Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2113/2023 09.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar X3 iştirakları ilə Şəxs 04 mart 1967-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, müəllimə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində Bakı şəhəri Xəzər rayon İcra şöbəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş 09 avqust 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-610/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 15000 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135 manat olmaqla cəmi 15135 manat X3 xeyrinə tutulmalıdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 xəta haqqında protokolun məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, borclu Şəxs indiyə qədər X5 3771 manat ödəmiş, qalan borcunu isə ödəməmişdir. Tələbkar borcun bütöv şəkildə ödənilməsini tələb edir. Borclunun bir icraatda birləşdirilmiş başqa icra vərəqələri üzrə də borcları vardır və həmin borclardan da heç bir ödəniş etməmişdir. Borclu qeydiyyatda olduğu ünvanda yaşamır, onu tapmaq olmur, çağırışlara gəlməkdən yayındığına görə 21 iyun 2023-cü il tarixdə onun barəsində axtarış elan edilmiş, bundan sonra o, 09 avqust 2023-cü tarixdə polisin məktubu əsasında özü könüllü olaraq İcra şöbəsinə gəlmiş və izahatı alınmışdır. İzahatında borclu indiyə qədər tələbkara 4000 manata yaxın ödəniş etdiyini, hazırda maddi imkanı olmadığı üçün borcunu bir dəfəyə deyil, hissə-hissə ödəyə biləcəyini göstərmişdir. Göründüyü kimi, borcli indiyə qədər müxtəlif bəhanələrlə icra sənədini tam icra etməkdən yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Bu isə tələbkarın haqlı narazılığına səbəb olmuşdur. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, o, indiyə qədər X5 3771 manat ödəmişdir. Borcunu ödəməkdən yayınmır, belə bir niyyəti və ya qərəzi yoxdur, lakin hazırda maddi imkanı olmadığı üçün borcunu bir dəfəyə deyil, hissə-hissə ödəyə biləcəkdir. Belə ki, qalan 11229 manat borcdan avqustun 15-dək 1500 manat, sentyabr ayının sonunda 2000 manat ödəniş edəcəkdir. Bütün bunların nəzərə alınaraq ona yüngül inzibati tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar X7 göstərdi ki, borclu Şəxs müxtəlif bəhanələrlə icra sənədi üzrə olan borc məbləğini tam ödəməkdən indiyə qədər yayınmış, bu isə onun onsuz da çətin olan maliyyə vəziyyətini daha da ağırlaşdırmışdır. Borclu indiyə qədər ona 3771 manat ödəmiş, qalan məbləği isə ödəməmişdir. Bundan əvvəl borclu borcunu 6 ay ərzində hissə-hissə olmaqla ödəyəcəyinə söz versə də, sözünə əməl etməmişdir. Borclunun indiki təklifi onu qane etmir, həm də o, borclunun sözlərinə inanmır. Ona görə də borcun tam ödənilməsini tələb edir. Əks təqdirdə isə borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, borclu Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs uzun müddət ərzində heç bir üzrlü səbəb olmadan icra vərəqəsini tam icra etməmişdir. Borclunun məhkəmə qərarını icra etməməsi ədalət mühakiməsinin nüfuzuna zərbə vurur. Şəxs tərəfindən borcun qismən ödənilməsi məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, himayəsində üç azyaşlı uşağının olmasını və əmlak vəziyyətini nəzərə alaraq ona təqsirləndirildiyi maddə üzrə inzibati cərimə tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – 04 mart 1967-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, müəllimə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-2113/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2113/2023
09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver