Məhkəmə qərarları › İş №3(003)-2176/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2176/2024

27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2176/2024 27.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, X1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin nümayəndəsi X10 iştirakı ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarında X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X8 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nın Bakı Ərazi Şöbəsinin müdiri, dövlət müfəttişi X7 xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qanunsuz olduğundan ləğv edilməsi, əməlində Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-5725/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X5 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından şikayəti və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyati üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nın Bakı Ərazi Şöbəsinin müdiri, dövlət müfəttişi X7 xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qəranına əsasən, 17 sentyabr 2024-cü il tarixli, 761267 nömrəli protokol əsasında, X4 rayonu, Türkan Üzümçülük sovxozunda yerləşən icarəsində olan 0.06 ha torpaq sahəsində fərdi yaşayış evi inşa edərək, torpaq sahəsindən təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə etdiyi üçün Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi ilə 500 (beş yüz) manat cərimə olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nın Bakı Ərazi Şöbəsinin müdiri, Ruslan Əliyev tərəfindən onun ünvanına 18 sentyabr 2024-cü il tarixli, 3-21-3-50/2-414/2024 saylı inzibati xəta haqqında işə baxılması barədə bildiriş göndərilərək qeyd olunmuşdur ki, icra hakimiyyəti orqanının müfəttişləri tərəfindən Sabunçu rayonu, X14 yerləşən fiziki şəxs X5 icarəsində olan torpaq sahəsində keçirilən monitorinq zamanı, torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə nəticələnən inzibati xətaya yol verildiyi müəyyən edilərək, barəsində AR İXM-nin 247.2-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və AR İXM-nin 61.3-cü maddəsinə əsasən, həmin inzibati xəta haqqında işə xx.xx.2024-cü il tarxdə saat 10:00-da Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 2 ünvanda yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi şöbəsində baxılacaqdır. Bununla bağlı iş üzrə keçirilən iclasda iştirak edə bilməməyinin səbəbidə səhətində yaranmış müəyyən problemlərlə bağlı əməliyyat olunmağı olmuş və bu barədə İNY ƏMDK-nin Bakı Ərazi Şöbəsinin əməkdaşlarına mobil telefon vasitəsi ilə məlumat verimişdir. Lakin dediklərərinə məhəl qoymadan qanunsuz və əsasız qərar qəbul etmişlər. Aşağıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nın Bakı Ərazi Şöbəsinin müdiri, dövlət müfəttişi X7 xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qaran qanunsuz və əsasız olduğundan ləğv edilməlidir. İlk önca onu bildirmak istəyir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nın Bakı Ərazi Şöbəsinin müdiri Ruslan Əliyev tərəfindən ona heç bir adiyyatı olmayan torpaq sahəsinin, güya ona məxsus olması qənaətinə gələrək heç bir əsası olmadan onu inzibati məsuliyyətə cəlb etmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nın Bakı Ərazi Şöbəsinin müdiri Ruslan Əliyev tərəfindən onun ünvanına 18 sentyabr 2024-cü il tarixli 3-21-3-50 2-414/2024 saylı inzibati xəta haqqında işə baxılması barədə bildirişində güya onun icarəsində olan Sabunçu rayonu, X14 yerləşən torpaq sahəsinə monitorinq keçirilməsini qeyd etmişdir. Eyni zamanda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nın Bakı Ərazi Şöbəsinin müdiri dövlət müfəttişi X13 tərəfindən xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarında qeyd etmişdir ki, güya onun Xəzər rayonu, Türkan Üzümçülük sovxozunda yerləşən icarəsində olan 0.06 ha torpaq sahəsində yarım tikili fərdi yaşayış evi inşa etmiş və bu səbəbdən Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi ilə inzibati xəta törədilməsi iddia edilərək o, 500 manat məbləğində cərimə edilmişdir. Halbuki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nın Bakı Ərazi Şöbəsinin müdiri Ruslan Əliyev tərəfindən ünvanına göndərilmiş 18 sentyabr 2024-cü il tarixli, 3-21-3-50/2-414/2024 saylı inzibati xəta haqqında işə baxılması barədə bildirişdə Sabunçu rayonunun və həmin bildiriş əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nın Bakı Ərazi Şöbəsinin müdiri, dövlət müfəttişi X13 tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarında qeyd olunan Xəzər rayonunda tikilən yarım tikilinin ona heç bir aidiyyatı yoxdur. Həmin torpaq sahəsi və yaşayış evi onun mülkiyyətində deyil və eyni zamanda da ƏMDK-nin Bakı Ərazi Şöbəsinə aid olan torpaqda icarəyə obyekt götürməmişdir. Onun icarəsində olan torpaq sahəsi ərazi baxımından Xəzərdə olsa da Torpaq Abşeron rayonunun torpaqlarıdır və bununla bağlı sərəncamıda Abşeron rayon İcra Hakimiyyəti tərəfindən 2010-cu il tarixdə ona icarəyə verilmiş və o, orda fərdi yaşayış evi tikərək hamı kimi orada yaşayır. Onu da qeyd edir ki, o, yalnız Abşeron rayonuna məxsus olan Türkan üzümçülük sovxozunun ərazisində yerləşən 0.06 ha torpaq sahəsini icarəyə götürmüşdür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nın Bakı Ərazi Şöbəsinin müdiri, Ruslan Əliyev tərəfindən qeyd edilən rayonlar üzrə onun heç bir əlaqəsi və aidiyyatı yoxdur. Məhkəmə iclasında şikayətçi X8 şikayətini müdafiə edərək bildirdi ki, sentyabr ayının əvvəllərdinə ona zəng edərək bildirilmişdir ki, onun Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yarım tikli ərazi vardır. O bildirmişdir ki, elə bir tiklisi yoxdur, Xəzər rayonu ilə onun ümumiyyətlə heç bir əlaqəsi yoxdur. Sonradan ona həmin tiklinin şəkilərini göndərmişlər, o, isə onlara həmin tiklinin ona aidiyyətinin olmadığını bildirmişdir. Həmin tikli onun yaşadığı yerdən uzaqda yerləşir. Ona özünə məxsus sənədlərin verməsini və onlar yenidən bunu araşdıracaqlarını bildirmişlər. Üstündən bir müddət keçdikdən sonra ona yenidən zəng edərək həmin ərazinin ona aid olduğunu bildirmişlər. Bundan sonra onu oktyabr ayının 1-nə onu Yasamal rayonunda yerləşən baş idarələrinə iclasa çağırmışlar. Lakin o, sentyabr ayının 26da səhətində yaranan problemlə əlaqədar olaraq əməliyyat olunmuş, növbəti gün, yəni ayın 27-də o, xəstəxandan evə buraxılmışdır. Bu səbəbdən o, oktyabr ayının 1-də olan iclasa gedə bilməmişdir. Sonradan ona məktub göndərmişlər ki, onun Sabunçu rayonu, X14 0.06 ha torpaq sahəsi vardır. O, yenidən etiraz edərək bildirmişdir ki, həmin ərazi ona məxsus deyil, sənədlərdə ola bilsin səhv gedib və bunun araşdırılmasını bildirmişdir. Həmin məktubu ona Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi şöbəsinin müdiri Ruslan Əliyev tərəfindən göndərilmişdir. Onun nə Xəzər rayonu ərazisində nədə ki Sabunçu rayonu ərazisində torpaq sahəsi yoxdur. Ona məxsus torpaq sahəsi Abşeron rayonu ərazisində yerləşir. Bu hadisədən bir müddət sonra həmin ərazidə yerləşən tikliyə görə ona 500 manat məbləğində cərimə gəlmişdir. O, 2014-cü ildə icarə müqaviləsi əsasında Abşeron rayonu, Türkan üzümçülük sovxozu ərazisində 0.06 ha torpaq sahəsi alaraq orada ev tikib yaşayır. Bütün komunal xidmətləri vaxtı-vaxtında ödəyir. Lakin iki il olar ki, Masazır rayonuna köçüb orada yaşayır. Qeyd olunanları nəzərə alaraq, şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin nümayəndəsi X17 izahatında bildirdi ki, Xəzər rayonu Türkan üzümçülük sovxozunda yerləşən əraziyə baxış keçirilərkən həmi ərazidə iki ədəd tikili aşkar olunmuşdur. Həmin vaxt tiklilərin sahibləri həmin yerdə olmamışlar. Onlarda olan ümumi qeydiyyat sistemində həmin torpaq sahələrinin koordinatlarını yoxlamışlar və həmin torpaq sahələrinin biri Xəyyam Mustafayevin adına olması müəyyən olunmuşdur. Bundan sonra onlar tikinti işlərinin aparılması ilə bağlı vətəndaşlarla əlaqə saxlamışlar. Xəyyam Mustafayev bildirmişdir ki, həmin ərazidə və həmin koordinatda onun torpaq sahəsi yoxdur. Amma, Türkan üzümçülük sovxozu ərazisində onun evi vardır. Bundan sonra onlar koordinatları yenidən vurmuşlar və məruzə edərək bildirmişlər ki, vətandaş deyir ki, həmin torpaq sahəsi ona məxsus deyil, başqa şəxsə məxsusdur. Bundan sonra onlara göstəriş verilmişdir ki, həmin torpaq sahəsinin kimə məxsus olması ilə bağlı Abşeron reyestr xidmətinə sorğu verilsin və sorğuyada cavab verilmişdir ki, qeyd olunan torpaq sahəsi Xəyyam Mustafayevə məxsusdur. X20 bildirmişlər ki, onlar tərəfindən sorğu verilənəqədər koordinatlar düşür həmin əraziyə. Həmin koordinatlarda səhvin olması və buna dair düzəliş olunması ilə bağlı reyestr xidmətinə müraciət etməsini bildirmişlər. Buna görədə onlar bir müddətdə gecikdirmişlər ki, vətəndaş bununla bağlı müraciət etsin, hər hansı bir iş görsün. Üstündən təxminən 20 gün keçmiş yenidən Xəyyam Mustafayevlə əlaqə saxlanılaraq ona aid sənədlərin göndərməsini xahiş etmişlər. O, da onlarda olan sənədin eynisini göndərmişdir. Sorğuya cavab gəldikdən sonra vətənadaşla əlaqə saxlanılıb bununla bağlı məlumat verilərək protokol tərtib olunduğunu bildirmişlər. Xəyyam Mustafayev yenə də bildirmişdir ki, onun həmin ərazidə torpaq sahəsi olsada koordinatda olan torpaq sahəsi ona məxsus deyil. Ondan bununla bağlı hər hansı bir iş gördüyünü və reyestr xidmətinə müraciət etdiyini soruşduqda bildirmişdir ki, xəstə olduğu üçün heç bir müraciət edə bilməmişdir. Bundan sonra iclas təyin olunmuş, lakin Xəyyam Mustafayev səhəti ilə bağlı iştirak edə bilməmişdir. İclasda bu məsələyə baxılmış və onun X9 tələbinə uyğun cərimə olunması qərara alınmış, bu barədə ona bildiriş göndərilmişdir. Mübahisəli tiklinin kim tərəfindən aparılması məlum deyil, lakin koordinatlardan və sorğu əsasında onlara verilən sənədlərdən də görünür ki, həmin torpaq sahəsi X5 adınadır. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib və iş materiallarını nəzərdən keçirdikdən sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin tarixli inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, xx.xx.2024-cü il tarixli, ******* nömrəli protokol əsasında müəyyən edilmişdir ki, Xəzər rayonu, Türkan Üzümçülük sovxozunda yerləşən icarəsində olan 0.06 ha torpaq sahəsində fərdi yaşayış evi inşa edərək, torpaq sahəsindən təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə etmişdir. Bu səbədən X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiri tətbiq edilmişdir. -xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokolun surətindən görünür ki, Xəzər rayonu, Türkan Üzümçülük sovxozunda yerləşən icarəsində olan 0.06 ha torpaq sahəsində fərdi yaşayış evi inşa edərək, torpaq sahəsindən təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilmişdir. X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarına əlavə edilmiş - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən seriya RX, ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Türkan üzümçülük sovxozu ərazisində yerləşən 0.06 ha torpaq sahəsi icarə hüququ əsasında X5 adına **********02 reyestr nömrəsi ilə dövlət reyestrində qeydiyyata alınmışdır. - 17 sentyabr 2024-cü il tarixli aktın surətindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi şöbəsinin əməkdaşları baş məsləhətçi-müfəttiş X17, məsləhətçi X6 iştirakı ilə bu aktı tərtib edirik ona görə ki, Xəzər rayonu, Türkan qəsəbəsində (39T428249; ******* nömrəli koordinatlarda) kənd təsərrüfatı təyinatlı 0.06 ha torpaq sahəsində fərdi yaşayış evinin inşa edilməsi faktı aşkar edilmişdir. X3 hüquqmüəyyənedici sənədlər tələb edildikdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli, **********02 reyestr nömrəli Çıxarışı və torpaq sahəsinin planı və ölçüsü sənədlərini təqdim etmişdir. Bu hal Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əlamətlərinə uyğun gəlir. Aktı baş məsləhətçi-müfəttiş X17, məsləhətçi X11 imza etsələrdə, X3 imza etməkdən imtina etmişdir. İş üzrə tərəflərin iştirakı ilə məhkəmə tərəfindən inzibati xətanın törədilməsi istinad edilən yer, yəni Xəzər rayonu, Türkan qəsəbəsi, Türkan Üzümçülük sovxozu ərazisində yerləşən ərazi yerində müayinə edilmişdir. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokolda inzibati xətanın törədildiyi istinad edilən həmin ərazidə (torpaq sahəsində) yarım tikili inşa edilmişdir. Torpaq sahəsi dalanın sonunda sol tərəfdə yerləşir. Torpaq sahəsinə giriş-çıxış üçün iki hissədən ibarət dəmir darvaza yerləşdirilmiş, həmin darvaza açıq şəkildə olmaqla hər hansı bir formada kilidlənməməklə giriş məhdudlaşdırılmamışdır. Yerində müayinə zamanı: - Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin nümayəndəsi X17 bu ərazində inşa edilmiş yarımtikiliyə görə inzibati xəta haqqında protokolun tərtib olunduğunu, torpaq sahəsinin koordinatlarına əsasən X5 icarəsinə verilmiş və **********02 reyestr nömrəsi ilə dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsinin koordinatları ilə uyğun gəldiyini bildirmişdir. -X8 isə inzibati xətanın törədildiyi istinad edilən bu ərazinin ona heç bir aidiyyətinin olmadığını, həmin ərazidə kimin tərəfindən tikinti işlərinin aparıldığını bilmədiyini, ona məxsus torpaq sahəsinin təxminən 10 metr aralarında yerləşən torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsində uzun müddət əvvəl bir mərtəbəli ev tikdiyini və həmin evin hazırda kirayəyə verdiyini bildirmişdir. - X5 ona məxsus göstərdiyi evində yaşayan şəxs (özünü X21 kimi təqdim edən şəxs) bu evin Xəyyam Mustafayevə məxsus olduğunu və orada kirayədə yaşadığını bildirmişdir. Yerində müayinə olunmuş torpaq sahəsinin fotoşəkilləri çəkilməklə iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 247.1-ci maddəsinə əsasən torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. 247.2-ci maddəsinə əsasən bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozunda yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilmiş yarım tikili müəyyən edilmiş və həmin torpaq sahəsinin koordinatları X5 icarəsinə verilmiş torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmış koordinatları ilə uyğun gəldiyindən sonuncunun barəsində Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsi tərəfindən protokol tərtib edilmiş və nəticədə həmin protokol əsasında X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin müəyyən edilir ki, inzibati xəta haqqında qərarın qəbul edilməsinə əsas olmuş müvafiq inzibati xəta haqqında protokolun tərtib edilməsində X8 iştirak etməmiş, torpaq sahəsinin onun mülkiyyətində olması, bu torpaq sahəsində onun tərəfindən tikilinin inşa edilməsi məsələləri ətraflı araşdırılmamış və aşkar edilmiş inzibati xətanın məhz onun tərəfindən törədilməsi hər hansı bir halla sübuta yetirilmədən, torpaq sahəsinin koordinatları ona icarəsinə verilmiş torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmış koordinatları ilə uyğun gəlməsi əsası ilə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Müəyyən edilmiş hallara əsasən məhkəmə hesab edir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsi tərəfindən iş üzrə əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Bu səbəbdən X8 barəsində qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Eyni zamanda məhkəmə, inzibati xətanın törədildiyi istinad edilən torpaq sahəsinin koordinatlarının X5 icarəsində verilmiş torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmış koordinatları ilə uyğun gəlməsi əsası (məhkəmə üçün hazırda bu ehtimal edilən məsələdir), həmin torpaq sahəsində inşa olunmuş tikilinin kimin tərəfindən (eyni zamanda X8 tərəfindən) inşa edilməsinin müəyyən edilməsi üçün inzibati orqan tərəfindən hərtərəfli inzibati araşdırma aparılmasına zərurətin olmasını və bu inzibati araşdırmanın nəticəsində şəxsin inzibati məsuliyyətə cəlb edilib-edilməməsi məsələsinə qiymət verilməsinin mümkün olacağını nəzərə alaraq hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinə göndərilməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsi tərəfindən X8 barəsində qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və hazırki qərar inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Şikayət qismən təmin olunsun. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsi tərəfindən X8 barəsində qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və hazırki qərar inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinə göndərilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar