Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2169/2024 06.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə X1 Xəzər RPİ-nin 2-ci PŞ-nin MN seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli protokolu əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə barədə qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər RPİ-nin 2-ci PŞ-nin MN seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli protokolu əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin (bundan sonra "Bölmə") MN seriyalı ******* nömrəli xx.xx.2024-cü il ta protokolu əsasında qəbul edimiş xx.xx.2024-cü il tarixli ******* nömrəli "İnzibati tənbeh vermə haqqında" qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş, inzibati tənbeh tətbiq edilərək 50 (ǝlli) manat məbləğində inzibati cərimə edilmişdir. Bölmənin qeyd edilən protokolu və qərarı barədə məlumat tərəfimdən xx.xx.2024-cü il tarixdə Xətai rayon İcra şöbəsinə icra məmuru Mahru Nağıyeva tərəfindən dəvət olunarkən a edilmişdir (tanış olmuşam) Qanunun verdiyi şikayət vermə hüququndan istifadə edərək aşağıda göstərilən səbəbl görə hesab edirəm ki, Bölmənin xx.xx.2024-cü il tarixli ******* nömrəli "İnzibati tənbeh ver haqqında" qərarı qanunsuz və əsassızdır, buna görə də ləğv edilməli və iş üzrə icraata xit verilməsi barədə qərar qəbul edilməlidir. xx.xx.2024-cü il tarixli ******* nömrəli "İnzibati tənbeh vermə haqqın qərarı ilə əməlimdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi nəzərdə tutulmuş inzibati xətanın törədilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri pozulmaqla sənədləşdirildiyindən sübuta yetirilmir. Bel tərəfimdən mübahisələndirilən MN seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli protol və onun əsasında qəbul edimiş eyni tarixli qərarda törədildiyi güman edilən inzibati xe nədən ibarət olması, onun təsviri, hansı tarixdə baş verdiyi qeyd olunmur. Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfində yerləşən (hüquqmüəyyənedici sənədlərə əsasən) olan 0,12 hektar torpaq sahəsi və üzərində inşa edilmiş birmərtəbəli (kürsülü) fərdi yaşayış evi X4 və Rəhimova Eldəniz qızı tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Hazırda adları çəkilən şəxslər torpaq sahəsində və fərdi yaşayış evində qanunsuz olaraq yaşayırlar. Cabbarov Fəxrəddin oğlunun və X2 ona məxsus əmlakdan çıxmaq məqsədi ilə tərəfindən Xəzər rayon Polis İdarəsinə və Xəzər rayon prokurorluğuna müraciətlər edilmişdir. Eyni zamanda tərəfindən həmin şəxslərin ona məxsus fərdi evindən çıxarılması və s. tələblərlə aidiyyatı məhkəməyə müraciət edilmişdir. Hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır, ekspertiza təyin edilmişdir. O, xx.xx.2024-cü il tarixdə saat 13:00 14:00 radələrində mane torpaq sahəsində tikdirdiyim böyük anbarda yerləşdirdiyim (Kauçuk qablarda (ve əkilmiş dekorativ güllər və ağaclar, Şifer, Kombi cihazı, Stol, Stullar, Pastel, Tax Televizor, Soyuducu, Manqal və s.) əşyaların və cihazların yerində olub-olmamasını, oğurlanmamasını yoxlamaq məqsədi ilə həyətimin dəmir qapısını döymüşdür. Tərəfindən anbara baxış keçirildikdən sonra oranı tərk etdi. Bu barədə sübut olaraq video çəkilş də edilmişdir. Barəsində tərtib olunan qərar xx.xx.2024cü il tarixdə baş vermiş hadisəyə dair olmuşdursa və həmin maddəsində nəzərdə tutulmuş hərəkətlər olmuşdursa İXM-nin maddələrinə uyğun olaraq inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal və ya iki gün sonra inzibati xəta haqqında protokol tərtib edilməli olduğu təqdirdə heç bir protokol tərtib edilməmişdir. Aydınlıq gətirsək, inzibati xəta xx.xx.2024-cü il tarixində törədildiyi guman edilsə də, protokol və qərar 6 aya yaxın müddət keçdikdən sonra tərtib edilmişdir. İXM-nin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 4 ay keçənədək verilə bilər. Bununla da İXM-nin müvafiq maddələrinin pozuntusuna yol verilmişdir. Göründüyü kimi, Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi tərəfindən MN seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli protokol əsasında qəbul edimiş xx.xx.2024-cü il tarixli ******* nömrəli "İnzibati tənbeh vermə haqqında" qərar buna səlahiyyəti olmayan qurum tərəfindən və qanunvericiliyin tələblərinə zidd formada qəbul edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən şikayət verən X5 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, əşyalarına baxmaq üçün həmin yerə getmişdir. Qapını tanımadığı xanım açmışdır. Həyətə daxil olan zaman ağacların kəsildiyini müşahidə etmişdir. Əşyaları da orada olmamışdır. Sentyabrda polis çağıran zaman onlara bildirmişdir ki, mübahisə etmək üçün yox, əşyalarına baxmaq üçün ora getmişdir. Qərarı alan kimi şikayət ərizəsilə məhkəməyə müraciət etmişdir. Heçbir xuliqanlıq hərəkətləri etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhəri Xəzər RPİ-nin 2-ci PŞ-nin nümayəndəsi və qərardan şikayət vermiş şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Bakı şəhəri Xəzər RPİ-nin 2-ci PŞnin nümayəndəsinin və qərardan şikayət vermiş şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X1 İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 50 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 189-1, 189-3.2, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 212.4-1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 266.3-1, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 338-1, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343-1.1–343-1.9, 343-1.11, 349, 351, 351-1, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 454-1, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517-3, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə- əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, qərarda sübutlara istinad edilməmiş, X3 Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş və bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə inzibati tənbeh tətbiq etmək səlahiyyəti məhkəmənin səlahiyyətində olduğu halda, inzibati xəta haqqında protokol tərtib etmiş orqan düzgün nəticə çıxarmayaraq fiziki şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edərək ona 50 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq etmişdir. X5 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* inzibati tənbeh vermə haqqında qərar da heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, xırda xuliqanlıq etməsi və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. X1 törətdiyi xətanın hansı sübutla müəyyən edildiyi göstərilməmişdir. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən, araşdırma aparmadan qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Xəzər RPİ-nin 2-ci PŞ-nin MN seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli protokolu əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Xəzər RPİ-nin 2-ci PŞ-nə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X1 şikayəti qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə inzibati xəta törətməsinə dair Xəzər RPİ-nin 2-ci PŞ-nin MN seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli protokolu əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(003)-2169/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2169/2024
06.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver