Məhkəmə qərarları › İş №3(003)-2160/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-2160/2025

17.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-2160/2025 17.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Şikayət verən şəxs X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xəzər Rayon DYPŞ-nin xx.xx.2020-ci il tarixli EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X1 şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müaciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xəzər Rayon DYPŞ-nin xx.xx.2020-ci il tarixli EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda fərdi yaşayış evdə yaşayır. xx.xx.2020-ci il tarixdə 16:30 radələrində idarə etdiyi VAZ 21043 markalı **-TC-*** dövlət nişanlı avtomaşınla Epidemiya əlehinə rejimin tətbiq olunduğu vaxtda Xəzər rayonu Binə Bakavtomat yolu ilə hərəkətdə olarkən X8 əməkdaşı tərəfindən saxlanılmışdır. Ona izah edilmişdir ki, o, epidemiya əleyhinə rejimin qaydalarını pozduğu üçün cərimə olunur. O, ərizə ilə Bakı şəhər X9 idarəsinə və Baş İdarəyə müraciət edərək bildirmişdir ki, ona törətdiyi inzibati xətalara görə heç bir protokol və qərar verilməmişdir. Eləcə də ünvanına hər hansı bir sənəd daxil olmamışdır. X9 əməkdaşı tərəfindən saxlanıldığı vaxtı ondan pul alaraq protokol tərtib etməyəcəklərini bildirdilər. Bir halda ki barəsində protokol və qərarlar var, həmin sənədləri ona təqdim etsin. 1 ildən çoxdur ki çoxsaylı şikayətlərindən sonra 26 avqust 2025-ci ildə ona Xəzər rayon X9 şöbəsi tərəfindən barəsində tərtib olunan protokol və qərarlar verilmişdir. O da həmin qərar və protokolları almadığı üçün və müddət keçdiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X5 qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirdikdən sonra hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Həmin Məcəllənin 129.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest - səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.2 və 130.3-cü maddələrinə əsasən bu Məcəllənin 130.1 -ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Göründüyü kimi qanunvericilik inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət vermək hüququnu və şikayət vermək müddətini müəyyən etmişdir. Hazırki iş üzrə şikayətçi inzibati tənbeh vermə haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xəzər Rayon DYPŞ-nin xx.xx.2020-ci il tarixli EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından birlikdə şikayət ərizəsi ilə məhkəməyə müraciət etsə də, buraxılmış müddətin bərpası barədə vəsatəti ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0, 106.0.4 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı işin icraatını rədd edən hallar mövcudluğunu, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, şikayətinin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə verilməsi barədə sənədlər, həmçinin qeyd olunan müddətdə verilmədiyi halda isə müvafiq vəsatət şikayət ərizəsinə əlavə edilmədiyindən şikayətə baxılması mümkün deyil və şikayət geri qaytarılmalı, X3 göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin qərardadlardan bəhs edən nə ümumi, nə də xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, "prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126, 128-132, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xəzər Rayon DYPŞ-nin xx.xx.2020-ci il tarixli EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X1 şikayəti geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Hakim Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar