Məhkəmə qərarları › İş №3(003)-2127/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2127/2024

25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2127/2024 25.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Xəzri Ramilə Həşim qızının, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X8 iştirakları ilə, 06 sentyabr 1974-cü ildə Naxçıvan MR, Şərur rayonu, Sədərək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Naxçıvan MR, Şərur rayonu, Sədərək kəndində qeydiyyat olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru polis leytenantı Sədirxan Həsənli tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 15:00 dəqiqədə vətəndaş Qasımova X2 Səma Habil qızını döyərək qəsdən fiziki ağrı yetirməklə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Bu xüsusat məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 1257 nömrəli müvafiq ekspert rəyi, X8 ərizə və izahatı ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi, konkret halda Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tənbeh tədbirlərinin görülməsi Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə həvalə edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X11 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “136” saylı orta məktəbin yaxınlığında yerləşən nömrəsiz evdə qayınanası X6 ona əli ilə bədən nahiyyəsindən itəliyərək xəsarət yetirmiş, həmçinin baldızı X4 onu sözlə hədələmişdir. Bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Səma İsmayılova oğlu X3 rəsmi nikahsız həyat yoldaşıdır. Onlar təxminən 4 ay müddətdir ki, birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2146-cı məhəllə, bina 23, mənzil 80 ünavanında Şəxs ilə birlikdə yaşayırlar. 1 ay olar ki, oğlu işlə əlaqədar Rusiya Federasiyasına yollanmışdır. S.İsmayılovanın qeyd etdiyi xüsusatlar həqiqəti əks etdirmir. Müraciətində qeyd etdiyi xüsusatların hamısı şər və böhtandan ibarətdir. Səma İsmayılovanın psixololi problemləri olduğunu və qeyd olunan tarixdə onunla aralarında heç bir söz-söhbət olmadığını və indiyədək onunla heç bir mübahisə etmədiyini, həmçinin qızı X1 ona qarşı heç bir hədələyici hərəkət və söz demədiyini əlavə etmişdir. Məhkəmə iclasında zərərçəkən şəxs X13 izahatında 2019-cu il tarixdən Şəxs onun oğlu ilə ailə qurduqlarını, rəsmi nigahları olmasa da birgə evlilikdən bir oğlu olmuşdur. Əri ilə mütamadi olaraq mübahisə edərək yola getmirlər. xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində yaşadığı evdə Şəxs, onunla mübahisə edərək onu yerdə sürümüş, sağ ciyninə və ayaqların xəsarət yetirmişdir. xx.xx.2024-cü il tarixdə 13:00 radələrində Ramin yenidən onunla mübahisə edərək onu evdən çıxartmaq istəmiş, buna görə aralarında mübahisə yaranmış, mübahisə zamanı qarnına yumruqla zərbə vuraraq ayaqlarından təpik zərbəsi vurmuş, başına isə əli ilə zərbə vuraraq xəsarət yetirmişdir Odur ki o, Şəxsnu bağışlamadığını bildirmiş və məhkəmədən onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X7 17 oktyabr 2024-cü il tarixli, 1257 nömrəli ekspert rəyinə əsasən S.H.İsmayılovanın bədəni üzərində aşkar edilmiş xəsarətlər — sağ və sol bel nahiyyəsinin, sol baldırın qançırları aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya təsirindən onun məhkəmə-tibbi müayinəsindən 5-7 gün əvvəl olmaqla qərarda göstərilən xx.xx.2024-cü il tarixdə törənmələri istisna olunmur və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, hadisəni törətmiş vətəndaş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri yarandığından barəsində inzibati tənbeh tədbirlərinin görülməsi üçün materialın aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. Beləliklə, Şəxs inzibati xətanı törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, zərərçəkmiş şəxsin məhkəmə iclasında və təhqiqat zamanı verdikləri izahatları ilə və digər iş materialları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması tam sübuta yetirildi. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə, məhkəmə tətbiq ediləcək inzibati tənbeh tədbirinin növünü müəyyən edərkən hesab edir ki, Şəxs barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, 400,0 (dörd yüz) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar