Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2150/2020 22.12.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2, Zərərçəkmiş şəxs X3, Zərərçəkmiş şəxs X4 iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 Xəzər RPİ ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Xətai Rayon Məhkəməsinin 2(011)-4310/2018 saylı, xx xxxx 2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 9500 manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq Məmmədova Solmaz Dövran qızının xeyrinə tutulmalıdır. Xəzər Rayon Məhkəməsinin 2(003)-2001/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli icra sənədinə əsasən Şəxs 9500 manat məbləğində pul vəsaiti tutularaq X5 xeyrinə tutulmalıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-751/2015 saylı, xx xxx 2015ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 40000 manat məbləğində pul vəsaiti tutularaq X.Əliyevin xeyrinə tutulmalıdır. Xətai Rayon Məhkəməsinin 2(011)-530/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 40000 manat məbləğində pul vəsaiti X2, 18000 manat X3, 10030 manat X4 xeyrinə tutulmalıdır. Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən icra vərəqəsinin icra edilməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 verdiyi izahatında bildirdi ki, icra sənədi şöbəyə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar və könüllü icra barədə bildiriş borcluya təqdim edilmişdir. Borclu ümumi borcdan indiyədək heç bir ödəniş etmişdir. Borclu Şəxs 127060 manat məbləğində borcun icrasından yayınır və icra sənədinin icrasını dolayısı şəkildə icra etmir. Borclunun əmlak vəziyyəti yoxlanılmış və adına heç bir əmlak aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, maddi imkanının olmaması səbəbindən ümumi borcdan heç bir ödəniş edə bilmədiyini, lakin zərərçəkmiş şəxslərlə razılığa gələrək hissə-hissə borcundan ödəmək istədiyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə aralarında yaxın zamanlarda icra sənədində göstərilən borcun qaytarılması ilə bağlı razılıq əldə edildiyini və bu səbəbdən Şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə aralarında yaxın zamanlarda icra sənədində göstərilən borcun qaytarılması ilə bağlı razılıq əldə edildiyini və bu səbəbdən Şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X10 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə aralarında yaxın zamanlarda icra sənədində göstərilən borcun qaytarılması ilə bağlı razılıq əldə edildiyini və bu səbəbdən Şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Xətai Rayon Məhkəməsinin 2(011)- 4310/2018 saylı, xx xxxx 2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 9500 manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq Məmmədova Solmaz Dövran qızının xeyrinə tutulmalıdır. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin 2(003)- 2001/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli icra sənədinə əsasən Şəxs 9500 manat məbləğində pul vəsaiti tutularaq X5 xeyrinə tutulmalıdır. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-751/2015 saylı, xx xxx 2015-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 40000 manat məbləğində pul vəsaiti tutularaq X.Əliyevin xeyrinə tutulmalıdır. İş materiallarına əlavə edilmiş Xətai Rayon Məhkəməsinin 2(011)- 530/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 40000 manat məbləğində pul vəsaiti X2, 18000 manat X3, 10030 manat X4 xeyrinə tutulmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında qərarın surətindən görünür ki, Xətai Rayon Məhkəməsinin 2(011)-4310/2018 saylı, xx xxxx 2018-ci il tarixli icra vərəqəsi, Xəzər Rayon Məhkəməsinin 2(003)-2001/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli icra vərəqəsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 751/2015 saylı, xx xxx 2015-ci il tarixli icra vərəqəsi və Xətai Rayon Məhkəməsinin 2(011)-530/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli icra vərəqəsi bir icraatda birləşdirilmişdir. İş materialında olan müvafiq idarə və təşkilatlara edilmiş sorğular və onun əsasında verilmiş cavab məktublarının surətindən görünür ki, borclunun heç bir əmanəti, əmlakı və gəlirləri müəyyən edilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Xətai Rayon Məhkəməsinin 2(011)-4310/2018 saylı, xx xxxx 2018-ci il tarixli icra vərəqəsi, Xəzər Rayon Məhkəməsinin 2(003)-2001/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli icra vərəqəsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-751/2015 saylı, xx xxx 2015-ci il tarixli icra vərəqəsi və Xətai Rayon Məhkəməsinin 2(011)-530/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli icra vərəqəsi üzrə müəyyən olunmuş borc məbləğini qanunla müəyyən edilmiş müddətdə icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Onun barəsində AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ş.Neymətzadə tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xətanın aliment öhdəliyinin icra edilməməsindən irəli gəldiyini, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 11492, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A RA A L D İ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.1969cu il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-2150/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2150/2020
22.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver