Məhkəmə qərarları › İş №3(003)-2144/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2144/2024

07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2144/2024 07.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, X1 iştirakı ilə, X4 Azərbaycan Respublikası Mərkəzi Bankının 29 may 2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mərkəzi Bankının 29 may 2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X7 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə nəqliyyat vasitəsi almaq məqsədilə ölkə xaricinə Almaniyaya 31490 (otuz bir min dörd yüz doxsan) avro pulu "xxxx" ASC vasitəsilə göndərmişdir. Nəqliyyat vasitəsi ölkəyə gətirildikdən sonra ölkə xaricinə çıxarılmış pulların əvəzinə malın gətirilməsini təsdiqləyən sənədi (gömrük bəyannaməsi) pulun köçürülməsini həyata keçirən bank vasitəsilə Azərbaycan Respublikası Mərkəzi Bankına müəyyən olunmuş vaxt ərzində təqdim etmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol və xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli Qərar qəbul olunmuşdur. Mərkəzi Bankın barəsində qəbul etdiyi qərarı xx.xx.2024-cü il tarixdə banka rəsmi müraciət etdikdən sonra əldə etmişdir. Müraciətinə verilmiş cavabdan görünür ki, xx.xx.2024-cü il tarixdə mübahisələndirdiyi qərar onun qeydiyyat üzrə ünvanına göndərilmiş, lakin sifarişli poçt göndərişi “həmin ünvanda yaşamadığı” qeydi ilə geri qaytarılmışdır. Bundan başqa həmin məktubda o da qeyd edilmişdir ki, o, qeyd olunan malı ölkəyə vaxtında idxal edmişdir. "xxxx" ASC tərəfindən qeyd olunan yüklə bağlı gömrük bəyannaməsi cəmiyyətə xx.xx.2022-ci il tarixdə avans qaydasında köçürülmüş, 31490 avro ödənişinə xx.xx.2024-cü il tarixdə tam bağlanmışdır. Qeyd olunan qərar onun iştirakı olmadan, işə münasibəti araşdırılmadan qəbul olunduğundan qanunsuz və əsassız hesab edilməlidir. Belə ki, o, qeyd olunan nəqliyyat vasitəsini xx.xx.2022-ci il tarixdə ölkəyə idxal etmiş və bununla bağlı müvafiq gömrük orqanında **********3445 saylı Gömrük bəyannaməsinə əsasən ödənişləri etmişdir. Məhkəmə iclasında iştirak edən X6 Azər oğlu şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Mərkəzi Bankının 29 may 2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının surətindən görünür ki, X7 31490 avro məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 31490 avro məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2024-cü il tarixdə törədilmişdir. X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Mərkəzi X2 ünvanladığı xx.xx.2024-cü il tarixli 6-1-16/2-Q-99xxxx-15747/2024 saylı məktubundan görünür ki, Mərkəzi Bankın qeyd olunan qərarı xx.xx.2024cü il tarixdə şəxsiyyət vəsiqəniz üzrə yaşayış yeri kimi qeyd olunan ünvan 1 ünvanına göndərilmiş, lakin sifarişli poçt göndərişi həmin ünvanda yaşamadığınız qeydi ilə geri qaytarılmışdır. Bundan başqa, müraciətinizə əlavə edilmiş **********3445 nömrəli yük gömrük bəyannaməsi ilə müəyyən olunur ki, mal ölkəyə vaxtında idxal olunaraq "xxxx" ASC tərəfindən qeyd olunan yük gömrük bəyannaməsi cəmiyyətin xx.xx.2022-ci il tarixində avans qaydasında köçürülmüş 31490 avro ödənişinə xx.xx.2024-cü il tarixdə tam bağlanmışdır. Qərardan şikayət vermiş şəxs X7 tərəfindən məhkəməyə verilmiş ərizədən görünür ki, 29 may 2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı xx.xx.2024-cü il tarixdə banka müraciət etdikdən sonra almışdır. Bu səbəbdən müddətin ötürülməmiş hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görəvəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 29 may 2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarla X7 31490 avro məbləğində vəsaiti xx.xx.2022ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 31490 avro məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2024-cü il tarixdə törədilmişdir. X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 29 may 2024-cü il tarixli, EP seriyalı ******* saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Həmçinin iş materiallarından görünür ki, qərarı qəbul etmiş orqan – Azərbaycan Respublikasının Mərkəzi Bankı da məktubunda xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin 31490 avro ödənişinə xx.xx.2024-cü il tarixdə tam bağlanmışdır. Bundan başqa, inzibati xəta haqqında qərar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilməmişdir. Onun qərardan xəbəri olmamış, yalnız banka müraciətindən sonra xx.xx.2024-cü il tarixdə əldə etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində xx.xx.2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 29 may 2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X4 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə belə hesab edir ki, X4 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 29 may 2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 29 may 2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə X7 inzibati məsuliyyətdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar