Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2112/2024 22.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respubikası DİN-nin Bakı şəhəri Xəzər rayon DYPŞ-nin polis baş leytenantı X3, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi,17-2, 33 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respubikası DİN-nin Bakı şəhəri Xəzər rayon DYPŞ-nin daxil olmuş 22 oktyabr 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı-Mərdəkan şossesi yolunda nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “JANSHE” markalı 99-D-139 dövlət qeydiyyat nişanlı avtomobillə X2 məxsus avto-nəqliyyat vasitəsi ilə toqquşaraq maddi ziyan vurmuş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 09:30 radələrəində idarə etdiyi “JANSHE” markalı 99-D-139 dövlət qeydiyyat nişanlı Motosiklet ilə Xəzər rayonu, Şağan qəsəbəsi ərzsindən keçən, Mərkəz-şəhər istiqamətindən, Buzovna-Bilgəh qəsəbələri istiqamərtində gedən bir istiqamətli, dörd zolaqlı yolun sağdan birinci zolağı ilə saarta 35-40 km sürətlə hərəkət edən zaman bir anlıq fikiri yayındı və idarə etdiyi motosiklet yolun sağdan 1-ci zolağının kənarında tam dayanmış vəziyətdə olan sonradan markasının “Honda” oladuğunu bildiyi avtombilin arxa tərəfinə çırpıldı və yol nəqliyat hadisəsi baş verdi. Hadisə zamanı o, bədən xəsarəti aldı. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini və barəsində inzibati cərimə növündə tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilsə də o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, İXM-nin 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respubikası DİN-nin Bakı şəhəri Xəzər rayon DYPŞ-nin polis baş leytenantı X4 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 09:30 radələrəində idarə etdiyi “JANSHE” markalı 99-D-139 dövlət qeydiyyat nişanlı Motosiklet ilə Xəzər rayonu, Şağan qəsəbəsi ərazisindən keçən, Mərkəz-Şəhər istiqamətindən, Buzovna-Bilgəh qəsəbələri istiqamərtində gedən bir istiqamətli, dörd zolaqlı yolun sağdan birinci zolağı ilə saatda 35- 40 km sürətlə hərəkət edən zaman bir anlıq fikiri yayındı və idarə etdiyi motosiklet yolun sağdan 1-ci zolağının kənarında tam dayanmış vəziyətdə olan “Honda” markalı avtombilin arxa tərəfinə çırpıldı və yol nəqliyat hadisəsi baş verdi. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın məbləğini müəyyən etmək üçün avtomobilin qiymətləndirilməsi aparıldıqdan sonra müəyyən olunacaqdir. Bununla da, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı-Mərdəkan şossesi yolunda nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “JANSHE” markalı 99-D-139 dövlət qeydiyyat nişanlı avtomobillə X2 məxsus avto-nəqliyyat vasitəsi ilə toqquşaraq maddi ziyan vurduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi barədə protokol tərtib edilmişdir; Xəzər RPİ-nin DYPŞ-nin YNH üzrə inspektoru, polis baş leytenantı tərəfindən Şəxs və X1 iştirakları ilə tərtib edilmiş yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə “JANSHE” markalı 99-D-139 dövlət qeydiyyat nişanlı motosiklet Xəzər rayonu, Şağan qəsəbəsi ərazisindən keçən, Mərkəz-Şəhər istiqamətindən, Buzovna-Bilgəh qəsəbələri istiqamərtində gedən bir istiqamətli, dörd zolaqlı yolun sağdan birinci zolağı ilə saarta 35- 40 km sürətlə hərəkət edən zaman motosiklet yolun sağdan 1-ci zolağının kənarında tam dayanmış vəziyətdə olan “Honda” markalı avtombilin arxa tərəfinə çırpıldı; Zərərçəkmiş şəxs X1 Xəzər RPİ-nin DYPŞ-də verdiyi izahatından aydın olur ki, xx.xx.2024-cü il tarixdə saat 09:30 radələrində idarə etdiyi “Honda” markalı **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xəzər rayonu, Şağan qəsəbəsi ərazisinsən keçən Mərkəz- Şəhər istiqamətindən, Buzovna-Bilgəh qəsəbələri istiqamətində gedən bir istiqamətli, dörd zolaqlı yolun sağdan birinci zolağı ilə hərəkət edən zaman avtomobilin arxa sağ təkərinin tam boşalmasını hiss etmiş, avtomobili yolun sağ kənarına yönəldib yolun sağdan birinci zolağında tam saxlamışdır. Avtomobildən düşmək istəyən zaman sonuncuya məxsus avtomobilin arxa tərəfinə motosiklet çırpılmış, motosiklet sürücüsü yerə yıxılaraq bədən xəsarəti almışdır. Tehmur Rüstəmov avtomobildən düşüb TTBY-a hadisə barədə məlumat vermişdir. O, bildirmişdir ki, hadisə zamanı avtomobildə tək olmuş və xəsarət almamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 733 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, H.Q.Hüseynovun sağ əlin qançır, sol çiynin, sağ və sol baldırın, sol dizin səthi, sağ dizin isə əzilmiş yaraları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun "X9" X10 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli-zərərvurmaya aiddirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-yüz manat məbləğində cərimə edilir. 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati məsuliyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərəfindən onun səmimi peşman olmasını onun yüngülləşdirici hal kimi nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-2112/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2112/2024
22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver