Məhkəmə qərarları › İş №3(003)-2128/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2128/2025

02.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2128/2025 02.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X9 Hidayət oğlunun sədrliyi, Hüseynzadə Əvəz Əli oğlunun katibliyi, Bakı şəhər Xəzər rayon İcra Şöbəsinin icra məmuru X5, X1 və “Bank VTB”-nin nümayəndəsi X3, Borclu Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhər Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Bakı şəhər Xəzər rayon İcra Şöbəsinin icra məmuru X8 tərəfindən Şəxs İXM-nin 528.1ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən icra məmuru bildirmişdir ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 2 uşağa görə hər ay 320 manat məbləğində aliment Şəxs tutularaq tələbkar X6 xeyrinə ödənilməlidir. Lakin borclu icra sənədi üzrə tələb olunan 5120 manat borcdan cəmi 870 manat ödəmişdir. Bu günə olan aliment borcu 4250 manat təşkil edir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən isə 35270,31 manat kredit borcu Şəxs tutularaq Bank "xxxx" ASC-yə ödənilməlidir. Ümumi kredit borcundan cəmi 2195 manat ödəmişdir. Yekun borcu 33075,31 manat təşkil edir. Eyni zamanda icra məmuru qeyd etmişdir ki, aliment borcunun ödənilməsi ilə bağlı tələbin könüllü icrası haqqında bildiriş Şəxs xx.xx.2023-cü il tarixdə verilib və borclunun hər hansı əmlakı yoxdur. Məhkəmə iclasında tələbkar X12 ərizə ilə müraciət edərək, Şəxs aliment borcu ilə bağlı tələbinin olmadığını və alimentdən imtina etdiyini məhkəməyə bildirmişdir. Məhkəmə iclasında tələbkar “Bank VTB”-nin nümayəndəsi X4 izahat verərək bildirmişdi ki, borclu Şəxs xx.xx.2022-ci il tarixdə illik 20% olmaqla 36 ay müddətinə ayda 1858 manat ödəməklə 50.000 manat kredit götürmüşdür. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 35270 manat pul vəsaiti tutularaq Bank ”BTB” ASC-yə ödənilməlidir. Lakin borclu Şəxs qeyd olunan tarixdən bu günədək cəmi 2195 manat ödəmişdir. X2 izahatına əlavə olaraq, borclu Şəxs bu gün də 500 manat ödədiyini və hər ay 500 manat ödəyəcəyinə etiraz etmədiyini məhkəməyə bildirib işin icraatına xitam verilməsinə etirazının olmamasını qeyd etmişdir. Borclu Şəxs izahatında mülkiyyətində hər hansı əmlakının olmamasını, səyyar hovuz ustası işləməsini, işi sezonluq olduğuna görə digər aylarda gəlirinin olmamasını, himayəsində 4 uşağının olmasını, borcunun bir qisminin ödəməsini, məhkəmə qərarının icrasından boyun qaçırmadığını qeyd edərək, hər ay 500 manat olmaqla borcunu tam ödəyəcəyini məhkəmədə vurğulamışdır. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin müddəalarına görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-nin 8.2 və 8.3-cü maddələri). İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İXM-nin 76.1ci maddəsi). Şəxs tərəfindən inzibati xətanı törədilməsi sübuta yetirilmədiyindən inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir (İXM-nin 53.2-ci maddəsi). İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir (İXM-nin 105-ci maddəsi). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (İXM-nin 84.1-ci maddəsi). Tərəflərin izahatından, məhkəməyə təqdim edilmiş sənədlərdən göründüyü kimi, borclunun adına hər hansı bir əmlak və gəlirinin olmamasını, himayəsində 4 uşağının olmasını, tələbkarların şikayətinin olmamasını, məhkəmə qərarının icrasından boyun qaçırmadığını və borcunun bir qismini ödəməsini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki iş materiallarından borclu Şəxs məhkəmənin qərarını üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 43, 53.2, 105, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanın törədilməsi sübuta yetirilmədiyindən İXM-nin 53.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhər Xəzər Rayon Məhkəməsinin vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar