Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2115/2023 09.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2, tələbkar X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Səfərova (Məlikzadə) Mehriban İlqar qızının iştirakları ilə Səfərova (Məlikzadə) Mehriban İlqar qızının 01 yanvar 1996-cı il tarixdə Qobustan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, fəhlə işləyən, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi S.Dadaşov küçəsi ev 4 mənzil 8-də qeydiyyatda olan və Gəncə şəhərində yaşayan barəsində Bakı şəhəri Xəzər rayon İcra şöbəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş 09 avqust 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-843/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən iddiaçı X5 xx.xx.2017-ci il təvəllüdlü X8 ilə ardıcıl olaraq hər həftənin şənbə günü saat 14:00-dan saat 18:00-dək, həmçinin hər il Yeni il, Novruz bayramı və Qurban bayramlarında 1 gün saat 14:00-dan saat 16:00-dək ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. Borclu Səfərova (Məlikzadə) Mehriban İlqar qızı tərəfindən tələbkarın uşaqla ünsiyyətinin təmin olunmasına maneçilik törədilir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 xəta haqqında protokolun məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Səfərova (Məlikzadə) Mehriban İlqar qızına göndərilmiş bildirişə, dəfələrlə edilmiş xəbərdarlıqlara, anasına edilmiş zənglərə baxmayaraq, o, Gəncədə yaşadığını bəhanə edərək tələbkarın uşaqla ünsiyyət hüququnun həyata keçirilməsinə mane olmuş, görüş yerinə gəlməmiş və uşağı gətirməmidir. Bu isə tələbkarın haqlı narazılığına səbəb olur. Borclunun barəsində axtarış elan edilmiş və xx.xx.2023-cü il tarixdə o, polislər tərəfindən saxlanılaraq İcra şöbəsinə gətirilmişdir. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X6 göstərdi ki, dəfələrlə təşəbbüs göstərməyinə baxmayaraq, borclu indiyə qədər ən müxtəlif bəhanələrlə onun uşaqla ünsiyyət hüququna maneçilik törətmiş və görüş baş tutmamışdır. Bunun nəzərə alınaraq icra sənədinin icrasının bundan sonra müntəzəm surətdə təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Səfərova (Məlikzadə) Mehriban İlqar qızı göstərdi ki, icra sənədini icra etməyin onun vəzifəsi olduğunu bilir və bundan yayınmır. Lakin bu işdə təkcə o günahkar deyildir, çunki, dəfələrlə elə hallar olub ki, tələbkar onun ünvanını bilsə də, lakin uşaqla görüşlərə gəlməyib, 5 yaşına qədər uşaqla ümumiyyətlə maraqlanmayıb, uşaq onun ikinci həyat yoldaşını özünün doğma atası kimi bilir. Onu da bildirir ki, hazırda burada yaşayırlar və tələbkar öz qanuni hüquqlarını maneəsiz surətdə həyata keçirə bilər. O, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin icrasını təmin edəcəkdir, tələbkarın qızı Əsma ilə ünsiyyətdə olmasına heç bir maneçilik törətməyəcəyinə söz verir. Əlavə olaraq bildirir ki, təhsili ilə əlaqədar olaraq sentyabr ayından Gəncə şəhərinə gedəcəkdir və bununla bağlı icra məmuruna arayış təqdim edəcəkdir. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və bunun nəzərə alınaraq onun barəsində olan inzibati xəta haqqında hazırkı iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Səfərova (Məlikzadə) Mehriban İlqar qızı tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiç xx.xx.2023-cü il tarixli Ərizədən görünür ki, o, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin icrasını təmin edəcəkdir, tələbkarın qızı Əsma ilə ünsiyyətdə olmasına heç bir maneçilik törətməyəcəyinə söz verir. Məhkəmə iclasında müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Səfərova (Məlikzadə) Mehriban İlqar qızı tərəfindən Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi indiyə qədər icra edilməmişdir, lakin məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin icrasını təmin edəcəyinə, tələbkarın qızı Əsma ilə ünsiyyətdə olmasına heç bir maneçilik törətməyəcəyinə söz vermişdir. Məhkəmə hesab edir ki, Səfərova (Məlikzadə) Mehriban İlqar qızının hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Səfərova (Məlikzadə) Mehriban İlqar qızının əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53,105, 114cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Səfərova (Məlikzadə) Mehriban İlqar qızının əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-2115/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2115/2023
09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver