Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2181/2025 19.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X1 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Sovxoz Binə qəsəbəsi YYM ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXMnin) 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Xəzər Rayon DYPİ-dən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: 25 avqust 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 08 radələrində Şəxs idarə etdiyi “Mersedes” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binə mərkəz istiqamətindən Binə Sovxoz istiqamətində hərəkət edərək həmin yolun sağ hissəsində yerləşən “Elxan” marketin qarşısında avtomobilini geriyə verən zaman piyada Zərərçəkmiş şəxs eytiyatsızlıqdan vurub xəsarət yetirmişdir. Bakı şəhər Xəzər Rayon DYPŞ-dən Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə tərtib edilmiş 08 sentyabr 2025-ci il tarixli İXP ******* saylı protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Bakı şəhər Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Qanunvericliklə nəzərdə tutulmuş qaydada və müddətdə məlumat verilsə də, zərər çəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməyəcəyi ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hesab edir ki, işə zərər çəkmiş şəxsin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 08 radələrində idarə etdiyi “Mersedes” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binə mərkəz istiqamətindən Binə Sovxoz istiqamətində hərəkət edərək həmin yolun sağ hissəsində yerləşən “Elxan” marketin qarşısında avtomobilini saxlamışdır. Daha sonra avtomobilini geriyə verən zaman nəyəsə dəydiyini hiss etmiş və avtomobildən yerə düşən zaman piyadanı vurduğunu görmüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərər çəkmiş şəxsə vurduğu ziyanı tam ödəmişdir. İzahatına əlavə olaraq, taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmiş və ailəsinin yeganə dolanacaq mənbəyi olduğundan barəsində cərimə cəzasının tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tibbi ekspertizasının 30 iyul 2025-ci il tarixli 752 nömrəli nömrəli rəyindən görünür ki, yol nəqliyyat hadisəsi zamanı 1956-ci il təvəllüdlü Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti almışdır. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də iş üzrə toplanmış digər sənədlərlə təsdiq edilmişdir, inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in müddəalarına görə İXM-nin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır (İXM-nin 327.8-ci maddəsi). İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır (İXM-nin 9.1-ci maddəsi). Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (İXM-nin 31.2-ci maddəsi). İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır (İXM-nin 21-ci maddəsi). İnzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir (İXM-nin 32.1.1-ci maddəsi). İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər (İXM-nin 32.2-ci maddəsi). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (İXMnin 84.1-ci maddəsi). Məhkəmə, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini əsas götürüb toplanmış materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş əməli tam sübuta yetirildiyinə görə o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməli, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi və taksi fəaliyyəti ilə məşğul olmaqla ailənin yeganə dolanacaq mənbəyinin olması nəzərə alınmaqla İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və İXM-nin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhər Xəzər Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. X2
Məhkəmə qərarları › İş №3(003)-2181/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2181/2025
19.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver