Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2117/2023 10.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X9, tələbkar X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əli-zadə Şərəf Hüseynxan oğlunun iştirakları ilə Şəxs 28 mart 1988-ci il tarixdə Lerik rayonunun Bilnə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fəhlə işləyən, Lerik rayonunun Bilnə kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Nəriman Əliyev küçəsi fərdi evdə yaşayan barəsində Bakı şəhəri Xəzər rayon İcra şöbəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X11 tərəfindən tərtib olunmuş 10 avqust 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan göründüyü kimi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-84/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Əli-zadə Şərəf Hüseynxan oğlundan xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X4 ödənilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 xəta haqqında protokolun məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Əli-zadə Şərəf Hüseynxan oğluna göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, borc məbləğini ödəməkdən yayınaraq icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Borclunun aliment borcu 7650 manat təşkil edir. Borclu qeydiyyatda olduğu ünvanda yaşamır, onu tapmaq olmur, çağırışlara gəlməkdən yayındığına görə 04 iyul 2023cü il tarixdə onun barəsində axtarış elan edilmiş, bundan sonra polislər tərəfindən o, 10 avqust 2023-cü tarixdə saxlanılaraq İcra şöbəsinə gətirilmiş və izahatı alınmışdır. Göründüyü kimi, borclu indiyə qədər müxtəlif bəhanələrlə icra sənədini icra etməkdən yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Bu isə tələbkarın haqlı narazılığına səbəb olmuşdur. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X6 göstərdi ki, borclunun uzun müddətdən bəri aliment ödəməməsi nəticəsində onun onsuz da çətin olan maliyyə vəziyyəti daha da ağırlaşmışdır. Özü İİ qrup əlildir, heç bir yerdə işləmir. Hazırkı məhkəmənin gedişində borclu 7650 manat aliment borcunu 5 sentyabr 2023-cü il tarixə qədər ödəyəcəyinə söz vermiş, o da borclu ilə razılaşmışdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və borclu Əlizadə Şərəf Hüseynxan oğlu barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əli-zadə Şərəf Hüseynxan oğlu göstərdi ki, borcu ödəməyin onun vəzifəsi olduğunu bilir və bundan yayınmır. Özü yeni ailə qurmuşdur, lakin yeni evliliyindən uşağı yoxdur. X8 ilə birgə evliliyindən doğulmuş oğlanlarından biri 2022-ci ilin yanvar ayından onunla qalır. Hazırkı məhkəmənin gedişində o, tələbkara 7650 manat aliment borcunu 5 sentyabr 2023-cü il tarixə qədər ödəyəcəyinə söz vermiş, tələbkar da onunla razılaşmışdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir vəonun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müəyyən olundu ki, borclu Əli-zadə Şərəf Hüseynxan oğlunun aliment borcu 7650 manat təşkil edir. Hazırkı məhkəmənin gedişində o, tələbkara 7650 manat aliment borcunu 5 sentyabr 2023-cü il tarixə qədər ödəyəcəyinə söz vermiş, tələbkar da onunla razılaşmışdır. Tələbkar və borclu 10 avqust 2023-cü il tarixdə məhkəməyə müraciət edərək borcun ödənilməsi ilə bağlı aralarında əldə olunmuş razılığın nəzərə alınmasını və hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə hesab edir ki, Əli-zadə Şərəf Hüseynxan oğlunun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Belə ki, iş materiallarında olan və Tələbkar və Borclu tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş ərizələrdən görünür ki, borcun ödənilməsi ilə bağlı aralarında əldə olunmuş razılığın nəzərə alınmasını və hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əli-zadə Şərəf Hüseynxan oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53,105, 114cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əli-zadə Şərəf Hüseynxan oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-2117/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2117/2023
10.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver