Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2173/2025 22.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X1 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Barəsində inzaibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: Bakı şəhər Xəzər Rayon Polis İdarəsindən Şəxs İXM-nin 342.9-cu maddəsi ilə inzibati xəta törətməsi haqqında protokol tərtib edilərək, ona əlavə edilmiş materiallarla birlikdə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək, xx.xx.2025-ci il tarixdə avtomobilinin arxa saxlanc yerində qaz balonu açıq olduğundan günlük icarə əsasında əldə etdiyi “Chevrolet Cobalt” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən taksi dayanacağında saxladığını, qaz balonunda nasazlığını aradan qaldırılması üçün avtomobilin saxlanc yerinin örtüyünü avtomobilin dövlət qeydiyyat nişanının üzərinə qoyduğunu, bunu müşahidə kamerasından nömrəni gizlətmək üçün deyil, sadəcə həmin örtüyü qaz balonunda olan nasazlığının aradan qaldırılması üçün etdiyini, idarə etdiyi avtomobilin üzərində “taksi” işarəsi olmasa da, özünün taksi fəaliyyəti ilə məşğul olmasını, həmin ərazinin də məhz taksilərin dayanması üçün nəzərdə tutulduğunu bildirmişdir. Bakı şəhər DYPŞ-nin İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 14:30-da Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində “Chevrolet Cobalt” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilinin, dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirməklə örtükdən istifadə etmiş və onun əməlində İXM-nin 342.9-cu maddələrinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə protokol tərtib edilmişdir. Nəqliyyat vasitəsinə baxış haqqında protokoldan görünür ki, “Chevrolet Cobalt” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobildə hər hansısa əmlak aşkar edilməmişdir. Protokola əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş CD diskdə olan foto və videogörüntülərdən görünür ki, “Chevrolet Cobalt” minik markalı avtomobilin sürücüsü dayanması qadağan olan yerdə avtomobili saxlayaraq saxlanc yerini açıb avtomobilin saxlanc yerinin örtüyünü avtomobilin dövlət qeydiyyat nişanının üzərinə qoyub bir müddət avtomobili qadağan olan yerdə saxlamışdır. Məhkəmə, Şəxs izahatına tənqidi yanaşıb inandırıcı hesab etməyərək bu izahatı özünümüdafiə xarakterli izahat kimi qiymətləndirib hesab edir ki, əsaslılığı heç bir şübhə doğurmayan foto və videogörüntülər tərtib edilmiş protokolla vəhdət təşkil edib uyğunlaşaraq inzibati xətanın mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Tərtib edilmiş protokoldan və protokola əlavə edilmiş materiallarından müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhər Xəzər rayonu, Ə.İsazadə küçəsində Şəxs istifadəsində olan “Chevrolet Cobalt” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa dövlət nömrə nişanının görünüşünü çətinləşdirmək məqsədilə avtomobilin saxlanc yerinin örtüyü ilə bağlamışdır. İXM-nin müddəalarına əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. (İXM-nin 327.8-ci maddəsi). İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır (İXM-nin 9.1-ci maddəsi). Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (İXM-nin 31.2-ci maddəsi). İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır (İXM-nin 21-ci maddəsi). İnzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir (İXM-nin 32.1.1-ci maddəsi). İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər (İXM-nin 32.2-ci maddəsi). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (İXM-nin 84.1-ci maddəsi). Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olan predmet müsadirə edilməklə barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan avtomobilin saxlanc yerinin örtüyü müsadirə edilməklə barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. X2
Məhkəmə qərarları › İş №3(003)-2173/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2173/2025
22.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver