Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2173/2023 12.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi “Pentagon Freight Services PLC” şirkətinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 496.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İnzibati xəta haqqında protokola əsasən "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialının ünvanına xx.xx.2023-cü il tarixdə **********4680 nömrəli gömrük bəyannaməsi ilə gəlmiş 1 yer, 29 kq, 2064,93 AZN dəyərində "Qara metallardan birləşdiricilər, 1 ed, X6 Frame" adlı yük xx.xx.2023-cü il tarixədək müvəqqəti saxlanca götürülmüşdür. Lakin, müddətin bitməsinə baxmayaraq, mallar həmin şirkət tərəfindən müvafiq gömrük proseduru altında yerləşdirilməmişdir. Qeyd olunan müvəqqəti saxlancda olan malın barəsində qanunsuz əməliyyatların aparılması, onların vəziyyətinin dəyişdirilməsi, onlardan istifadə olunması və onlar üzərində sərəncam verilməsi hallarının yoxlanılması üçün araşdırma aparılması məqsədilə "Subsea 7 1-Tech Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialının səlahiyyətli nümayəndəsinin iştirakı ilə yükə şirkətin anbarında baxış keçirilmiş və vəziyyətinin dəyişdirilmədiyi müəyyən olunmuşdur. Bununla əlaqədar Şəxs MMC-nin barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X3 tərəfindən 10 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə inzibati xəta haqqında 00800-00302/23 saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi “Pentagon Freight Services PLC” şirkətinin nümayəndəsi X2 göstərdi ki, xx.xx.2023-cü il tarixdə **********4680 nömrəli gömrük bəyannaməsi əsasında müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilən 29 kq olan "Qara metallardan birleşdiriciler, 1 ed. X6 Frame" adlı yük Böyük Britaniyadan ünvanlarına göndərilmişdir. Malın ümumi gömrük dəyəri 2064,93 AZN, ümumi invoys dəyəri 500 ABŞ dollarıdır. Müvəqqəti saxlanc üçün müddət başa çatmış, həmin yük üçün azadolma ilə bağlı sənədləri ala bilmədikləri üçün yükün rəsmiləşdirməsi mümkün olmamışdır. Qeyd olunan yükə baxış keçirilmiş, istifadə olunmadığı, vəziyyətinin dəyişdirilmədiyi müəyyən olunmuşdur. Sözügedən sənədlər vaxtında alınsaydı, belə bir xətaya yol verməzdilər. Bunun nəzərə alınaraq barələrində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 62.4-cü maddələrinə əsasən işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 496.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 18.5, 25, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğdə cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-2173/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2173/2023
12.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver