Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2183/2023 30.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, EQ ******* saylı qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: X8 şikayətlə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin (bundan sonra mətndə Azərbaycan Respublikası DİN BDYPİ) inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, EQ ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, **-TN-*** dövlət qeydiyyat nişanlı “VAZ-21063” markalı minik avtomobili onun adına olmaqla mülkiyyətindədir. Həmin avtomobili mərhum atası 15 il bundan qabaq X6 adlı şəxsə baş etibarnamə verməklə satmışdır. Avtomobil satıldıqdan sonra alıcı həmin avtomobili öz adına rəsmiləşdirməmişdir. Həmin avtomobilə ilk əvvəl Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli EQ ******* saylı inzibati xəta haqqında qərara əsasən 50 manat məbləğində cərimə edilməyi barəsində xx.xx.2021-ci il tarixdə ünvanına məktub gəlmişdir. Bu səbəbdən Azərbaycan Respublikası DİN BDYPİ-nə müraciəti əsasında ona xx.xx.2021-ci il tarixli № 016-190737-4221 saylı məktuba əsasən həmin avtomobilin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi haqqında qərar qəbul olunması bildirilmişdir. Buna baxmayaraq, təkrar olaraq Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən 40 manat məbləğində cərimə edilmişdir. Bildirir ki, onun bu günə kimi həmin avtomobildən və cərimədən xəbəri olmamış, sürücülük vəsiqəsinin vaxtı bitdiyindən, “Asan Xidmət”ə müraciət etdikdə oradan ona adına cərimə olduğu bildirilmişdir. Ailəlidir, üç uşağı var, özü heç yerdə işləmir. Bütün bunların nəzərə alınaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 134.1.3-cü maddəsini rəhbər tutaraq barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, EQ ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən X7 Akif oğlu şikayətin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, 2017-ci ilin dekabr ayında atası xəstə olarkən o, məcbur qalaraq Bakı şəhəri 25 saylı dövlət notariat ofisində X4 1 (bir) il müddətə baş etibarnamə vermişdir. O vaxtdan həmin şəxsi və **-TN-*** dövlət qeydiyyat nişanlı “VAZ-21063” markalı minik avtomobilini görməmiş, sözügedən avtomobildən istifadə etməmişdir. Ona görə də şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsi məhkəməyə gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Şikayət ərizəsini araşdırıb, şikayətçinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, **-TN-*** dövlət qeydiyyat nişanlı “VAZ-21063” markalı minik avtomobilin istifadəçisi X8 xx.xx.2021-ci il tarixdə saat 09:25 radələrində Yevlax-Ağdam- Laçın yolunun 16.8-ci km-liyində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin tərəfindən şikayətçi X5 göndərilmiş xx.xx.2021-ci il tarixli № 016-190737-4221 saylı məktubdan görünür ki, şikayətçinin mülkiyyətçisi olduğu **-TN-*** dövlət qeydiyyat nişanlı “VAZ- 21063” markalı minik avtomobili bir neçə il bundan əvvəl satması, etibarnamənin qüvvədə olduğu müddətin bitməsinə baxmayaraq həmin şəxs tərəfindən qanunsuz olaraq idarə edilməsi və onun tərəfindən törədilən inzibati xətalara görə əsassız olaraq barəsində inzibati tənbeh vermə haqqında elektron qərarların çıxarılması ilə bağlı müraciətinə BDYPİ-də baxılmış və həmin avtomobilin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi haqqında qərar qəbul olunması, eyni zamanda sözügedən məsələnin müsbət həlli istiqamətində görüləcəyi və nəticəsi barədə əlavə məlumat veriləcəyi bildirilmişdir. İş materiallarında olan “Elektron notariat” X1 Çıxarışdan görünür ki, X8 xx.xx.2017ci il tarixdə Bakı şəhəri 25 saylı dövlət notariat ofisində X4 **-TN-*** dövlət qeydiyyat nişanlı “VAZ-21063” markalı minik avtomobilinə dair 1 (bir) il müddətə baş etibarnamə verməklə satmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə iclasında X8 şikayətinin əsaslı olduğunu sübut edə bildi. X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X3 təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. Ona görə də şikayətin təmin edilməsi barədə qərar çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. X8 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilməsi barədə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, EQ ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-2183/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2183/2023
30.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver