Məhkəmə qərarları › İş №3(003)-211/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-211/2022

21.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-211/2022 21.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, X1 və Xəzər rayon Polis İdarəsi Dövlət X7 inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru X3 iştirakları ilə X2 Xəzər rayon DYPŞ-nin 11 dekabr 2021-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində Xəzər rayon DYPŞ-nin 11 dekabr 2021-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, Xəzər rayon DYPŞ-nin 11 dekabr 2021-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, 01 dekabr 2021ci il tarixində saat 18:43 radələrində Qala yolunda nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi xətası ilə Azərbaycan Respublikası İXM-nin 329.1 və 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati törətmişdir və ona qarşı Azərbaycan Respublikası İXM-nin müvafiq maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 200 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Hesab edir ki, Xəzər rayon DYPŞ-nin adı çəkilən qərarı əsassızdır və ləğv olunmalıdır. Belə ki, 01 dekabr 2021-ci il tarixində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs kimi ona öncə tətbiq edilmiş cərimələr, hadisə zamanına qədər tam olaraq ödənilmişdir. Azərbaycan Respublikası İXM-nin müvafiq maddələrinə Azərbaycan Respublikası İXM-nin digər maddələrində nəzərdə tutulmuş hallarda bildirilir ki, fiziki şəxs ona qarşı tutulmuş inzibati tənbeh vermə haqqında cərimə hesablanması olduqda həmin cərimə tam olaraq ödədikdə ona qarşı nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına xitam verilir. Bu səbədən də Xəzər rayon DYPŞ-nin 11 dekabr 2021-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında X4 şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Xəzər rayon Polis İdarəsi Dövlət X7 inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru X6 göstərdi ki, X4 01 dekabr 2021-ci il tarixdə “SAİPA” minik markalı **-GG-*** qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmışdır. Yoxlama zamanı sürücünün avtomobili idarə etmə hüququ olmadın idarə etməsi müəyyən edilmişdir. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qərarı ilə X4 nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılmışdır. Buna görə də X4 Azərbaycan Respublikası İXM-nin 329.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. Buna görə də şikayətin təmin edilməməsini xahiş etdi. Şikayət ərizəsini araşdırıb, şikayətçinin və inzibati təcrübə üzrə baş inspektorunun izahatları dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, şikayət əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 11 dekabr 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 329.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş DİN-nin DYP web portalından çıxarılmış sənəddən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qərarı ilə X4 nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmədə müəyyən olundu ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qərarı ilə X4 nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılmışdır. X4 01 dekabr 2021-ci il tarixdə “SAİPA” minik markalı **- GG-*** qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmışdır. Yoxlama zamanı sürücünün avtomobili idarə etmə hüququ olmadın idarə etməsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Xəzər rayon Polis İdarəsi Dövlət X7 inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru X6 oğlu tərəfindən tərtib edilmiş 11 dekabr 2021-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə uyğun şəkildə qəbul edilmiş və həmin protokol üzrə qəbul edilmiş qərarın ləğvi üçün əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, X2 inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Xəzər rayon DYPŞ-nin 11 dekabr 2021-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar