Məhkəmə qərarları › İş №3(003)-212/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-212/2022

17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-212/2022 17.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, X1 və Bakı şəhər X6 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə X2 Bakı şəhəri X6 İdarəsinin 30 noyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində Bakı şəhəri X6 İdarəsinin 30 noyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, Baş X6 İdarəsinin 30.11.2021-ci 11 tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat məbləğində cərimə olunmuşdur. Həmin qərar qanunsuz və əsassızdır. Belə ki, onun qayda pozması real vaxt rejimində qeydə alınmamış, görüntünü qeydə alan cihaz barədə heç bir məlumat əks olunmamışdır. Protokoldan görünür ki, guya 30.11.2021-ci il tarixdə Gəndob-Xaçmaz yolunun 17-ci km.də İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş yol hərəkəti qaydalarını pozmuşdur. İXM-nın 122.1-ci maddəsinin tələbinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasırıda real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Halbuki, barəsində tərtib olunmuş qərardan görünür ki, həmin qərar real vaxt rejimində, həmçinin xüsusi texniki vasitələrin məlumatları əlavə edilmədən sistemə göndərilmişdir. Beləliklə, qanunsuz olaraq barəsində qərar verilib cərimə orunmuşdur. Bu səbədən də Bakı şəhəri X6 İdarəsinin 30 noyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında X3 şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Bakı şəhər X6 İdarəsinin nümayəndəsi Nümayəndə göstərdi ki, Bakı şəhər X6 İdarəsinin qəbul etdiyi EQ ******* nömrəli 30 noyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır Belə ki, 30 noyabr 2021-ci il tarixdə saat 11:55:15-də 3C69FB014506E986 nömrəli kamera vasitəsilə “Hyundai Sonata” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün Gəndob-Xaçmaz yolunun 17-ci km-də əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə əməliyyatını etməklə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələbini pozması qeydə alınmışdır. Ona görə də hesab edirlər ki, şikayət təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şikayət ərizəsini araşdırıb, şikayətçinin və Bakı şəhər DYPİ-nin nümayəndəsinin izahatları dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, şikayət əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 30 noyabr 2021-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 30 noyabr 2021-ci il tarixdə saat 11:55:15-də Gəndob-Xaçmaz yolunun 17-ci km-də əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə qaydasını pozması ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 (altmış) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş DİN BDYPİ-nin xüsusi texniki vasitəsi ilə qeydə alınmış fotodan görünür ki, “Hyundai Sonata” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün 30 noyabr 2021-ci il tarixdə saat 11:55:15-də Gəndob-Xaçmaz yolunun 17-ci km-də əks istiqamətli hərəkət zolağına çıxaraq ötmə və ya manevr etmə qaydasını pozması foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmədə müəyyən olundu ki, X3 30 noyabr 2021-ci il tarixdə saat 11:55:15-də Gəndob-Xaçmaz yolunun 17-ci km-də əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə qaydasını pozması ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 327.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 (altmış) manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi, X3 qayda pozmasının real vaxt rejimində qeydə alınmaması, görüntünü qeydə alan cihaz barədə heç bir məlumatın əks olunmaması ilə əlaqələndirmiş, lakin iş materiallarına əlavə edilmiş DİN BDYPİ-nin xüsusi texniki vasitəsi ilə qeydə alınmış fotodan görünür ki, X2 idarə etdiyi “Hyundai Sonata” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin 30 noyabr 2021-ci il tarixdə saat 11:55:15-də Gəndob-Xaçmaz yolunun 17-ci km-də əks istiqamətli hərəkət zolağına çıxaraq ötmə və ya manevr etmə qaydasını pozması foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri X6 İdarəsinin 30 noyabr 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə uyğun şəkildə qəbul edilmiş və həmin qərarın ləğvi üçün əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, X2 inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114-117, 128-130 və 134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Bakı şəhəri X6 İdarəsinin 30 noyabr 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar