Məhkəmə qərarları › İş №3(003)-2113/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2113/2024

25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2113/2024 25.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə rəisi X4, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Naxçıvan MR, Sədərək rayonu, Sədərək kəndində doğulmuş, evli, Naxçıvan MR, Sədərək rayonu, Qaraağac kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə rəisi X7 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə rəisi X7 bildirdi ki, icraatına təhqiqatın qərarı əsasında material daxil olmuşdur. Qərarda qeyd olunduğu kimi X2 müraciəti əsasında qudası və qudasının bacısı Şəxs onun yaşadığı evə gələrək dava-dalaş etmələri barədə qərar qəbul edilmişdir. Həmin qərar əsasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə inzibatı protokol tərtib edilərək məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, bacısı qızı dörd ay olar ki, ailə həyatı qurmuşdur. Lakin, buna baxmayaraq qaynanası ona telefonla danışmağa icazə verməmişdir. Bacısı özü Naxçıvan MR-da yaşayır. Qayınanası qızın telefonunu alıb danışması üçün verməmişdir. Sonradan həftədə bir dəfə bazar günü iki dəqiqə icazə verirdi. Onu da başının üstündə durmaqla. Bacısı da ağlayıb narahat olmuşdur ki, görəsən nəyə görə icazə vermirlər telefonla danışmağa. Bacısı ondan xahiş etmişdir ki, o, arada gedib qızına baş çəksin. O da Samiləyə zəng edib niye belə etdiklərini soruşduqda ona bildirmişdir ki, onlar xoşlamırlar belə şeyləri. Atası, anası ilə danışmamalıdır. Arada o görüntülü bacısı qızı ilə danışıb hal-əhval tutmuşdur. Həm də bacısı qızı dörd aylıq hamilə olmuşdur. Bacısı qızının yoldaşı da Rusiya getmişdir. Arada da atası gəlib-getmişdir. Onlar qızın atası ilə gəlməsini istəsələr də qız atası ilə gəlməmişdir. Bacısı qızının yanına gedəndə qızı ağlayaraq onun yanına gəlmişdir. Onlar da bunun səbəbini öyrənmək üçün evə qalxmaq istəyəndə qızın qaynanası pəncərəni açaraq onlara nalayiq söyüşlər söymüşdür. Onlar evə daxil olmaq istsələr də Samilə Qasımova onları itələyərək içəri girmələrinə mane olmuşdur. Onlarda bildirmişdilər ki, istəmirləsə qızın vəsiqəsini versinlər onlar da çıxıb getsinlər. Kalidorda o, onun qardaşı və Samirənin yoldaşı dayanmışdır. Onlar çöldə söhbət edən zaman içridən “yanımda niyə döyürsən” deyə səs gəlmiş, onlar üçü də içəri daxil olmuşlar. İçəridə bacısı qudasının yaxasından tutub qızını vurmasına imkan verməmişdir. Həmin vaxt o, Samirəni vurmamışdır. Bacısının isə vurmasını görməmişdir. Başqa da heç bir şey olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında bildirdi ki, hadisədə bir qədər qabaq gəlini gilas və qoz mürəbəsi istədiyini bildirmişdir. O da alıb vermişdir. Nə istəyibsə imkanları daxilində almışdır. Telefon verilməməsinə səbəb isə qızın anasının gəlininin beynini doldurması olmuş, bu səbəbə görə oğlu belə bir qərar vermişdir. Həmin günü qızın anası və qohumları gəlmişdirlər. Qıza düş görüş, lakin nə gətirsələr götürmə çünki onları çölə atacaqdır demiş, gəlini aşağı düşdükdən sonra Firəngiz onu yığaraq qızı aparacaqlarını bildirmişdir. O da buna etiraz etmişdir. Firəngiz “qızın anası da burdadır gəlib qızını aparmağa” demiş, o isə yenidən buna etiraz etmişdir. Daha sonra qızın getməsinə icazə vermiş, qız əşyalarını yığarkən otaqda qudası ilə aralarında münaqişə olmuş, qızın anası onu itələyəndə o da qudasını itələmişdir. Bundan sonra Firnəgiz otağa daxil olaraq onun gözünün altını və əlini cırmış, onun ayağından təpiklə vuraraq xəsarət yetirmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən şikayətçidir və müvafiq qaydada tənbeh olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gasymov Allakhverdı ifadəsində bildirmişdir ki, o, həmin vaxtı digər otaqda olmuşdur. O, səsə otağa daxil olanda yoldaşı X1 üzü üstə çarpayının üstündə olduğunu, Şəxs isə onun üzərində onun saçından tutub dartdığını görmüşdür. Bundan sonra o, onlara yaxınlaşaraq ayırmaq məqsədilə Firəngizi belindən tutaraq kənara itələmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, şahid ifadəsi və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: -xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 müraciəti əsasında aparılmış araşdırmalar nəticəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış və X6 və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti 2-ci PŞ-nə göndərilməsi qərara alınmışdır. - xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs, xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində Binə qəsəbəsi 2146, ev 23 mnzil 80 ünvanında X3 vuraraq dərəcəsi təyin olunmayan xəsarət yetirməsi səbəbindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsindən daxil olmuş məhkəmə tibbi ekspertizasının 1233 nömrəli, 9.10.2024-cü il tarixli rəyindən görünür ki, “X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər-təpə nahiyəsinin nöqtəşəkilli qansızması, sol gözaltı nahiyənin, sağ saidin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibbi müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğu gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, S.H.Qasımovanın bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur”. Məhkəmə araşdırması zamanı Şəxs inzibati xətanı törətməsini, yəni zərərçəkmiş şəxs Samirə Qasımovanı döyməsini etiraf etməsə də, işin hallarından görünür ki, o, xx.xx.2024-cü il tarixdə Samilə Qasımovanın yaşadığı evə gəldikdən sonra orada aralarında baş vermiş münaqişə zəmnində həmin tarixdə zərərçəkmiş şəxs Samilə Qasımovanı döyərək sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Qeyd olunan hal iş materialları, həmçinin məhkəmə iclasında zərərçəkmiş şəxsin, şahidin izahatları və məhhkəmə-tibb ekspertizasını rəyi ilə öz təsdiqini tapır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə eədən halları, məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar