Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2177/2024 20.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə, xx.xx.1996-cı ildə Şamaxı rayonunun Çaylı kəndində doğulmuş, Azərbaycan Respublikası, vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon Polis İdarəsi Dövlət X2 Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə o, idarə etdiyi avtomobil ilə öz yolu hərəkətdə olan zaman Şəxs idarə etdiyi avtomobil ilə qarşı tərəfdən gələrək anidən dönərək onun qabağında dayanmışdır. Bu zaman o, avtomobilini qaçıra bilməmiş və Şəxs idarə etdiyi avtomobilə dəymişdir. Hazırda hadisə zamanı onun da təqsiri olması müəyyən edildiyindən o, bu barədə rayon prokurorluğuna şikayət etmişdir. Hazırda Şəxs qarşı şikayəti yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 bildirmişdir ki, hadisə zamanı o, Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobildə olmuş və xəsarətlər almışdır. Lakin, Şəxs, hadisədən sonra onun xəsarətlər almasına görə maraqlanmamışdır. Ona görə də hazırda ondan şikayətçidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, “Toyota Prius” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs və “Vaz 21140” markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü Zərərçəkmiş şəxs1 əməllərində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi yarandığından onlar barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbirlərin görülməsi məqsədilə qərarın surəti Xəzər RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Xəzər rayonu ərazisində Şəxs idarə etdiyi "Toyota Prius” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 21140” markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması ilə nəticələnən baş vermiş yol nəqliyyat hadisəsi zamanı "Toyota Prius” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla, eyni zamanda “VAZ 21140” markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla yol nəqliyyat hadisəsi baş vermişdir. Yəni, yol nəqliyyat hadisəsi hər iki sürücü tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulması səbəbindən baş vermişdir. Nəticədə, Şəxs, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yüngün dərəcəli bədən xəsarəti almışlar. -Xəzər RPİ-nin DYPŞ-nin polis leytenantı X1 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə protokol tərtib edilmişdir. -“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin 648 nömrəli ekspert rəyindən görünür ki, 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər – təpə nahiyyəsinin və hər iki dizin kəsilmiş yaraları kəsici təsirə malik əşya (ola bilsin şüşə qəlpəsi); sağ göz almasının aglı qişasının sızması, sağ gözaltı nahiyyənin, sağ dizin, sağ ayağın qançırları, sol bazunun sıyrığı isə küt əşya (əşyalar) bindən törənmiş, törənmə müddətləri onun “X3" X4 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və şlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. -“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin 641 nömrəli ekspert rəyindən görünür ki, 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər – alının, burunun, sağ saidin, sağ və sol əlin, sol dirsəyin, qarnın ön divarının, sağ budun, hər iki baldırın, sol dizin sıyrıqları, sağ saidin, sol və sağ budun, sol və sağ dizin, sol baldırın qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ və sol diz oynaqlarının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun “X3" X4 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixli nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. -“Məhkəmə Ekspertiza Mərkəzi”nin 8/1819 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, “Toyota Prius” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşin araşdırılmış hallarından müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə Xəzər rayonu ərazisində həmçinin Şəxs əməlində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olduğuna görə yol nəqliyyat hadisəsi baş vermiş və bu zaman Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yüngün dərəcəli bədən xəsarəti almışlar. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4cü hissəsinə əsasən relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. Bununla da müəyyən olunur ki, Şəxs, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Qeyd olunanlara əsasən məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxslə barışığın əldə edilməməsini, nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə bilinsin və onun nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-2177/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2177/2024
20.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver