Məhkəmə qərarları › İş №3(003)-2165/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2165/2024

02.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2165/2024 02.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru Bəhruz Qurbanovun, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1988-ci ildə Ucar rayonu, Məlikballı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, YYS nömrəsiz fərdi evdə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 3-cü PŞ-dən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokola əsasən Şəxs 01 noyabr 2024-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, YYS-da nömrəsiz evdə X1 ilə birgə içki qəbul edərkən onu döymüş və səs-küy salaraq mübahisə etmişdir. Oraya gələn və polis bölməsində polis əməkdaşları Şəxs dəfələrlə nizam-intizama dəvət etmiş, lakin o, buna məhəl qoymayaraq öz hərəkətlərini davam etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib edən Xəzər RPİ-nin 3- cü PŞ-nin sahə inspektoru Bəhruz Qurbanov göstərdi ki, xx.xx.2024-cü il tarixdə “102” z.m-yə daxil olmuş zəngə əsasən, X1 bildirdi ki, Şəxs içkili vəziyyətdə onu döyüb, səs-küy salaraq onunla mübahisə edir. Ora gedən polis əməkdaşları və bölmədə Şəxs dəfələrlə nizamintizama dəvət etmişlər, lakin o, buna məhəl verməyərək öz hərəkətlərini səs-küy salaraq davam etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, 01 noyabr 2024-cü il tarixdə işdən gələrkən evdə Tamuna ilə içki qəbul etmişdir. O, Tamunanı döyməmiş, səs-küy salaraq onunla mübahisə etmişdir. Oraya gələn və bölmədə polis əməkdaşları onu sakitləşdirmək istəmiş, lakin o, içkili olduğuna görə öz əməllərini davam etdirmişdir. Əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs xx.xx.2024-cü il tarixdə tanışı Tamuna ilə içki qəbul edərkən onunla mübahisə etmiş, səsküy salmışdır. Oraya gələn və polis bölməsində polis əməkdaşları onu dəfələrlə nizamintizama dəvət etməsinə baxmayaraq o, öz əməllərini davam etdirmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, vətəndaş X1 “102” xidmətinə zəng edərək qeyri-rəsmi yaşadığı Şəxs onu döyərək yaşadığı evə buraxmaması barədə məlumat vermişdir. Hadisə yerində vətəndaş Şəxs spirtli içki təsiri altında əməliyyat qrupunun üzvləri ilə çox kobud rəftar etmiş, onu dəfələrlə nizam-intizama dəvət etmiş, lakin Şəxs öz əməllərini polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə davam etdirmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, vətəndaş X1 “102” xidmətinə zəng edərək qeyri-rəsmi yaşadığı Şəxs onu döyərək yaşadığı evə buraxmaması barədə məlumat vermişdir. Hadisə yerində vətəndaş Şəxs spirtli içki təsiri altında əməliyyat qrupunun üzvləri ilə çox kobud rəftar etmiş, onu dəfələrlə nizam-intizama dəvət etmiş, lakin Şəxs öz əməllərini polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə davam etdirmişdir. Vətəndaş Şəxs MSY-ya salınan zaman özünü binanın divarına və dəmir qapısına vuraraq özünə xəsarət yetirmək istəmiş və bununla da polis əməkdaşlarına şərləyəcəyini bildirmişdir. İş materiallarına əlavə olunmuş 1/100D nömrəli, xx.xx.2024-cü il tarixli saat 22:35-də tərtib olunmuş protokoldan görünür ki, Şəxs alkoqol sərxoşluğu-orta dərəcəsindədir. Məhkəmə Şəxs əməlləri etiraf etməsini yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmə Şəxs səlahiyyətli şəxslərin hüquqa zidd hərəkətini dayandırmasını tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərin davam etdirilməsini Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə iki inzibati xəta törətdiyindən daha ciddi xəta hesab olunan Azərbaycan Respublikası İXM-nin 535.1- ci maddəsi ilə tənbeh olunmalıdır. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, onun barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:50-də tutulmuşdur. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 33.1.1, 34.3, 40, 43, 115, 117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 01 noyabr 2024-cü il tarixdən saat 21:50-dən hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar