Məhkəmə qərarları › İş №3(003)-2176/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2176/2023

13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2176/2023 13.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, Şəxs (bundan sonra MMC) barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İXMnin 485.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs MMC-nin (VÖEN: **********) ünvanına daxil olmuş yükün gömrük rəsmiləşdirilməsi zamanı qısa idxal gömrük bəyannaməsi verilməmişdir. Belə ki, Şəxs MMC tərəfindən Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində **********7126, **********9657 sorğu nömrəli gömrük bəyannamələri ilə “sərbəst dövriyyə üçün buraxılış“ gömrük prosedurunda rəsmiləşdirilən, Gürcüstan Respublikasından ünvanına gələn 2 (iki) ədəd buraxılış ili 2018-ci il olan WF0XXXTTGXJJ12021 və WF0XXXTTGXJJ12023 şassi nömrəli, Ford Transit markalı yük nəqliyyat vasitələrini Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsini verməli olduğu halda, 02 avqust 2023-cü il tarixdə Qırmızı Körpü gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin nəqliyyat vasitələrinə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Gömrük Əməliyyatları İdarəsindən daxil olmuş 3-33-/3-1-004904/2023 nömrəli xx.xx.2023-cü il tarixli raportun icrası ilə əlaqədar bildirilmişdir ki, Şəxs MMC-nin ünvanına gələn 2 (iki) ədəd buraxılış ili 2018-ci il olan WF0XXXTTGXJJ12021 və WF0XXXTTGXJJ12023 şassi nömrəli, Ford Transit markalı yük nəqliyyat vasitələri **********7126, **********9657 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş, idxalatçı tərəfindən qısa idxal bəyannaməsi tərtib edilmədiyi **********7126, **********9657 sorğu nömrəli gömrük bəyannamələrinin 40-cı qrafasında da qeyd edilməmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X1 sistemi” informasiya resursundan “avtomobil nəliyyatı” barədə çıxarışdan görünür ki, Şəxs MMC-nin ünvanına gələn 2 (iki) ədəd buraxılış ili 2018-ci il olan WF0XXXTTGXJJ12021 və WF0XXXTTGXJJ12023 şassi nömrəli, Ford Transit markalı yük nəqliyyat vasitələri “Qırmızı Körpü” gömrük postunu xx.xx.2023-cü il tarixdə keçmişdir və Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl həmin nəqliyyat vasitələrinə dair qısa idxal bəyannaməsi verilməmişdir. Bununla əlaqədar Şəxs MMC-nin barəsində 08 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə 14000-00692/23 (EP 0107567) nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Şəxs MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbini bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Şəxs MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat miqdarında cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar