Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2144/2025 04.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X3 Hidayət oğlunun sədrliyi, Hüseynzadə Əvəz Əli oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Xəzər Rayon X8 İdarəsinin sahə inspektoru polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Abşeron Sanatoriyasında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 511.1.3-cü maddəsi ilə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Bakı şəhər Xəzər rayon X8 İdarəsindən Şəxs İXM-nin 511.1.3-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Bakı şəhər Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhər Xəzər RPİ-nin DYPŞ-nin polis kapitanı X6 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 07:30-da “Toyota Corolla” minik markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Şəxs əməlində İXM-nin 511.1.3-cü maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Xəzər rayon DYPŞ-nin sahə inspektoru, polis kapitanı X6 izahatında bildirmişdir ki, Şəxs Bakı şəhər Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində nəqliyyat vasitəsini təhlükəli idarə etmiş, əl əyləc sistemindən dəfələrlə istifadə edərək kobud manevr hərəkətlərinə yol vermiş, ictimai qaydanı nümayişkaranə şəkildə kobud halda pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verərək avtoxuliqanlıq etmişdir. Şəxs inzibati xətanı xx.xx.2025-ci il tarixdə törətmiş, daha sonra isə sosial şəbəkədə paylaşmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, həqiqətən də xx.xx.2025-ci il tarixdə saat 07:30 radələrində “Toyota Corolla” minik markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək əl əyləc sistemindən dəfələrlə istifadə edərək kobud manevr hərəkətlərinə yol vermişdir. Onun bu hərəkətlərini qardaşı çəkərək videogörüntüləri sosial şəbəkələrdə paylaşmışdır. Hazırda törətmiş olduğu əməlindən peşmandır. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, Şəxs İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması iş materialları, məhkəmə iclasında verilmiş izahatlarla, videogörüntü və digər sənədlərlə tam sübuta yetirilmişdir. İXM-nin müddəalarına görə avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə hərəkətlərə, yəni mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur (maddə 511.1.3). Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (maddə 31.2). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (maddə 84.1) Qeyd olunanlara əsasən məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, törətdiyi əməlini sosial şəbəkədə paylaşmaqla qanunazidd hərəkətlərini kütləvi nümayiş etdirib digər şəxslərə mənfi örnək olmasını, bu hərəkətlərinin cəmiyyətdə mənfi emosiyalar dogurmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, başqa şəxslər tərəfindən eyni kateqoriyalı, istər xəta törədən, istərsə də digər şəxslərin həyat və sağlamlığına təhlükə yarada billəcək xətaların törədilməsinin qarşısını almaq məqsədi ilə barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şəxs İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalında həbsə alınsın. Həbsetmənin başlanğıcı xx.xx.2025-ci il tarixdən, saat 15.15-dən hesablansın. Qərarın icrası inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi hissəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X4 X1, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması hissəsində isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhər Xəzər Rayon Məhkəməsinin vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. X5
Məhkəmə qərarları › İş №3(003)-2144/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2144/2025
04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver