlamışdır. Onun ərizəsi əsasında Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı, polis mayoru Rəhman Məmmədov tərəfindən araşdırma aparılmış və toplanmış material üzrə cinayət tərkibi müəyyən eilmədiyindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, baş vermiş hadisə ilə bağlı inzibati xəta törətmiş şəxslər barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi əsasında tədbir görülməsi üçün materialın aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü PŞnə göndərilməsi qərara alınmışdır. Ona vurulmuş 4100 (dörd min yüz) manat dəyərində maddi ziyan indiyə qədər ödənilməmişdir. Bunun nəzərə alınnaraq ona dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə müvafiq inzibati tənbeh tədbiri təbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, o, hazırda Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən “Star” çay evini icarəyə götürərək işlədir. xx.xx.2023-cü il tarixdə işlətdiyi çay evində qeyri-rəsmi yaşadığı Nazilə adlı xanımla spirtli içki qəbul etdikdən sonra taksiyə əyləşib yaşadıqları evə gəlmişlər. Evin qarşısında olarkən Nazilənin ayağı burxulduğu üçün yaxınlıqdan keçən Həsəni və Hilalı köməyə çağırmışdır. Lakin Nazilə həddindən artıq sərxoş olduğu üçün onunla əsassız səbəbdən mübahisə etməyə başlamış, buna baxmayaraq, Hilal və Həsənin köməkliyi ilə onu evə aparmışlar. Sonra əsəbi və sərxoş olduğu üçün yaşadığı evin küçəsində dayanmış gümüşü rəngli “Changan” markalı avtomobilin arxa şüşəsini mişar daşı ilə sındırmış, avtomobilin güzgü və qapılarına isə bir neçə təpik zərbəsi vurmuşdur. Lakin həmin avtomobilin sahibini tanımamışdır, əvvəllər onunla ədavəti olmamışdır. Hadisəni spirtli içkinin təsiri altında sərxoş halda törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Bakı şəhəri Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 64-cü maddələrinə əsasən işə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs izahatlarını dinləyib hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı, polis mayoru Rəhman Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma zamanı hadisə yerinə baxış keçirilərək protokol tərtib olunmuş və iş üçün əhəmiyyət kəsb edən müvafiq foto şəkillər çəkilərək materiala əlavə olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda olan X3 izahatından görünür ki, o, xx.xx.2023-cü il tarixdə saat 00:30 dəqiqədə tanışı Həsən adlı şəxslə Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən “Star” çay evindən şıxıb yaşadıqları evə gəldikləri zaman küçədə olarkən çay evini işlədən Etibar adlı şəxsin qeyri-rəsmi yaşadığı Nazlı adlı xanımın ayağı burxulduğuna görə Etibar Naziləni evə aparmaqda ona kömək göstərməsini xahiş etmişdir. Onlara yaxınlaşanda Etibar və Nazilənin ağır dərəcədə sərxoş olduqlarını və mübahisə etdiklərini görmüşdür. Buna baxmayaraq, Həsənlə birlikdə Etibara kömək edib Naziləni evə aparmışlar. Daha sonra Etibar əsəbi halda küçəyə çıxaraq küçədə dayanmış gümüşü rəngli “Changan” markalı avtomobilin arxa şüşəsini daşla sındırmış və avtomobilin bir neçə hissəsinə təpik vurmuşdur. Bundan əlavə, Etibar avtomobili zədələyəndən sonra onu yaşadığı evə yola salıb öz yaşadıqları evə getmişlər. O, zərərçəkmiş şəxsi tanımamışdır, həmin vaxt avtomobilə toxunmamış və heç kim avtomobilə daxil olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda olan X4 izahatından görünür ki, o, da Şəxs izahatı ilə oxşar, eyni məzmunlu izahat verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, “Changan” markalı “Eado DT” modelli **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətində olsa belə, ziyan 23 yanvar 2023cü il tarixli etibarnamə əsasında həmin avtomobilin Zərərçəkmiş şəxs istifadəsində olduğu müddətdə dəyib və Zərərçəkmiş şəxs bu avtomobillə əlaqədar müvafiq ödənişlər etmişdir, ödənişlər qurtardıqdan sonra avtomobil onun özünə qalacaq, yəni ziyan elə Zərərçəkmiş şəxs dəymişdir. Bundan başqa, araşdırma materialına əlavə edilmiş qiymətləndirmə aktına əsasən, “Changan” markalı “Eado DT” modelli **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnmiş ehtiyat hissələri 2347 (iki min üç yüz qırx yeddi) AZN təşkil edir. Zərərçəkmiş şəxs ona 4100 (dörd min yüz) manat ziyan dəydiyini bildirsə də, bununla bağlı lazımi sübutları təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs dəymiş ziyanın məbləği 2347 (iki min üç yüz qırx yeddi) AZN təşkil edir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu, az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə cərimə növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Zərərçəkmiş şəxsə qərar qüvvəyə mindikdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı mülki iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 2347 (iki min üç yüz qırx yeddi) manat miqdarında cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Zərərçəkmiş şəxsə qərar qüvvəyə mindikdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı mülki iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-2104/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2104/2023
18.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver