Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2146/2024 23.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Şikayətçi X5 iştirakı ilə, X5 Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən barəsində İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə görə qərar və protokol tərtib edilmişdir. 30 sentyabr 2024-cü il tarixli, No00800-00799/24 saylı protokolda qeyd edilmişdir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat idarəsinin Əməliyyat şöbəsindən daxil olmuş 3-33-3100/013/021425 nömrəli xx.xx.2024-cü il tarixli raporta əsasən, 16 avqust 2024-cü il tarixdə 012 saylı Dubay-Bakı aviyareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşları X18, X13 və X4 Əliyev Beynəlxalq Aeroportun 1 nömrəli Terminalında yerləşən gömrük nəzarəti zonasının "qırmızı kanalına" daxil olaraq onlara məxsus olan yükləri rentgen qurğusunun lentinin üzərinə yerləşdiridikdən sonra saat 16:28 radələrində gömrük nəzarət zonasına daxil olmaq üçün gömrük orqanı əməkdaşına müraciət etmiş, gömrük orqanı əməkdaşı X2 gömrük zonasına daxil olaraq onlara məxsus ümumilikdə 3 ədəd mobil telefonu sonradan gömrük orqanına bəyan olunmasına icazə vermiş, "skanlaşdırma" şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-33-3100/014/021352 nömrəli raportla təqdim olunan təsvirlərə əsasən sərnişinlərə məxsus çantalarda ümumilikdə 1 ədəd mobil telefon olması müəyyən edilmişdir. Övladları ilə birlikdə yay tətilində İstirahət etmək üçün qısa müddətlik Dubay şəhərinə ölkə xaricinə getmişdirlər. Həmin şəhərdə mobil telefon qiymətləri daha münasib olduğundan bu məqsədlə Azərbaycan Respublikası ərazisinə geri dönərkən şəxsi istifadələri üçün öz adına və övladlarının adına ümumilikdə 3 ədəd telefon almağı qərara almışlar. 16 avqust 2024-cü il tarixdə, 012 saylı Dubay-Bakı aviareysi ilə övladları ilə birgə Azərbaycan Respublikası ərazisinə gəldikdən sonra X20 Aeroportun 1 nömrəli Terminalında yerləşən gömrük nəzarəti zonasının "qırmızı kanalına" daxil olaraq onlara məxsus yükləri rentgen qurğusunun lentinin üzərinə yerləşdirdikdən sonra nəzarət zonasına daxil olmaq üçün gömrük orqanı əməkdaşına müraciət etmiş, gömrük orqanı əməkdaşı X12 onların gömrük zonasına daxil olaraq onlara məxsus ümumilikdə 3 ədəd mobil telefonu gömrük orqanına bəyan olunmasına icazə vermişdir. Həmin zaman X20 Aeroportun 1 nömrəli Terminalında yerləşən gömrük nəzarəti zonasının "qırmızı kanalını" gömrük əməkdaşlarının göstərişi və tələbləri ilə gömrük qaydalarını pozmadan hərəkət edərək, adlarına aldıqları mobil telefonları Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli qərarına əsasən qanunvericiliyə uyğun şəkildə gömrük orqanına bəyan etdikdən sonra onlara məxsus yüklərlə bərabər aeraportdan çıxaraq yaşadıqları ünvana getmişlər. Həmin tarixdən etibarən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qeydiyyatda olduğu və yaşadığı ünvana bildiriş məktubu və yaxud da istifadəsində olan mobil nömrəyə sms vasitəsi ilə inzibati xəta ilə bağlı və ya hər hansı bir qanun pozuntusu ilə bağlı məlumat göndərilməmişdir. Lakin 31 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı onunla əlaqə saxlayaraq, həmin idarənin gömrük işçisinin səhvinə görə yaranmış bəzi məsələlərə aydınlıq gətirmək məqsədi ilə onu həmin idarəyə dəvət etmişlər. Gömrük işçisinin əmək fəaliyyəti ilə bağlı hər hansı bir problem yaranmaması üçün 31 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə getmişdir. Sözügedən idarəyə gedərkən idarənin gömrük işçisinin səhvinə görə gömrük qaydalarına uyğun olaraq həmin əməkdaş barəsində daxili tədqiqat işlərinin aparıdığı bildirildi və bu səbəbdən yaranmış zərurətlə əlaqədar ondan izahat verməyi xahiş edildi. Həmin vaxt ona gömrük qaydalarının pozulması ilə bağlı nöqsanı olması barədə heç bir irad bildirilmədi. Daha sonra yəni 14 okytabr tarixində ona məlum oldu ki, həmin idarənin rəisi tərəfindən barəsində əsassız və qanunsuz olaraq 30 sentyabr 2024-cü il tarixli, No00800-00799/24 saylı protokol tərtib edilmişdir. Lakin həmin protokol barədə ona ümumiyyətlə heç bir məlumat verilməmişdir. Protokolun nə üçün ona 14 oktyabr tarixində təqdim edildiyini soruşduqda həmin protokolun idarə tərəfindən guya öncədən göndərildiyi ona bildirildi. Lakin göndərilməsi barədə bildirişin ona təqdim edilməsini tələb etdikdə həmin bildiriş gömrük əməkdaşları tərəfindən ona təqdim edilmədi. Beləliklə 30 sentyabr 2024-cü il tarixli, No00800-00799/24 saylı protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə 1695.75 manat miqdarında cərimə tənbeh növü tətbiq edilərək barəsində qanunsuz və əsassız olduğu halda 14 oktyabr 2024-cü il tarixli N00800/00802 saylı qərar qəbul edilmişdir. Halbuki, yuxarıda qeyd etdiyi kimi adlarına aldıqları mobil telefonlara görə gömrük bǝyamnaməsi verilmiş və X20 Aeroportundan orada işləyən gömrük əməkdaşlarının göstərişi və tələbləri ilə gömrük qaydalarını zaman onlara hər hansı bir irad pozmadan aeraportu tərk etmişlər. Həmin bildirilməmiş va 14 oktyabr 2024-cü il tarixinədək sözügedən inzibati orqan tərəfindən ona inzibati xəta ilə bağlı hər hansı bir məlumat göndərilməmişdir. Onlar tərəfindən bugünədək hər hansı bir qanun pozuntusuna yol verilməmiş, barəsində inzibati xəta ilə bağlı hər hansı bir protokol və yaxud da qərar tərtib edilməmişdir. Lakin sözügedən inzibati orqanın qanuna zidd hərəkətləri nəticəsində ona əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə 1695.75 manat miqdarında cərimə tənbeh növü tətbiq edilmişdir. Onun barəsində tərtib edilmiş 30 sentyabr 2024-cü il tarixli, No00800-00799/24 saylı protokol, işə baxılmanın vaxtı və yeri haqqında qərardad, və inzibati tənbeh vermə haqqında qərar ona rəsmi olaraq xx.xx.2024-cü il tarixdə təhvil verilmişdir. Məhkəmə iclasında X10 izahatında bildirdi ki, ailə üzvləri ilə birlikdə BƏƏ-yə getmişlər. Qayıdan zaman müəyyən əşyalar, həmçinin 3 ədəd telefon almışlar. Telefonun birini almağı qohumu xahiş etmiş, digər iki telefonu isə özü və qızı üçün almışdır. Qayıdan zaman qırmızı pəncərəyə yaxınlaşmışdır. Evə gəldikdən sonra ona qəbz verilmədiyini müəyyən etdikdən sonra yenidən hava limanına getmişdir. Orada ona bildirdilər ki, iki ədəddən artıq bəyannamə təqdim edə bilməz. Təxminən on gün sonra təhqiqat araşdırması üçün çağırılmışdır. Ölkədən ilk dəfədir getdiyinə görə qaydaları yaxşı bilməmişdir. Bəyannamələri təqdim etmək üçün rüsum ödəməli olmuşlar. Lakin, maddi vəziyyətləri buna uyğun olmadığına görə telefonların hər üçünü satmışlar. Əvvəlki məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi, baş təhqiqatçı X14 qəbul edilmiş xx.xx.2024cü il tarixli qərarı müdafiə edərək qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə şikayətçinin izahatını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli 00800/00802 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat idarəsinin Əməliyyat şöbəsindən daxil olmuş 3-33-3100/013/021425 nömrəli xx.xx.2024-cü il tarixli raporta əsasən 16 avqust 2024-cü il tarixdə 012 saylı Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşları X10, X13 ve X4 Əliyev Beynəlxalq Aeroportunun 1 nömrəli Terminalında yerləşən gömrük nəzarəti zonasının "qırmızı kanalına" daxil olaraq onlara məxsus olan yükləri rentgen qurğusunun lentinin üzərinə yerləşdirdikdən sonra saat 16:28 radələrində gömrük nəzarət zonasını tərk etmişdirlər. Daha sonra həmin sərnişinlər təxminən saat 18:00 radələrində geri qayıdaraq X20 Aeroportunun 1 nömrəli Terminalının gəliş zalında yerləşən gömrük nəzarət zonasına daxil olmaq üçün gömrük orqanı əməkdaşına müraciət etmiş, gömrük orqanı əməkdaşı X1 gömrük nəzarət zonasına daxil olaraq onlara məxsus ümumilikdə 3 ədəd mobil telefonu sonradan gömrük orqanına bəyan olunmasına icazə vermişdir. Bu barədə daxil olan məlumatın dəqiqləşdirilməsi məqsədi ilə tərəflərindən xx.xx.2024-cü il tarixli 3-33-3100/013/021320 nömrəli raportla "Skanlaşdırma" şöbəsinə müraciət olunaraq sərnişinlərin ölkə ərazisinə gəldikləri tarixdə onlara məxsus olan yüklərin rentgen qurğusunun lentinin üzərinə yerləşdirildiyi zaman qurğunun monitorunda əks olunan təsvirlərin təqdim olunması üçün sorğu verilmişdir. "Skanlaşdırma" şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-33-3100/014/021352 nömrəli raportla cavab verilmiş, təqdim olunan təsvirlərə əsasən yuxarıda adları çəkilən sərnişinlərə məxsus olan çantalarda ümumilikdə 1 ədəd mobil telefon olması müəyyən edilmişdir. Araşdırma zamanı 31 avqust 2024-cü il tarixdə çağırış üzrə gələrək izahatında Bakı şəhərində satmaq məqsədilə X7 1 ədəd "İphone 15 Pro 256 GB" markalı, 2 ədəd "Samsung Galaxy S23 Ultra 256 GB" markalı mobil telefon aldığını, həmin mobil telefonları Azərbaycan Respublikasına qayıtdıqdan sonra satdığını bildirmişdir. İş materiallarına əlavə olunmuş 28 avqust 2024-cü il tarixli "sənədlərə baxış keçirilməsi haqqında" protokola əsasən **********177 nömrəli sadələşdirilmiş bəyannaməyə əsasən X10 tərəfindən **********07281/**********62286 KM koda malik, gömrük dəyəri 990 ABŞ dolları olan 1 ədəd "Samsung Galaxy S 25 25 markal mobil telefonu xx.xx.2024-cü il tarixdə gömrük orqanına bəyan edirdi **********82 **********07018/**********07013 saylı İMEİ koda malik, gömrük dəyəri 990 ABŞ dolları olan 1 ədəd "Samsung Galaxy S 23 Ultra 256 GB" markalı mobil telefonu xx.xx.2024-cü il tarixdə gömrük orqanına bəyan edilmişdir. **********170 nömrəli sadələşdirilmiş bəyannaməyə X3 adına **********45630/**********718504 saylı İMEİ koda malik, gömrük dəyəri 1345 ABŞ dolları olan 1 ədəd "İphone 15 Pro 256 GB" markalı mobil telefonu xx.xx.2024-cü il tarixdə gömrük orqanına bəyan edilmişdir. xx.xx.2024-cü il tarixli 00800-0799/24 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat idarəsinin Əməliyyat şöbəsindən daxil olmuş 3-33-3100/013/021425 nömrəli xx.xx.2024-cü il tarixli raporta əsasən, 16 avqust 2024-cü il tarixdə 012 saylı Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşları X10, X13 və X4 Əliyev Beynəlxalq Aeroportunun 1 nömrəli Terminalında yerləşən gömrük nəzarəti zonasının "qırmızı kanalina" daxil olaraq onlara məxsus olan yükləri rentgen qurğusunun lentinin üzərinə yerləşdirdikdən sonra saat 16:28 radələrində gömrük nəzarət zonasını tərk etmişdirlər. Daha sonra həmin sərnişinlər təxminin saat 18:00 radələrində geri qayıdaraq X20 Aeroportunun 1 nömrəli Terminalının gəliş zalında yerləşən gömrük nəzarət zonasına daxil olmaq üçün gömrük orqanı əməkdaşına müraciət etmiş, gömrük orqanı əməkdaşı X1 gömrük nəzarət zonasına daxil olaraq onlara məxsus ümumilikdə 3 ədəd mobil telefonu sonradan gömrük orqanına bəyan olunmasına icazə vermişdir. Bu barədə daxil olan məlumatın dəqiqləşdirilməsi məqsədi ilə tərəflərindən xx.xx.2024-cü il tarixli 3-33-3100/013/021320 nömrəli raportla "Skanlaşdırma şöbəsinə müraciət olunaraq sərnişinlərin ölkə ərazisinə gəldikləri tarixdə onlara məxsus olan yüklərin rentgen qurğusunun lentinin üzərinə yerləşdirildiyi zaman qurğunun manitorunda əks olunan təsvirlərin təqdim olunması üçün sorğu verilmişdir. "Skanlaşdırma" şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-33-3100/014/021352 nömrəli raportla cavab verilmiş, təqdim olunan təsvirlərə əsasən yuxarıda adları çəkilən sərnişinlərə məxsus olan çantalarda ümumilikdə 1 eded mobil telefon olması müəyyən edilmişdir. 31 avqust 2024-cü il tarixdə çağırış üzrə gələn X10 izahatında Bakı şəhərində satmaq məqsədilə X7 1 ədəd "İphone 15 Pro 256 GB" markalı, 2 ədəd "Samsung Galaxy S23 Ultra 256 GB" markalı mobil telefon aldığını, həmin mobil telefonları Azərbaycan Respublikasına qayıtdıqdan sonra satdığını bildirmişdir. X10 tərəfindən səlahiyyətli orqana verilmiş izahatdan görünür ki, 12 avqust 2024-cü il tarixdə əri və övladları X13 və X11 ilə birlikdə X9 Şarja şəhərinə getmişlər. Bu məqsədlə də həmin tarixdə Bakı-Şarja aviareysi ilə X9 Dubay şəhərinə yollanmışlar. Dubay şəhərində olan zaman istirahət xərclərinin çıxması üçün Bakı şəhərində satmaq məqsədi ilə 1 ədəd İphone 15 pro 256 GB markalı, 2 ədəd isə Samsung Galaxy S 23 Ultra 256 GB markalı mobil telefonlar almışlar. Aldıqları telefonları hər biri özülərinə məxsus olan əl yükünə (çemodana) qoymuşlar. Bundan əlavə olaraq şəxsi istifadələri üçün 1 ədəd noutbuk və bir sıra digər mallar da almışlar. X29 BƏƏ-də qaldı, o və övladları isə 4 gün sonra, yəni 16 avqust 2024-cü il tarixdə Dubay-Bakı aviareysi ilə Bakıya qayıtmışlar. Gömrük nəzarətinə çatan zaman "Qırmızı Kanal”-a yaxınlaşmış və əl yüklərini rentgen qurğusuna qoymuşlar. Daha sonra isə təxminən 16 30-da hava limanını tərk etmişlər. Taksidə olan zaman mobil telefonları bəyan etməyi unutduğunu xatırlamış və eyni taksi ilə yenidən hava limanına qayıtmışlar. Təxminən saat 17:00-17:30 radələrində Heydər Əliyev adına X17 1-ci Terminalında xidməti vəzifəsini yerinə yetirən gömrük Əməkdaşlarına yaxınlaşaraq həmin gün bir neçə saat əvvəl X7 gəldiklərini, özləri ilə gətirdikləri 2 ədəd 'Samsung Galaxy S23 Ultra 256GB' və 1 ədǝd İphone 15 pro 256GB markalı mobil telefonları gömrük orqanına bayan etməyi unutduqlarını və bəyan etmək istədiklərini bildirmişlər. İlkin olaraq gömrük əməkdaşı Nuranə xanım gömrük nəzarət zonasını tərk etdikləri üçün bəyan etməyin mümkün olmayacağını bildirmişdir. Daha sonra o yenidən gömrük əməkdaşından rica etmiş və bundan sonra o mobil telefonların alış sənədlərini təqdim etməyini bildirmişdir. O da mobil telefonların alış sənədini təqdim etmişdir. İlkin sorğu-sual zamanı gömrük əməkdaşını mobil telefonların markasını, modelini, invoys qiymətini, yaddaş tutumunu, haradan aldıqlarını, Dubay şəhərinə hansı məqsədlə səfər etdiklərini, Dubay şəhərinə hansı tarixdə getdiklərini, ölkə ərazisində hansı işlə məşğul olduqlarını, bundan əvvəl BƏƏ-yə gedib-getmədiklərini, bundan əvvəl eyni növlü və ya eynicinsli malları ölkə ərazisinə gətirib-gətirmədiklərini soruşmuşdur. O da öz növbəsində bu sualların hamısına doğru cavab vermişdir. Buna görə də Nuranə adlı gömrük əməkdaşı onlar tərəfindən 2 ədəd Samsung Galaxy S23 Ultra 256GB" və 1 ədəd "İphone 15 pro 256GB" markalı mobil telefonların gömrük orqanına bəyan edilməsinə icaze verdi. Təxminən 2 gün sonra bəyan etdikləri 2 ədəd "Samsung Galaxy S23 Ultra 256GB" ve 1 ədǝd "İphone 15 pro 256GB markalı mobil telefonları gömrük rüsumları və qeydiyyat üçün tələb olunan rüsumu ödəmədən satmışlar. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında qərardan şikayət vermək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüququdur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 134.1.1-ci maddəsinə əsasən hakim İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. 137.2-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. 503-cü maddəsinə əsasən istehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X10 istehsal və kommersiya məqsədi ilə gətirdiyi telefonları gömrük ərazisindən şəxsi istifadə kimi keçirmişdir. Belə ki, şəxs özü də ifadəsində bildirmişdir ki, həmin telefonları ölkə ərazisinə keçirdikdən sonra hər üçünü satmışdır. Şikayətçi X10 hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Həmçinin müəyyən olunmuşdur ki, X5 barəsində inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayətçi X5 X5 Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(003)-2146/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2146/2024
23.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver