Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-2186/2025 11.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X1 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, Şəxsn (MMC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC-nin barəsində İXM-nin 529.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında MN ******* nömrəli xx.xx.2025-ci il tarixli protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Xəzər Rayon Məhkəməsinə təqdim edilmişdir. İXM-nin 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Bu maddənin dispozisiyasından görünür ki, barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiq edilmiş şəxs inzibati cəriməni ödəmədikdə bu cərimənin ödənilməsi üçün işlədiyi müəssisə (işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisə, idarə, təşkilat və ya pensiya təyin edən orqan) tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsi inzibati məsuliyyətə səbəb olur. Şəxs MMC-ə və onun rəhbərliyinə ünvanlanmış müvafiq olaraq xx.xx.2025-ci il tarixli 3-17-5/2-43401/2025 saylı və xx.xx.2025-ci il tarixli 3-17-5/2-30230/2025 saylı məktublardan görünür ki, İXM-nin 192.4-cü maddəsinə əsasən Şəxs MMC-nin direktoru barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən inzibati cərimə tənbeh növü təyin edilməsinə dair xx.xx.2024-cü il tarixli MN 16137278 nömrəli inzibati tənbeh vermə haqqında qəbul edilmiş qərar icra edilməsi üçün qeyd edilən ünvanlara göndərilib həmin qərar üzrə təyin edilmiş cərimənin tətbiq edilməsi xahiş olunmuşdur. Şəxs MMC-nin barəsində tərtib edilmiş MN ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, yuxarıda qeyd olunan məktubda nəzərdə tutulan tədbirlər Şəxs MMC tərəfindən görülməmiş, nəticədə hüquqi şəxs İXM-nin 529.1-1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən təqdim edilmiş materiallara Şəxs MMC-ə və onun rəhbərliyinə ünvanlanmış yuxarıda qeyd edilən məktubların ünvana çatdırılmasına dair SS929261126AZ kodla poçt göndərişinin çıxarışı əlavə edilmişdir. Həmin kodla poçt göndərişinin hərəkəti izlənilərək müəyyən edilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətindən xx.xx.2025-ci il tarixdə çıxan hər hansı bir göndəriş xx.xx.2025-ci il tarixdə ünvana (materiala əlavə edilmiş çıxarışda çatdırılan ünvan MORİNE qeyd edilsə də, AZƏRPOÇTun göndərişlərinin izlənməsində alıcı göstərilməmişdir) çatdırılmışdır. Lakin bu poçt çatdırılmasının məhz Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən inzibati cərimə tənbeh növü təyin edilməsinə dair xx.xx.2024-cü il tarixli MN 16137278 nömrəli inzibati tənbeh vermə haqqında qəbul edilmiş qərarın icraya yönəldilməsinə dair Şəxs MMC-ə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-17-5/2-43401/2025 saylı məktubun və ona əlavə olunmuş sənədlərin olmasını təsdiq edən reyestrdən çıxarış, eləcə də həmin məktubun sözügedən hüquqi şəxsin ünvanına çatdırılıması barədə poçtun möhürü ilə təsdiqlənmiş xəbərnamə materiala əlavə edilməmişdir. İXM-nin müddəalarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir (İXM-nin 100.3-cü maddəsi). Hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir (İXM-nin 106.0, 106.0.3 və 106.0.5-ci maddələri). İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir (İXM-nin 109.1.6cı maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli İXM-nin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair qərarından görünür ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən İXM-nin tələblərinə ciddi riayət etməlidir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əsaslanaraq hesab edir ki, inzibati xəta haqqında material natamam olduğundan MN ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı Şəhər İdarəsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-nin 109-cu maddəsini rəhbər tutaraq, Qəraraaldı: Şəxs MMC-nin barəsində İXM-nin 529.1-1-ci maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli xx.xx.2025-ci tarixli inzibati xəta haqqında protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı Şəhər İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. X2
Məhkəmə qərarları › İş №3(003)-2186/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-2186/2025
11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver