Məhkəmə qərarları › İş №3(003)-2125/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2125/2024

01.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2125/2024 01.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X4, Zərərçəkmiş şəxs X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X7 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X7 izahat verərək bildirdi ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-31/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən X2 və Şəxs Bəxtiyar oğlundan müştərək qaydada 17320 manat məbləğində ziyan və 133 manat dövlət rüsumu tutularaq X5 xeyrinə ödənilməlidir. İcra vərəqəsi şöbənin icratına xx.xx.2024-cü il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlanılmışdır. Qeyd olunan icra sənədi şöbəyə daxil olan zaman icraat materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası baxışı zamanı dəymiş ziyandan 10000 (on min) manat ödəniş olunmuş və hökmün icrası zamanı nəzərə alınması qeyd olunmuşdur. Hazırda qalıq borc 7320 manat təşkil edir. Həmin iş üzrə borclu Şəxs Bəxtiyar oğlu barəsində tərəflərindən xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuş və barəsində 500 manat inzibati cərimə tətbiq olunmuşdur. Bundan sonra onun tərəfindən heç bir ödəniş olunmamışdır. Borclu izahatlarında qeyd edir ki, hazırda borcun düzgün hesablanması ilə bağlı onun tərəfindən İnzibati Məhkəməyə iddia ilə müraciət olunmuşdur. Qeyd edir ki, başqa ödənişləridə olunmuşdur. Həmin müddətdə onlar ödəniş etmişlər. Lakin bu barədə hər hansı bir sənəd icra şöbəsinə təqdim edilməmişdir. Məhkəmə iclaslarında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ondan icra sənədi üzrə tələb olunan borcla razı deyil. Borcla bağlı anası ilə İlham Həmidov arasında kredit müqaviləsi bağlanmış və ödənişlər aparılmışdır. Ödənişlər düzgün hesablanmamış, buna görə inzibati qaydada iddia qaldırılmışdır. Hazırda isə İlham Həmidova olan borcdan 300 manat ödəniş etmiş, ödənişi Xəzər rayon İcra şöbəsinin depozit hesabına etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahatında bildirdi ki, ona olan borcdan heç bir ödəniş olmamışdır. Hazırda şikayətçidir və Şəxs barəsində tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan: -MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Ağayev X1 Rayon Məhkəməsinin 1(005)-13/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbi icra etməməsi səbəbinə görə Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Hazırda Qalıq borc 7320 manat təşkil edir. -Nərimanov Rayon Məhkəməsinin 1(005)-13/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, X2 və Şəxs Bəxtiyar oğlundan müştərək qaydada 17320 manat məbləğində ziyan və 133 manat dövlət rüsumu tutularaq X5 xeyrinə ödənilməlidir. -Xəzər Rayon Məhkəməsinin 3(003)-1780/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs, Nərimanov Rayon Məhkəməsinin 1(005)-13/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə görə Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə növündə tənbeh edilmişdir. Həmçinin iş materiallarında olan: -Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)-139/2024 saylı qərarından görünür ki, həmçinin əvvəlki apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs X6 mülki iddia üzrə ödənilmiş 10000 manat məbləğin hökmün icrası zamanı nəzərə alınması qərara alınmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(102)-1626/2024 saylı qərarında qeyd olunmuşdur ki, ittihama görə zərərçəkmiş şəxsə 32320 manat miqdarında maddi zərər vururlmuş, cinayət işinə birinci instansiya məhkəməsində baxılarkən zərərçəkmiş şəxsə 15000 manat ödəniş olmuş, daha sonra işə Bakı Apellyasiya Məhkəməsində baxılarkən yenidən zərərçəkmiş şəxsə 10000 manat da məbləğində ödəniş ödənilmiş, zərərçəkmiş şəxsə vurulmuş ziyandan cəmi 25000 manat ödəniş olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, Şəxs tərəfindən Xəzər rayon İcra şöbəsinin depozit hesabına 300 manat məbləğində ödəniş olmuşdur. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Nərimanov Rayon Məhkəməsinin 1(005)-13/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə tələb Şəxs tərəfindən tam icra olunmamış, icra olunmamasına səbəb isə yaranmış borcun düzgün hesablanmamasının hesab etməsidir. Həmçinin iş üzrə müəyyən olunur ki, Nərimanov Rayon Məhkəməsinin 1(005)- 13/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə tələb 17320 manat məbləğində ziyanın və 133 manat dövlət rüsumunun ödənilməsi olmaqla həmin icra sənədinin verilməsinə əsas olmuş məhkəmə hökmünün yuxarı istansiya məhkəməsində mübahisələndirildiyi vaxtlarda dəymiş ziyanla bağlı ödəniş aparılmış və hazırda borcun məbləği 7020 manat (300 manat icra şöbəsinin depozit hesabına ödənilməsi nəzərə alınmaqla) təşkil edir. İşin müəyyən edilmiş hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Nərimanov Rayon Məhkəməsinin 1(005)-13/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə tələb yerinə yetirilməməsinə dair Şəxs tərəfindən göstərilən səbəbin üzrlü hesab edilməsi əsassızdır. Məhkəmə, Nərimanov Rayon Məhkəməsinin 1(005)-13/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbin icra etməməsinə görə Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, Şəxs əməli Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X7 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun törətdiyi inzibati xətaya münasibətini, məsuliyyətini yüngülləşdirən halların olmamasını nəzərə alaraq hesab edir ki, onu inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə Bilavasitə tabe olan X8 X3 həvalə edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar