Məhkəmə qərarları › İş №3(003)-2125/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2125/2023

11.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2125/2023 11.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə 09 aprel 1984-cü ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, deməsinə görə subay, 2 uşağı olan, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyev tərəfindən tərtib olunmuş 11 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyev göstərdi ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 137 manat aliment tutularaq X2 ödənilməlidir. Həmin icra sənədi üzrə borclu tərəfindən heç bir ödəniş edilməmişdir və 10001 manat borc yaranmışdır. Bundan başqa, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat aliment və 50 manat dövlət rüsumu tutularaq X7 ödənilməlidir. Xəzər rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədləri bir icraatda birləşdirilmişdir. İcra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Borclu icra məmurunun çağırışlarına gəlmədiyinə görə barəsində xx.xx.2018, xx.xx.2018 və xx.xx.2023-cü il tarixli axtarış qərarları qəbul edilmişdir. Bununla da Şəxs qeyd olunan icra sənədlərinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, tələbkar X1 Federasiyasında yaşayır və işləyir. 2023-cü ilin sentyabr ayında Azərbaycana gəlib aliment borcundan imtina edəcəkdir. O, bu gün saat 11:00-də polis əməkdaşları tərəfindən saxlanılaraq icra şöbəsinə gətirilmişdir. Məhkəmə tərəfindən ona vaxt verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra sənədindən görünür ki, Şəxs xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 137 manat aliment tutularaq X2 ödənilməlidir. İş materialarında olan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat aliment və 50 manat dövlət rüsumu tutularaq X7 ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2018, xx.xx.2018 və xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan tələbkar X8 xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, borclu Şəxs ilə razılığa gəldiklərinə görə onun barəsində məcburi icra tədbirləri tətbiq edilməməsini xahiş etmişdir. Məhkəmədə müəyyən olundu ki, Şəxs icra sənədlərini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. O, icra məmurunun çağırışlarından yayındığına görə barəsində axtarış qərarları qəbul edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarlarını qəsdən icra etməmiş, onların icrasından qərəzli olaraq boyun qaçırmış və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs əməli etiraf etməsini yüngülləşdirici hal kimi nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Şəxs şəxsiyyətini, icra sənədlərini heç bir üzürlü səbəb olmadan icra etməməsini nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzası tətbiq olunması məqsədə uyğun deyil, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, borclu Şəxs bu gün saat 11:00-da polis tərəfindən icra şöbəsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həbsetmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 11 avqust 2023-cü il tarixdən, saat 11:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar