Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2177/2023 31.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, X1 iştirakı ilə, X2 Bakı şəhəri DYPİ Yol Patrul Xidməti inspektorunun xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X3 şikayətlə məhkəməyə müraciət edərək onun barəsində Bakı şəhəri DYPİ Yol Patrul Xidməti inspektorunun xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında Qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmədə X3 şikayəti müdafiə edərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 08:00 – 09:00 arasında etibarnamə üzrə onun istifadəsində olan “TOYOTA LAND CRUSER-PRADO” minik markalı **-PX-*** qeydiyyat nişanlı avtomaşın yolda texniki cəhətdən nasaz olduğu üçün Mikayıl Müşfiq və İsmayıl Qutqaşınlı küçəsi ilə Nəriman Nərimanovun heykəlinin yanında diki qalxmaq istəyəndə avtomaşın yolu bağlayıb digər avtomaşınların hərəkətinə maneə yaratmamaq üçün digər avtomaşını keçərkən yol patrul xidmətinin əməkdaşı onu saxlayaraq qanunsuz olaraq heç bir araşdırma aparmadan onan sənəd tələb etmədən ona inzibati protokol tərtib etməklə onu Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə cərimə edilməyi barədə qərar qəbul etmişdir. Baxmayaraq ki, avtomaşında qəza işıqlarını yandırmışdır. Bu halı polis müfəttişi də görmüş, lakin buna əhəmiyyət verməyərək araşdırma aparmadan barəmdə inzibati qərar qəbul etmişdir. Tərəfindən bir neçə dəfə avtomaşınının nasaz olması, avtomaşının dayandığı təqdirdə nasaz olduğundan hərəkət edə bilməməyini və nəticədə yolu bağlamağa məcbur olacağını bildirmişdir. Onu da qeyd edir ki, polis müfəttişi avtomaşının onun tərəfindən idarə edilməsini əsaslandırmamış və nəticədə İXM-nin tələblərini pozmuşdur. O, buna etiraz edəndə ona gedib qərar üzrə artıqlaması ilə dövlətə ödəyəcəyini bildirmişlər. Hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə, Azərbaycan Respublikası İXM-nin 1.3, 8.2 və 8.3-cü maddələrinə əsasən həmin qərar qanunsuz olduğundan, ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, yalnız inzibati xəta haqqında protokolun tərtib edilməsi faktı şəxsin inzibatı məsuliyyətə cəlb edilməsi, onun təqsirli hesab edilməsi üçün əsas ola bilməz. Ona görə də şikayətinin təmin edilməsini, barəsində Bakı şəhəri DYPİ Yol Patrul Xidməti inspektorunun xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında Qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Qərarından şikayət verilən orqana - Bakı şəhəri DYPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada dəfələrlə məlumat verilmiş, lakin Bakı şəhəri DYPİ-nin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bilirməmişdir. Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Şikayət ərizəsini araşdırıb, şikayətçinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri DYPİ Yol Patrul Xidməti inspektorunun xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında Qərarından görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manatcərimə olunmuşdur. Məhkəmədə şikayətçinin izahatı ilə müəyyən olundu ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir, inzibati xəta hadisəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə qeyd edir ki, dəfələrlə tələb olunmasına baxmayaraq, Qərarından şikayət verilən orqan - Bakı şəhəri DYPİ həmin iş üzrə lazımi materialları və hadisənin qeydə alındığı videogörüntüləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Belə olan halda X2 barəsində Bakı şəhəri DYPİ Yol Patrul Xidməti inspektorunun xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında Qərarı tamamilə əsassızdır. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, X2 əməlində inzibati xəta tərkibi olmadığına görə şikayət təmin edilməli, Bakı şəhəri DYPİ Yol Patrul Xidməti inspektorunun xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında Qərarı ləğv edilməli və inzibati xəta haqqında işə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci madədsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla,qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Məhkəmə onu da qeyd edir ki, X3 Bakı şəhəri DYPİ Yol Patrul Xidməti inspektorunun xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında Qərarını rəsmi qaydada aldıqdan sonra 10 gün müddətində şikayət vermiş və bununla da həmin qərardan şikayət vermə müddətini ötürməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat cərimə olunmasına dair Bakı şəhəri DYPİ Yol Patrul Xidməti inspektorunun xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında Qərarı ləğv edilsin və X2 əməlində inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında işə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-2177/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2177/2023
31.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver